13 Haziran 2022 Pazartesi

Sabahdan Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollar açılır
İyunun 14-ü, səhər saat 10:00-dan etibarən Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq.

az24saat.org əbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Belə ki, 10-12 iyun tarixlərində baş tutan 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk”, - deyə açıqlamada qeyd olunub.
https://bit.ly/3xoUrRB

10 Haziran 2022 Cuma

Bu məktəbin bir şagirdi belə ali məktəbə qəbul olunmayıb
Builki qəbul imtahanlarında Bakı şəhəri üzrə 306 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

24saat.org xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında məlumat verilib.

Qeyd olunub ki, respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakının 17, 95, 129, 159, 247, 283, 313 saylı tam orta məktəbləri, 62, 83, 220, 261, 264 saylı məktəb-liseyləri, 287 saylı “Zəkalar” liseyi, 291 saylı Ekologiya liseyi, Texniki humanitar lisey, 160 saylı klassik gimnaziya və 147 saylı texniki-humanitar təmayüllü lisey daxil olub.

Azərbaycan bölməsi üzrə ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 292.462-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 6.2% yuxarıdır.

Rus bölməsi üzrə paytaxtın abituriyentlərinin göstəriciləri I-IV qruplarda fizika, kimya, biologiya və tarix fənlər üzrə respublikanın orta göstəricilərindən aşağıdır. Fərq fizikadan - 1.94%, kimyadan - 0.65%, biologiyadan - 0.99%, tarixdən - 2.43% təşkil edir. Şəhərin ana dili, ədəbiyyat, riyaziyyat və coğrafiya fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Ana dili, biologiya və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə ən yüksək göstəriciyə bərabərdir. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 285.458-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 1.2% yuxarıdır.
https://bit.ly/3aP77tn
Şənbə günü hava necə olacaq?
Azərbaycanda iyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-30° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
https://bit.ly/39lphCy
Formula 1-də daha bir qəza - Foto
Bakıda keçirilən Formula 1 Qran-prisində ikinci qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Williams Racing” komandasının üzvü Nikolas Latifi qəza törədib.

O, döngələrin birində səhvə yol verib. Nəticədə Latifinin bolidinin təkərləri yanıb.

 

 
https://bit.ly/3myFEyr
İmtahandan qovulanlara ikinci şans veriləcəkmi? - RƏSMİ
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şansın verilib-verilməyəcəyi ilə bağlı yayılan məsələyə münasibət bildirib.

az24saat.org-un məlumatına görə, sədr jurnalistlərə açıqlamasında bildirib ki, qayda-qanunu pozanlara qətiyyən ikinci şans verilməyəcək:

“Bacarana baş qurban”, “mən aldatdım” deyənlər “qəhrəmana” çevrilirlər. Onlar 10-15 nəfərdir. Onları niyə düşünürsünüz? Onlar elə bir şərait yaradır ki, kimdəsə inam ölür. Onlara ikinci şans verilməsini deyənlər nə üçün minlərlə uşağı deyil, yalnız qayda-qanunu pozanları fikirləşirlər?

Onlar bu addımı bilə-bilə atıblar. Onların bu il müsabiqədə iştirak etmək hüququ yoxdur, qaydalarda bu qeyd edilib”.
https://bit.ly/3xBXveb

2 Haziran 2022 Perşembe

Bir qrup müharibə iştirakçısı nazirliyin giriş qapısını sındırdı – RƏSMİ AÇIQLAMA
2 İyun 2022-ci il tarixində bir qrup müharibə iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında nazir Sahil Babayevlə görüş tələbi ilə aksiya krçirib.

Aksiya zamanı müharibə iştirakçılarının tələbi təmin olmadığından onlar ƏƏSMN-in qapısını sındıraraq binaya daxil olublar. Bu zaman müharibə iştirakçılarından birinin vəziyyəti pisləşib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilərin narazılığına münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşılır.

Qeyd olunub ki, bu gün nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısını qurumun rəhbər vəzifəli şəxsləri diqqətlə dinləyib: "Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək. Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər davam etdirilir. Həmin hərbçilərdən artıq 3 mininə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib.

Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir. Gələnlərin bir çoxunun da əlilliyi daha öncədən təyin edilib.

Nazirliyin açıqlamasında qeyd olunur ki, müraciət edən müharibə iştirakçılarından bəziləri qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da, tədbirlər görüləcək. Gün ərzində əlavə məlumat veriləcək.

"24 saat"
https://bit.ly/3O76oSL

25 Mayıs 2022 Çarşamba

Günəş enerjisi ilə biznes quran məmur ailəsi - "Azgüntex"
Dövlət sifarişi ilə yaradılan, məmur ailəsinə məxsus “Azgüntex” indi ağzı günə qalıb

12 il əvvəl açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi “Azgüntex” Günəş Modulları Zavodu yaşayış binalarını, küçələri, meydanları, bir sözlə bütün ölkəni işıqlandırmalı, hətta günəş panellərini xaricə də ixrac etməli idi.

president.az

Amma indi zavod istehsal etməli olduğu məhsuldan daha çox baş tutmamış məqsədləri ilə xatırlanır.

