25 Şubat 2022 Cuma

Rusiya Minskdə danışıqlara hazır olduğunu deyir


Ukrayna prezidenti çıxışında Rusiyanın təməl insan haqlarına qarşı çıxdığını  qeyd edib

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində Rusiyanın onun ölkəsinə soxulmasını “Avropaya qarşı müharibənin başlanması” adlandırıb. Zelenski videonun sonunda Rusiya Prezidenti Vladimir Putinə danışıqlara başlamağı təklif edib.
“Ukraynanın bütün ərazisində döyüşlər gedir. Gəlin, danışıqlar masasına əyləşək, insan ölümlərinə son verək”, – Zelenski deyib.
Ukrayna Prezidenti çıxışında Rusiyanın təməl insan haqlarına qarşı çıxdı.ığını da qeyd edib.
Rusiya nümayəndə heyəti göndərməyə hazırdır
Rusiya Ukrayna ilə danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır. Bunu isə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Xəbəri “RİA Novosti” yayıb.
“Ukrayna prezidenti Zelenski bu gün Ukraynanın neytral statusunun müzakirəsinə hazır olduğunu bəyan edib. Rusiya Prezidenti Vladimir Putin ilkin olaraq deyirdi ki, əməliyyatın məqsədi DXR və DXR-ə yardım, Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır. Məhz bu, neytrallıq statusunun ayrılmaz komponentidir”, – Peskov vurğulayıb.
Onun sözlərinə görə, nümayəndə heyətinə müdafiə, xarici işlər nazirliklərinin, həmçinin prezident administrasiyasının təmsilçiləri daxil olacaq.
Avropalılara çağırış
Ukrayna prezidenti Avropanı ölkəsinə daha fəal kömək göstərməyə çağırıb.
“Bizə belə ləng kömək edirsinizsə, özünüzü necə müdafiə edərsiz?” – deyən Zelenski avropalılara müraciət edib ki, Ukraynaya gələrək “bizimlə birlikdə” Avropanı müdafiə etsinlər.
Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də Ukraynanın şərqindəki “DXR” və “LXR” adlı separatçı qurumların müstəqilliyini tanıyıb. Fevralın 24-də səhər tezdən isə Ukraynaya hücuma başlayıb. Hazırda paytaxt Kiyevə bir neçə tərəfdən hücum olunduğu, raket zərbələri endirildiyi bildirilir.

"24 saat" "
Rusiya Minskdə danışıqlara hazır olduğunu deyir
" başlıqlı yazını "AzadliqRadiosu"na istinadən dərc edib



Xeberler

Məşhur Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibə elan edib

    Məşhur Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibə elan edib. Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən yaradılmış Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzi bu təhlükə səviyyəsini kritik adlandırıb. Verilmiş məlumatlara əsasən daimi olaraq Müdafiə Nazirliyinin resurslarında və Russia Today (RT) saytının bəzi rus dilli bölmələrində problemlər yaranır. Bundan əlavə olaraq Rusiyanın dövlət, Kreml və parlament saytlarında da problemlər müşahidə olunur.




    Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzi Rusiyanın informasiya resurslarına və o cümlədən kritik informasiya infrastrukturuna olan kiberhücumların intensivlikləri barəsində xəbərdarlıq edib. Qeyd etmək lazımdır ki, Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibəni öz Twitter hesabında elan edib. Bu elandan sonra Rusiyanın vacib qərəmsal resurslarına irimiqyaslı DDoS hücumların reallaşdırılmasına start verilib. Buna görə də Rusiyanın bəzi dövlət saytlarında mütəmadi problemlər müşahidə edilir. Anonymous bildirib ki, bütün bunlar Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbilə edilir və hacker qruplaşması ukraynalı vətəndaşların qorunmaları üçün belə bir addım atıb.


