13 Mart 2022 Pazar

Abdin Fərzəliyev Abşeronda "PUL VERMİRSƏNSƏ, TİKİNTİNİ DAYANDIR" deyir
Abdin Fərzəliyev 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə, 2005-ci ilin dekabr ayında Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsnə,19 yanvar 2022 tarixli sərancamla Abşeron Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.

Azərbaycanın milyonçu məmurlarından biri kimi tanınan Abdin Fərzəliyevin Abşeron rayonuna icra başçısı təyinatı və onun qarşısına qoyulan vəzifələri layiqincə yerinə – yetirəcəyi ilə bağlı yaranmış suallara artıq cavab tapılmaqdadır. Abşeronun yeni icra başçısının ilk qərarı rayonda iş adamlarını artıq narahat etməkdədir. Fərzəliyev icra başçısı kimi fəaliyyətə başladığı ilk günlərdə sahibkarlara əngəllər törətməklə tələblərini irəli sürüb. Abşeron merinin ilk tələbi isə hamını şoka salıb. Belə ki, Abdin Fərzəliyevin qərarına görə rayonda bütün tikintilər dayandırılıb və tikinti aparan sahibkarların icra başçısının qəbuluna gəlmələri tələb olunub. Reallıq.TV – yə daxil olan məlumatda qeyd olunur ki, qəbula çağırılan iş adamlarına yeni icra başçısının tələbləri çatdırılıb. Lakin iş adamları icra başçısının qanunsuz istəkləri icra etməkdən hələki, imtina edirlər. Abdin müəllim isə: Pul vermisənsə tikintini dayandır – deyərək, qərarında israrlı olduğunu önə çəkib.

Abşeronun yeni icra başçısı rayonun qəsəbə və kənd icra nümayəndələrinə və bələdiyyə sədrlərinə oxşar tapşırıq verib. Abdin Fərzəliyevin tapşırığına görə qəsəbə və kəndlərdə fərdi yaşayış evlərinin tikintisi də dayandırılıb. Reallıq TV – yə danışan vətəndaşlar icra başçısının bu qərarının qanunsuz olduğunu bildiriblər. Onlar qeyd edib ki, sənədləri qaydasında olmasına baxmayaraq tikintilərin dayandırılması ilə barışa bilmirlər və dövlət başçısının məsələyə müdaxilə edəcəyinə inanırlar.

Abdin Fərzəliyevin qanunsuz tələblərindən qaynaqlanan etirazlara iş adamları da qoşulub. Onlar icra başçısının özəl qaydaları və tələblərinin icrasının mümkünsüzlüyünü önə çəkirlər. Sahibkarlar Reallıq.TV – yə bildiriblər ki, tikinti üçün bütün razılıqları alıblar. Bütün dövlət qurumları ilə layihələr razılaşdırılıb. İndi Abşerona yeni təyin olunan icra başçısı Abdin Fərzəliyev Nurlan adlı adamı vasitəsilə bizə xəbər göndərir və tələbləri icra olunmayınca işlərin başlanmasına icazə verməyəcəyini deyir.

Abşeronda tikinti aparan iş adamları və sadə vətəndaşların narazılığı artmaqdadır. İcra başçısının özəl, qanunsuz qaydaları haqlı etirazlara səbəb olub. Abdin Fərzəliyevin keçmişdəki qaranlıq fəaliyyəti əslində Abşeronda olunan təyinatın nəticələrinin yaxşı olmayacağını göstərirdi. Ilk günlərdə Abdin müəllimin etdimadı doğrultmayacağı artıq təsdiqini tapmaqdadır. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Realliq.Tv olaraq ümid edirik ki, Abşeron rayonunda yaranmış narazılıqlar tezliklə müsbət həllini tapacaq və milyonçu icra başçıs Abdin Fərzəliyevin qanunsuz tələblərinə hüquqi qiymət veriləcək.

Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətindən münasibət öyrənə bilmədik. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq./XalqXeber.Az
https://bit.ly/3I9hGSP

10 Mart 2022 Perşembe

1xBet ən yaxşı CS:GO turniri üçün kiberidman aksiyasına start verdi! 
Fevral ayın 15`dən 27`dək CS:GO dünyasında ən çox gözlənilən IEM Katowice 2022 turniri keçiriləcək. Planetin ən yaxşı 16 komandası LAN formatında çempion titulu və 1.000.000 ABŞ dolları pul mükafatı uğrunda mübarizə aparacaq! 

Xüsusilə bu hadisə üçün 1xBet bukmeker şirkəti  CS:GO Katowice 2022 fəsahətli adlı promo təqdim edir. 

Aksiya iştirakçıları arasında qiymətli hədiyyələr oynanılacaq. Xüsusilə, bahalı skinlər "Əjdahanın hekayəsi", "Səthin bərkidilməsi", "Odlu ilan", "İldırım vurması", "Mavi Fosfor", Apple`dan avadanlıqları, promo kodlar və s. 

Ümumilikdə mükafat fondunda 450`yə yaxın hədiyyə var. Onları əldə etmək üçün bir neçə sadə addımı etmək kifayətdir.   

- 1xBet`də hesab yaratmaq və ya mövcud hesaba daxil olmaq.

- "Şəxsi Hesab"da bonus aksiyalarında iştirak etmək üçün razılığını təsdiqləmək.

- Aksiya səhifəsində “İştirak et” düyməsini klikləmək 

- IEM Katowice 2022 turnirinin hadisələri üzrə aksiya parametrlərinə 5 AZN qiymətindən mərc etmək (tək mərc və ya ekspress mərc). 

