13 Haziran 2022 Pazartesi

Vaqif Əsədovun təqaüdə göndərilməsi ilə bağlı əmr imzalanıb
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

az24saat.org-un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Əsədov uzun müddətdir Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi vəzifəsində çalışırdı.
https://bit.ly/3NLmiCn
Sabahdan Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollar açılır
İyunun 14-ü, səhər saat 10:00-dan etibarən Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq.

az24saat.org əbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Belə ki, 10-12 iyun tarixlərində baş tutan 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk”, - deyə açıqlamada qeyd olunub.
https://bit.ly/3xoUrRB

10 Haziran 2022 Cuma

Bu məktəbin bir şagirdi belə ali məktəbə qəbul olunmayıb
Builki qəbul imtahanlarında Bakı şəhəri üzrə 306 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

24saat.org xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında məlumat verilib.

Qeyd olunub ki, respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakının 17, 95, 129, 159, 247, 283, 313 saylı tam orta məktəbləri, 62, 83, 220, 261, 264 saylı məktəb-liseyləri, 287 saylı “Zəkalar” liseyi, 291 saylı Ekologiya liseyi, Texniki humanitar lisey, 160 saylı klassik gimnaziya və 147 saylı texniki-humanitar təmayüllü lisey daxil olub.

Azərbaycan bölməsi üzrə ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 292.462-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 6.2% yuxarıdır.

Rus bölməsi üzrə paytaxtın abituriyentlərinin göstəriciləri I-IV qruplarda fizika, kimya, biologiya və tarix fənlər üzrə respublikanın orta göstəricilərindən aşağıdır. Fərq fizikadan - 1.94%, kimyadan - 0.65%, biologiyadan - 0.99%, tarixdən - 2.43% təşkil edir. Şəhərin ana dili, ədəbiyyat, riyaziyyat və coğrafiya fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Ana dili, biologiya və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə ən yüksək göstəriciyə bərabərdir. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 285.458-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 1.2% yuxarıdır.
https://bit.ly/3aP77tn
Şənbə günü hava necə olacaq?
Azərbaycanda iyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-30° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
https://bit.ly/39lphCy
Formula 1-də daha bir qəza - Foto
Bakıda keçirilən Formula 1 Qran-prisində ikinci qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Williams Racing” komandasının üzvü Nikolas Latifi qəza törədib.

O, döngələrin birində səhvə yol verib. Nəticədə Latifinin bolidinin təkərləri yanıb.

 

 
https://bit.ly/3myFEyr
İmtahandan qovulanlara ikinci şans veriləcəkmi? - RƏSMİ
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şansın verilib-verilməyəcəyi ilə bağlı yayılan məsələyə münasibət bildirib.

az24saat.org-un məlumatına görə, sədr jurnalistlərə açıqlamasında bildirib ki, qayda-qanunu pozanlara qətiyyən ikinci şans verilməyəcək:

“Bacarana baş qurban”, “mən aldatdım” deyənlər “qəhrəmana” çevrilirlər. Onlar 10-15 nəfərdir. Onları niyə düşünürsünüz? Onlar elə bir şərait yaradır ki, kimdəsə inam ölür. Onlara ikinci şans verilməsini deyənlər nə üçün minlərlə uşağı deyil, yalnız qayda-qanunu pozanları fikirləşirlər?

Onlar bu addımı bilə-bilə atıblar. Onların bu il müsabiqədə iştirak etmək hüququ yoxdur, qaydalarda bu qeyd edilib”.
https://bit.ly/3xBXveb

2 Haziran 2022 Perşembe

Bir qrup müharibə iştirakçısı nazirliyin giriş qapısını sındırdı – RƏSMİ AÇIQLAMA
2 İyun 2022-ci il tarixində bir qrup müharibə iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında nazir Sahil Babayevlə görüş tələbi ilə aksiya krçirib.

Aksiya zamanı müharibə iştirakçılarının tələbi təmin olmadığından onlar ƏƏSMN-in qapısını sındıraraq binaya daxil olublar. Bu zaman müharibə iştirakçılarından birinin vəziyyəti pisləşib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilərin narazılığına münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşılır.

Qeyd olunub ki, bu gün nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısını qurumun rəhbər vəzifəli şəxsləri diqqətlə dinləyib: "Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək. Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər davam etdirilir. Həmin hərbçilərdən artıq 3 mininə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib.

Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir. Gələnlərin bir çoxunun da əlilliyi daha öncədən təyin edilib.

Nazirliyin açıqlamasında qeyd olunur ki, müraciət edən müharibə iştirakçılarından bəziləri qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da, tədbirlər görüləcək. Gün ərzində əlavə məlumat veriləcək.

"24 saat"
https://bit.ly/3O76oSL