Kiyevə raket zərbələri endirilir



Ukrayna ordusu Rusiya qüvvələrinin şimaldan və şimal-şərqdən Kiyevə yaxınlaşdığını bildirir

Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.
Prezident Volodimir Zelenski Qərbdən kömək istəyir, açıqlanan sanksiyaların yetərli olmadığını deyir.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvada ölkəsinin, Ukrayna ordusu təslim olarsa, danışıqlara hazır olduğunu deyib. O, işğalçı qüvvələrin ölkəni “əsarət”dən xilas etmək istədiyini iddia edib.
Lavrov mətbuat konfransında deyib ki, Zelenski əlavə insan itkisini önləmək üçün Moskva ilə danışıqlara hazır olması haqda “yalan” danışır. Onun sözlərinə görə, “heç kəsin Ukraynanı işğal etmək planları yoxdur”.
Üç tərəfdən hücum
Kiyevdə hökumətin yerləşdiyi ərazi yaxınlığında atışma səsi eşidilib. Zelenski Rusiya qüvvələrinin əsgərlər və tanklarla üç tərəfdən irəlilədiyini, mülki əraziləri hədəf aldığını deyib.



Paytaxtın şimalındakı Obolon rayonunda Ukrayna və Rusiya qüvvələrinin toqquşmaları barədə xəbərlər gəlir.
Kiyev hakimiyyəti Obolon sakinlərinə “aktiv döyüşlər” səbəbindən küçəyə çıxmamaq göstərişi verib.



Ukrayna ordusu Rusiya qüvvələrinin şimaldan və şimal-şərqdən Kiyevə yaxınlaşdığını bildirir. Ordu rəsmilərinin Facebook-da yazdığına görə, rusiyalılar şimalda “dəf olunduqları” Çernigiv şəhərindən “yan keçərək” Kiyevə hücuma keçiblər.
Onlar həm də Rusiyanın nəzarətində olan Konotop şəhərindən Kiyevə doğru irəliləyirlər.
Kiyevdə silahlı mülki geyimlilər
Fevralın 25-də səhər Kiyevdə partlayış səsləri gəlib, 3 milyon əhalisi olan şəhərdə hava həyəcan siqnalı verilib. Əhalinin bir qismi metro stansiyalarına sığınıb.
AzadlıqRadiosu-nun müxbiri Kiyevin küçələrində mülki geyimli, AK-47 avtomatlı kişilər gördüyünü xəbər verir.



Ordu isə Kiyevin mərkəzindən 5 km şimalda rusiyalı casus və sabotajçı qrupunun göründüyünü bildirir.
Daha öncə Kiyevdən 60 km şimal-qərbdə yerləşən İvankovda ağır döyüşlərin getdiyi deyilirdi.
Zelenski Rusiya əsgərlərini ondan ötrü gəldiyini anladığını deyib, Kiyevdə qalacağına and içib. O, özünün bir nömrəli, ailəsinin isə 2 nömrəli hədəf olduğunu vurğulayıb.
Ukraynanı xəritədən silmək...
Rusiya qüvvələri fevralın 24-də sübh çağı işğala başlayıb. Prezident Vladimir Putin “xüsusi əməliyyat”da məqsədin Ukraynanın “de-militarizasiyası” olduğunu deyib.



Britaniyanın Müdafiə naziri Ben Vallas fevralın 25-də deyib ki, Rusiya Ukraynanı bütövlükdə zəbt etmək istəyir, amma işğalın birinci günündə Rusiya ordusu buna nail olmayıb.



Fransanın Xarici işlər naziri Jan-İv Lö Dryan isə Putini Ukraynanın dövlətçiliyini dağıtmaq cəhdində suçlayıb, Zelenskinin “təhlükəsizliyi”nə risk olduğunu deyib.
“Bu, total müharibədir. Putin… Ukraynanı ölkələr xəritəsindən silmək qərarı verib”, – Lö Dryan fevralın 25-də “France Inter” radiosuna deyib.


