23 Eylül 2022 Cuma

Çingiz Abdullayev yazıçılar Birliyinə sədr "seçildi"
Bu gün (24.09.2022) Azərbaycanda jurnalistlərin VIII qurultayı keçiriləcək.

"24 saat" xəbər verir ki, qurultayda Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid Azərbaycan Mətbuat Şurasına sədr "seçiləcək".

Rəşad Məcidin bu vəzifəyə "seçilməsi" ilə birlikdə, uzun müddət açıq qalan "AYB sədri kim olacaq?" saualına da cavab tapılmış olacaq. Belə ki, Rəşad Məcidin MŞ sədri olması Çingiz Abdullayevin də eyni həyəcan və şəffaflıqla AYB sədri "seçiləcəyi" anlamına gəlir.

Başqa sözlə, sabah Azərbaycanda təkcə Mətbuat Şuarına deyil, həm də Azərbaycan Yazıçılar Biriliyinə sədr "seçiləcək".

Xatırladaq ki, Mətbuat Şuarasının bundan əvvəlki VII qurultayı 2018-ci il martın 10-a Azərbaycan Prezientinin sabiq  köməkçisi Əli Həsənovun ad günündə keçirilmişdi.

"24 saat" 
https://www.az24saat.org/24 saat
https://bit.ly/3r0JMJV

12 Eylül 2022 Pazartesi

Eynulla Fətullayev Bəylər Eyyubovu ittiham etdi
Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev Bəylər Eyyubov və Ramiz Mehdiyevin həbsdə olan iş adamı Rasim Məmmədovla işgüzar münasibətdə olduğunu bildirib.

Jurnalist Əvəz Zeynallov və vəkil Elçin Sadıqovun həbsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Bir çox şəxs gecə saatlarında baş tutan məhkəmə prosesini və yayılan səsyazısının mahiyyətini əsas götürərək həbslərin siyasi olduğunu iddia ediblər. Onların bu fikrə gəlmələrinə əsas zəmin yaradan məqam isə məlum həbslərdən bir neçə gün əvvəl həbsdə olan iş adamı Rasim Məmmədovun adından yayılan "son 10 ildə verdiyim bütün rüşvətlərin qeydini aparmışam" deməsi, bundan sonra isə tanınmış jurnalist Əvəz Zeynallının Eynulla Fətullayev tərəfindən yayılan səs yazına cavab olaraq "iadə edim" dedikdə bəzi sənədləri nəzərdə tutduğunu deməsi olub. Hazırda cəmiyyətinin böyük qismi Əvəz Zeynalov və Elçin Sadıqovun gecə yarısı həbs olunmasının məhz bu məqamla əlaqəli olduğunu düşünürlər.

Məsələ ilə bağlı haqqin.az saytının Baş redaktoru Eynulla Fətullayev "Osmanqızı TV"-yə verdiyi müsahibəsində bəzi məqamlara aydınlıq gətirib. Rasim Məmmədovun Bəylər Əyyubov və Ramiz Mehdiyevə münasibətinə aydınlıq gətirərkən o bildirib ki, işadamının hər iki şəxsə işgüzar münasibətləri olub.

24 saat olaraq bildirirk ki, dövlət məmurlarının biznesmenlərdə işgüzar münasibətlərinin olması qanunla qadağan olunub:

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunundan çıxarış:

9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır:

9.3.1. xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq;

Göründüyü ki, Eynulla Fətullayev Bəylər Əyyubov və Ramiz Mehdiyevi qanunları kobud şəkildə pozmaqda ittiham edib.

"24 saat" olaraq həmin iddianı təqdim edirik:

 
https://www.az24saat.org/24 saat
https://bit.ly/3RVyKRM

8 Eylül 2022 Perşembe

Həbsdə olan zavod direktoru Ramiz Mehdiyev və Bəylər Əyyubovla nəyi razılaşdırıb?
Rasim Məmmədov deyir ki, DTX əməkdaşları kimə nə qədər pul verdiyini yazdığı qeyd kitabçası və flaşkaları götürsələr də, işə əlavə olunmayıb

"Baku Steel Company” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri, 1 il 8 aydır həbsdə olan Rasim Məmmədov bildirib ki, 2011-ci ildə zavodu yaradanda Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla üçlükdə görüşləri olub.

Bundan sonra ötən 10 il ərzində də yüksək vəzifəli şəxslərlə dəfələrlə görüşləri, danışıqları olub. Bu müddətdə kimlərlə hansı söhbətlər etdiyini, kimə nə qədər pul verdiyini saxlandığı kamerada yazdığı kitabda göstərib.

Bütün bunları Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində deyib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası bu məhkəmədə onun işinə baxır. Məhkəmənin hazırlıq iclasında Rasim Məmmədovun vəkilləri onun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyməsi, onun ev dustaqlığına buraxılması, əmlakları üzərinə həbs qoyulmuş qohumlarının üçüncü tərəf kimi bu prosesə cəlb olunması, hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılması və s. vəsatətlər qaldırıb.