“Toplum TV”-nin əməkdaşı zavodun yerləşdiyi Sumqayıt Yüksək Texnologiyalar Parkına baş çəkib.

Zavod ərazisində səssizlik hökm sürür.

Çirkli bina, fəaliyyətsiz qalan avadanlıqlar və qurumuş dibçəklər alışdığımız ənənəvi zavod görüntüsünə ziddir. Həyətə quraşdırılmış günəş panellərinin üzərində isə artıq otlar cücərib.

Toplum Tv

Zavodun gözə dəyən yeganə əməkdaşı isə pandemiya dövründən fəaliyyət göstərmədiklərini söyləyir.

“Azgüntex” MMC-nin son illər nə qədər məhsul istehsal etməsi, hansı işlər görməsi ilə bağlı məlumat tapmaq mümkün deyil. Müəssisənin telefon nömrələri də artıq işlək deyil.

Bununla belə, pandemiya dövründə işçilərinə pul ödəmək üçün maliyyə dəstəyi alan şirkətlərin siyahısında bu zavodun da adı olub.

Həm agentlik rəhbəri, həm də zavod direktoru...

Halbuki zavod vaxtilə həm dövlət dəstəyindən, həm dövlət sifarişlərindən yararlanıb. Dövlət büdcəsi hesabına sifarişləri də zavoda özgəsi yox, elə sahibinin ailə üzvü olan məmur verib.

2012-ci ildə dövlət xəbər agentlikləri Prezidentin Sumqayıtda inşa olunan “Azgüntex” zavodunun açılışından geniş reportajlar verib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa olunan zavodun elə agentliyin o vaxtkı sədri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu isə ictimaiyyətə məlum deyildi.

Akim Bədəlov sözügedən agentliyə 2012- 2019-cu illərdə rəhbərlik edib.

Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Şərif Möhsün oğlu Möhsünovdur (daha əvvəl isə Səbuhi Musayev direktor olub).

MMC-nin yaradıldığı zaman təsisçiləri kimi Aygün Akim qızı Bədəlova, Akifə Şərif qızı Möhsünova qeydə alınıb. Adı çəkilən şəxslər Bərpa Olunan Enerji üzrə Dövlət Ehtiyatları Agentliyinin direktoru olmuş Akim Bədəlovun qızı və yaxın qohumudur.

Toplum Tv

“Azgüntex”-in qeydiyyatdan keçdiyi Nurəddin Paşayev küçəsi ev 8, mənzil 35 ünvanında 1994-cü ildən bəri “Progress” sənaye istehsalat şirkəti də qeydiyyatdadır.

2019-cu ildə Prezidentin imzaladığı fərmanla Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilib, bununla uzun müddətdir bu quruma rəhbərlik edən Akim Bədəlov vəzifəsini itirib.

Bundan sonra yerli mediada Akim Bədəlovun vergi borcu olması səbəbindən məhkəməyə verilməsi, işçilərin maaşını gecikdirməsi ilə bağlı yazılar dərc olunub.

Hazırda fəaliyyətsiz olan “Azgüntex” MMC-nin bu günə olan vergi borcu 56 337 AZN-dir.

Nazirlik də zavoddan imtina edib: “Bu zavodla əməkdaşlıq etmirik”

“Azgüntex” MMC fərqli vaxtlarda dövlət sifarişini həyata keçirib. Akim Bədəlovun rəhbərlik etdiyi Dövlət Agentliyi tərəfindən istismar edilən stansiyalarda, məsələn, Qobustan, Samux, Suraxanı, Sumqayıt, Pirallahı GES-lərdə elə onun ailə üzvlərinə məxsus zavodda istehsal edilmiş panellər quraşdırlıb.

Toplum Tv

Eyni zamanda Biləsuvarda altı məktəb və altı uşaq bağçası, Qubada "Ağıllı bağ", Masallıda Qapalı idman meydançası, Türkan qəsəbəsində internat məktəbi, Hövsan qəsəbəsində uşaq poliklinikası, Bakıdakı 235, 149, 320, 311 nömrəli məktəblərdə günəş enerjisi layihələrinin icraçısı da “Azgüntex” olub.

Akim Bədəlov vəzifəsini itirən kimi, onun ailəsinə məxsus zavodun məhsullarına olan tələbat da ərşə çəkilib. Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cahid Mikayılov “Toplum TV”-yə açıqlamasında bu zavodla əvvəllər əməkdaşlıq edildiyini, son 3 ildə özəl şirkətlərlə əməkdaşlığa üstünlük verildiyini deyir.

Toplum Tv

“Artıq günəş panelləri almağa, yaxud günəş elektrik stansiyası tikməyə dövlət investisiya ayırmır. Bu məsələlər artıq özəl şirkətlərə həvalə olunur, onlar da panelləri haradan istəsələr gətirirlər. Məsələn, hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə müqaviləmiz var, onlar artıq bir sıra layihələrin təməlini qoyublar”.