"24 saat" "
Kiyevə raket zərbələri endirilir
" başlıqlı yazını "AzadliqRadiosu"na istinadən dərc edib



Xeberler

İş elanı - MÜHASİB

600 - 900 AZN

Prosys MMC

Şəhər Bakı
Yaş 23 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Elanın tarixi 2022-02-24
Bitmə tarixi 2022-03-24
Əlaqədar şəxs Prosys MMC
Telefon (012) 594-12-32
E-mail hr@prosys.az
17
Elan #63223

İş barədə məlumat

- BTP proqramı, 1C 8.2 və 8. 3 proqramında sərbəst işləmək təcrübəsi (istehsal və satış və s, e-gov.az , e-taxes.gov.az və digər portallardan istifadə etmək)
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata kecirmək
- Bank və kassa əməliyyatlarının düzgün aparilmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək
- ƏDV,ÖMV ,sadələşmiş gəlir ,mənfəət , DSMF, Statistika ,məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- Məşğulluq idarəsinə hesabatların hazirlanması və təqdim edilməsi
- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
- Daxil olan pul vəsaitlərinin mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s uçotunun həyata keçirilməsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. Istirahət günləri: şənbə, bazar
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq 600-900 manat arasındadır


Namizədə tələblər

- Xanım namizəd
- Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- İş təcrübəsi: 3 il mühasibatlıq sahəsində iş təcrübəsi
- Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi , BTP proqramı üzərindən mənfəət vergisi,ƏDV, Gəlir vergisi ,ÖMV,Sadələşdirilmiş vergi ,Torpaq-əmlak vergisi və s bəyannamələrin tam şəkildə tərtib etmək
- Maliyyə uçotu standartlarına əsasən Maliyyə hesabatlarının Balans, PL (Mənfəət və Zərərin hesabatı), Cash Flow (Pul vəsaitlərinin hərəkəti hesabatı) , Kapitalın hərəkəti hesabatının tərtib etmə və analiz edə bilmə
- Mühasibat uçotu tətbiqi proqramları 1C, 8.0 , 8.3 tam şəkildə bilmək
- Kompüter bilikəri -Word , Excel -düsturlarla uçotun tətbiqi
- Dil bilikləri: Rus dili bilənlərə üstünlük verilir ingilis dili arzu olunandır
- Məsuliyyətli
- Asan ünsiyyət qura bilən

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Mühasib” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.



Vakansiya-2022/">Vakansiya
Vakansiya-2022/">is elani
Vakansiya-2022/">is yerleri
Vakansiya-2022/">iş yerləri
Vakansiya-2022/">iş elanı
Vakansiya-2022/">is elani
Vakansiya-2022/">işə qəbul
Vakansiya-2022/">ise qebul

#MÜHASİB

Rus tanklarını dayandırmaq üçün özünü körpüdə partlatdı...


Ukraynanın Xerson vilayətində Geniçesk şəhəri ərazisində avtomobil körpüsünün partladılması zamanı əlahiddə istehkamçı batalyonun mühəndisi, matros Vitali Skakun həlak olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş Qərargahı məlumat yayıb. 


Pressklub.az Ukrayna mediasına istinadən xəbər verir ki, körpü Rusiya tank kolonunun keçidini əngəlləmək üçün ukraynalı hərbçilər tərəfindən minalanıbmış. 


Həlledici anda rabitə əlaqəsinə çıxan Skakun bildirib ki, körpünü partlatmağı qərara alıb. Həmin an da partlayış səsi eşidilib. Matros Skakun düşmən texnikasının yolunu bağlamaq üçün özünün də olduğu körpünü partladıb.


Onun bu qəhrəmanlığı rus tanklarının hərəkətini əhəmiyyətli dərəcədə ləngidib. Nəticədə ukraynalı döyüşçülər mövqe tutmaq və müdafiə olunmaq üçün əlverişli yer seçə biliblər. 


Dəniz piyadalarının komandanlığı Vitali Vladimiroviç Skakunun dövlət təltifinə layiq görülməsi üçün vəsatət qaldırıb. 


Qeyd edək ki, bənzər hadisə Qara dənizdəki Zmeinıy (İlanlı – red.) adasında qeydə alınmışdı. Rusiya hərbi gəmisinin təslim olmaq barədə xəbərdarlığına boyun əyməyən Ukrayna hərbçiləri gəmidən açılan atəş nəticəsində həlak olublar…


24 saat



"24 saat" "Rus tanklarını dayandırmaq üçün özünü körpüdə partlatdı..." başlıqlı yazını "Pressklub"a istinadən dərc edib



Xeberler

Moldova fövqəladə vəziyyət elan edir


Baş nazir Nataliya Qavrilita Rusiyanın hücumundan sonra Ukraynadan 4200-dən çox qaçqının ölkəyə girdiyini bildirib



Moldova parlamenti Rusiyanın qonşu Ukraynaya hücumuyla əlaqədar 60 günlük fövqəladə vəziyyəti təsdiqləyib.