Rasim Məmmədov özü də bildirib ki, onu həbs edərək zavodunu, başqa əmlaklarını əlindən alıblar. Onun sözlərinə görə, özüylə kifayətlənməyib, qohumlarının da əmlaklarına əl qoyublar: "O zavodu özüm qurub yaratmışam. İndi deyirlər, "sənin deyil”. Qohumlarımınsa əmlakına həbs qoyublar ki, Rasimindir. Mənim olana deyirlər, sənin deyil. Mənim olmayana deyirlər, sənindir…”

Rasim Məmmədov bildirib ki, zavodun necə yaranması, ötən illər ərzində kimlərlə pay bölgüsü olması və s. məsələlərin hamısını bir-bir açıqlayacaq. Onun sözlərinə görə, razılaşma əsasında fəaliyyət göstərib, kimsənin də narazılığı olmayıb: "Hələ də anlamıram, nə baş verdi ki, qəfil hər şey dəyişdi? Bütün bu biabırçılıqlar kimə, nəyə lazım idi? Sakit-sakit işləyirdik, hamı da qazanırdı…”

Sabiq zavod rəhbəri deyir ki, kimin qalmaqal yaratdığı ona məlumdur. O, həmçinin öz ünvanına səslənən qeyri-rəsmi ittihamdan da danışıb: "Məni prezidentə xəyanətdə ittiham edirlər. Yalandır. Mən danışacam, onda bilinəcək ki, kim kimə necə xəyanət edib…”

Rasim Məmmədov ilkin razılaşmanın onunla Ramiz Mehdiyev və Bəylər Əyyubov arasında olduğunu iddia edir. Vəkili də Ramiz Mehdiyevin məhkəməyə çağırılıb şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb.

"Düzdü, vəkilimin vəsatətini müdafiə edirəm. Amma qoca kişidir, 85 yaşı var, qoy oturub…”, – vəkilinin vəsatətinə iş adamının münasibəti belə olub.

Vəkil onu da bildirib ki, Rasim Məmmədov DTX əməkdaşları tərəfindən saxlanılarkən onun evindən və iş kabinetindən qeyd kitabçaları, iki flaşkart götürülüb. Orada 2011-ci ildən bu yana Rasim Məmmədovun kimə nə qədər pul verdiyi barədə qeydlər olub. Amma həmin kitabça və flaşkartlar iş materialları arasında yoxdur.

"Mən o kitabçaların üzə çıxmasını istəyirəm. Orda kimlərin adı var… Mən məhdud çərçivədə olan söhbətləri açıqlamaq istəməzdim. Amma buna məcbur edirlər. 20 aydır DTX-da 15 kvadratmetrlik otaqda qalıram. Orada qeydlər aparıram, kitab yazıram. Mənim orada qalmağıma görə bu gün azadlıqda olanlar narahat olsun. Ötən 10 ildə kimə nə qədər pul vermişəm, kiminlə nədən danışmışam, hamısını orada detallı şəkildə yazıram. Mən dövlətin malını, pulunu yeməmişəm. Özüm öz pulumu qazanıb, yemişəm. Üstəlik, başqaları da gəlib qazancıma şərik olub. Məhkəmədə hamısının bir-bir deyəcəm”, – Rasim Məmmədov bildirib.

Vəkillər həmçinin evdə, iş yerində axtarışda iştirak edən hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib. Belə əsaslandırıblar ki, hal şahidlərinin eyni vaxtda müxtəlif yerlərdə şahidlik etməsi rəsmiləşdirilib. Bu isə mümkün deyil.

Hakimlər vəsatətlərin heç birini təmin etməyib.

Rasim Məmmədovun etirazlarından biri də qardaşı Süleyman Məmmədovla bağlı məsələyə olub: "İttihamda yazıblar ki, baş direktorun vəzifəsini mənimsəmişəm. Gülməlidir. Zavod mənim, baş direktoru da doğma qardaşımdı. Mən öz əlimlə qurduğum zavodda doğma qardaşımın vəzifəsini mənimsəmişəm?”

Məkəmədə o da məlum olub ki, Rasim Məmmədovun isveçrəli vəkilləri var. Onların məhkəmədə vəkil kimi iştirakına Azərbaycan qanunvericiliyi imkan verməsə də, məhkəmədə iştirak edib, prosesi izləyə bilərlər.

Azərbaycanlı vəkillər gileylənib ki, isveçrəli həmkarları məhkəmə prosesinə buraxılmır.

Hakim isə bildirib ki, məhkəmə prosesi açıq keçirilir, istənilən şəxs iştirak edə bilər, məhdudiyyət yoxdur.

Bu iş üzrə məhkəmə istintaqı sentyabrın 9-da başlayacaq.

1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov "Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.
https://www.az24saat.org/24 saat
https://bit.ly/3RHJ5R9