Nazirlik yerli istehsalçı ilə əməkdaşlıqdan niyə imtina edilməsinin səbəbini izah etmir.

Xaçmaz rayonunda fermer təsərrüfatı sahibi İradə Hüseynova 2016-cı ildən günəş panellərindən istifadə edir. Amma o, bu panelləri yerli zavoddan deyil, Türkiyədən sifariş verib. Dediyinə görə, buna səbəb onların ölkədə baha başa gəlməsi olub:

“Cəmi 2 panelim var, onları sahədə, təsərrüfat üçün istifadə edirəm. Bundan başqa telefonu, planşeti, soyuducunu və s. enerji ilə yükləyə bilirəm. Panelləri Türkiyədən karqo vasitəsilə çətinliklə gətirdə bilmişəm. Çünki sıravi vətəndaşın elektriklə əlaqəli məhsul, eləcə də panel gətirməsinə məhdudiyyətlər var.

2015-ci ildə elan vasitəsilə bir şirkətə zəng vuranda 200 Vt gücü olan paneli 350 manata təklif etmişdilər. Halbuki Türkiyədən 160 manat aldığım aldığım panel 200 Vt enerji verir”.

Onun sözlərinə görə, fermer təsərrüfatı üçün günəş panelləri çox sərfəli olsa da, istifadəsi uzun prosedurdan keçir:

“Digər ən böyük çətinlik inventordur. Panel enerjini 12 Vt olmaqla fasiləsiz verir. Gündəlik istifadə edilən soyuducu və digər texniki avadanlıqlar isə fasilə ilə 220 Vt enerji ilə çalışır. Azərbaycanda 12 Vt işləyən avadanlıqlar tapılmır. Buna görə də məcbur qalıb inventordan istifadə edirik. Yəni inventor almalıyıq ki, 12 Vt-la gələn enerjini, 220 Vt-a keçirək. İnventorun quraşdırılması 1000 manatdan yuxarıdır, bu isə bahadır”.

“Məhsulun qiyməti bazar qiymətlərindən yuxarıdır”

Mühəndis Bəxtiyar Əmirbəyovun sözlərinə görə, istənilən məhsulun bazarda özünə yer tapması üçün istehsalçı rəqib şirkətlərdən daha münasib, aşağı qiymət təklif etməlidir. O, “Azgüntex” zavodunun təklif etdiyi məhsulların bazar qiymətlərindən yuxarı olduğunu, buna görə də alıcıların maraq göstərmədiyini düşünür.

Toplum Tv

“Məsələn, kənd yerlərində fərdi evlərdə elektrik enerjisi əvəzinə günəş panellərindən istifadə etmək istəyirdilər. Sonra bəlli oldu ki, 2 kilovata yaxın enerji istifadə etmək üçün inventoru, paneli və digər ehtiyat hissələrini alıb quraşdırmaq 4000-5000 manata başa gəlir. Yəni ortabab bir villa sahibi öz mülkünü alternativ enerji ilə təmin etmək üçün 30 000-ə yaxın xərc çəkməlidir”, - mühəndis belə deyir.

Bəxtiyar Əmirbəyov quraşdırılan panellərin belə istifadəsiz qaldığını deyir: “”Yaşma” yolunda yüzlərlə günəş panelləri qoyublar. Amma onların heç biri şəbəkəyə qoşulmayıb, üstünü toz basıb. Son mərhələdə şəbəkəyə qoşulmalı və enerji abunəçilərə satılmalıdır. Amma nəticə olaraq belə görünür ki, zavodun təklif etdiyi xidmət ənənəvi su, elektrik stansiyalarından daha başa gəlir. Bu halda bahalı məhsulu necə satsınlar?”

Toplum Tv

“Bazar rəqabəti olmadıqda iflas qaçılmazdır”

İqtisadçı Rövşən Ağayev Azərbaycanda alternativ enerji sahəsində elmi-texniki potensial olmadığını deyir: ““Azgüntex”də istehsal olunananlar yerli istehsal deyildi, hamısı xaricdən gətirilir, Azərbaycanda kompelktləşdirilirdi”.

Toplum Tv

İqtisadçının sözlərinə görə, zavodun indi fəaliyyətsiz qalması onun dövlət sifarişlərindən asılı olması və bazarın tələbləri ilə ayaqlaşa bilməməsindən irəli gəlir.

Rövşən Ağayev - Toplum Tv

O, bu gün Azərbaycan bazarında ev təsərrüfatlarını alternativ enerji ilə təmin edən nüfuzlu şirkətlərin olduğunu söyləyir.

“Bu şirkətlər gömrük rüsumu ödəmələrinə baxmayaraq onların xaricdən aldığı məhsulların qiyməti zavoddan aldıqlarından xeyli ucuzdur”, - deyə Rövşən Ağayev qeyd edib.

"24 saat"
https://bit.ly/3LLNfUH