Fevralın 24-də təcili toplantıda təsdiqlənmiş fövqəladə vəziyyət çərçivəsində kütləvi nümayişlər qadağan olunur, “arzuolunmaz şəxslər”i ölkədən çıxarmağa hökumətə icazə verilir.


Baş nazir Nataliya Qavrilita Rusiyanın hücumundan sonra Ukraynadan 4200-dən çox qaçqının ölkəyə girdiyini bildirib.


Çoxları Avropa İttifaqına getmək istəyirlər, azı 100 nəfər Moldovada sığınacaq üçün müraciət edib.


Sərhəddə yardım mərkəzləri


AzadAvropa/AzadlıqRadiosu-nun müxbirləri Ukrayna ilə iki sərhəd keçidində yardım mərkəzləri yaratdığını xəbər verirlər. Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, müəyyən sayda qaçqının mərkəzlərdə 72 saat müddətinə yerləşdirilməsi mümkün olacaq.



Moldovanın media vebsaytları Ukrayna ilə sərhədə onlarla avtomobilin növbəyə düzüldüyünü xəbər verir. Moldovanın Ukrayna ilə 1222 km-lik sərhədi var.


Aİ üzvü, Ukrayna ilə 650 km-lik sərhədi olan Rumıniyaya Ukraynadan gedənlərin sayı artıb. Ancaq yerli rəsmilər Rumıniyaya keçən Ukrayna vətəndaşlarının Polşa və Çex Respublikasına getmək istədiklərini bildirir.


"24 saat" "
Moldova fövqəladə vəziyyət elan edir
" başlıqlı yazını "AzadliqRadiosu"na istinadən dərc edib



Xeberler

Gürcüstan Rusiyaya sanksiyalara qoşulmayacaq


Həmrəylik əlaməti olaraq Kiyevə səfər edib-etməyəcəyi haqda suala cavabında Qaribaşvili Ukraynanın hava məkanının hazırda bağlı olduğunu deyib

Gürcüstan ölkənin və xalqın maraqlarını nəzərə alaraq Qərbin Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyalarına qoşulmağı planlaşdırmır. Bu haqda ölkənin Baş naziri İrakli Qaribaşvili deyib.
“Bu (sanksiyalar) ölkəmizə və xalqımıza daha böyük ziyan vuracaq”, – Qaribaşvili bildirib.
Hökumət başçısı Milli Təhlükəsizlik Şurasının, yaxud parlamentin xüsusi iclasının keçirilməsinə gərək duymadığını qeyd edib.
Həmrəylik əlaməti olaraq Kiyevə səfər edib-etməyəcəyi haqda suala cavabında Qaribaşvili Ukraynanın hava məkanının hazırda bağlı olduğunu deyib.
ABŞ Prezidenti Co Bayden aktivləri bir trilyon dollardan az olmayan Rusiya banklarına qarşı yeni sanksiyaları açıqlayıb. Onların sırasında VTB bank da var.
Bundan başqa, Birləşmiş Ştatlar Rusiyanın dollar, avro, funt-sterlinq və yenlə biznes aparmaq imkanlarını məhdudlaşdıracaq, ölkəyə yüksək texnologiya məhsullarının idxalını yarıbayarı azaldacaq.
Məhdudiyyətlər Rusiya sənayesinə və kosmik sahəyə də aiddir. Ayrı-ayrı məmurlara, böyük biznesmenlər və onların ailələrinə də sanksiyalar tətbiq edilir.

"24 saat" "
Gürcüstan Rusiyaya sanksiyalara qoşulmayacaq
" başlıqlı yazını "AzadliqRadiosu"na istinadən dərc edib



Xeberler