Etibarlı bukmeker hər 5 AZN mərc üçün bir bilet hesablayacaq. Nəticələr martın 2`də açıqlanacaq və iştirakçı uduş püşkatmasında ​​iştirak edə biləcək. Oyunçunun bileti nə qədər çox olarsa, onun qazanmaq şansı bir o qədər də yüksəkdir! 

Həmçinin, promo iştirakçısı IEM Katowice 2022`nin qalibini düzgün proqnozlaşdıra bilsə, 1xBet`də təxmin etdiyi mərci təsdiqləsə, o, əlavə olaraq beş bilet əldə edəcək. 

Hər kəs 1xBet`də qeyd olunan aksiya səhifəsinə daxil olaraq, aksiyanın tam şərtlərini və uduşların tam siyahısı ilə tanış ola bilər. 

1xBet ilə IEM Katowice 2022 hadisələrinə mərc edin və məhz siz CS:GO arsenalınızı ən yaxşı skinlər ilə bəzəyəcəksiniz! 

"24 saat"
https://bit.ly/3pWYNw5

7 Mart 2022 Pazartesi

Müharibənin səbəb olacağı ərzaq böhranı – Qərb mediası

Müharibənin səbəb olacağı ərzaq böhranı – Qərb mediası

Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq ikinci həftədir davam edir. Qərb mediası diqqəti bu müharibənin yarada biləcəyi ərzaq böhranına çəkir.



“The Financial Times” dünyada buğda ixracının üçdə birinin Rusiya ilə Ukraynanın payına düşdüyünü yazır. Müharibə başlayandan Qara Dənizdəki limanların işində fasilə yaranıb. Nəticədə buğdanın qiyməti 2007-2008-ci illər böhranındakı səviyyəni ötüb.



Ukraynanın mərkəzində fermer plantasiyası olan niderlandlı Kis Huizinga deyir ki, ölkədəki fermerlər tezliklə əkinə başlamasalar, ərzaq təhlükəsizliyinə böyük təhdid yaranacaq. “Üzümüzə gələn mövsümdə Ukraynanın ərzaq istehsalı iflas edərsə, buğdanın qiyməti iki, ya üç dəfə qalxa bilər”, – iyirmi ildir Kiyevdən 200 km cənubda yerləşən Çerkasidə təsərrüfatla məşğul olan niderlandlı deyir. Onun qoşulduğu fermerlər birliyinin 1100 üzvü var, ölkədə kənd təsərrüfatı sahəsinin 10 faizindən də azını əhatələyir.



İnflyasiya yüksələcək



Ekspertlər və siyasətçilər ixracda yubanmanın buğda, taxıl, günəbaxan yağı və arpa idxalında bu regiondan asılı ölkələrə təsir göstərəcəyini düşünürlər.



“Onlar müxtəlif təchizatçılara üz tutacaqlar, bu isə qiymətlərin qalxması deməkdir”, – ABŞ Kənd Təsərrüfatı Departamentinin keçmiş baş iqtisadçısı Cozef Qlauber deyib.



Qəzet qiymət artımının ərzaq inflyasiyasını da yüksəldəcəyini yazır. Yanvarda bu inflyasiya son yeddi ildə ən yüksək həddə – 7.8 faizə çatmışdı.



Ukrayna Livanın buğda idxalının 90 faizini verir, Somali, Suriya, Liviya kimi ölkələr üçün əsas təchizatçıdır.



Rusiya da Azərbaycan daxil, bir sıra qonşuları üçün əsas buğda təchizatçısıdır.



“Hətta sabah müharibə bitsə belə, Ukraynada əkin mövsümü artıq pozulub və bu, 2022-ci il biçininə təsir göstərəcək”, – Türkiyənin Taxıl Fondunun keçmiş rəhbəri İsmayıl Kamaloğlu söyləyib.



Qəzetin danışdırdığı təhlilçilər qiymət artımının iğtişaşlara səbəb olacağını istisna etmirlər. 2009-2010-cu illərdə taxılın bahalanması Ərəb baharına təkan verən amillərdən hesab olunur.



Sanksiyaların Qərbə təsiri



“The Associated Press” agentliyi isə Rusiyaya sanksiyaların qlobal ticarətə təsirini araşdırıb.



Apple, Nike-dan tutmuş Maersk kimi daşıma şirkətləri də Rusiyadan gedir.



Agentlik Çinin Rusiyadan ixraca qucaq aça biləcəyini yazır. Amma Pekin də indiyədək Rusiya Prezidenti Vladimir Putini tam dəstək verməyə meylli görünməyib.



Dünyada qarğıdalı ixracının 16 faizi Ukraynaya, buğda ixracının 30 faizi isə Rusiyaya məxsusdur. Agentlik müharibənin nisbətən yoxsul ölkələrə təsir göstərəcəyini yazır.



Rusiyaya sanksiyaların təsiri ABŞ-da yanacaq doldurma stansiyalarında hiss olunacaq. Ötən il Rusiya bu ölkəyə neft məhsullarının satışında Meksika və Kanadadan sonra üçüncü yerdə idi, idxalın isə 8 faizi Rusiyadan gedirdi.



Ümumilikdə Rusiya Birləşmiş Ştatlara məhsul təchizatında 20-ci yerdə olub.



Bayden administrasiyası indilik Rusiyaya tam ticarət embarqosu qoymayıb, yaxud Rusiyanın enerji sektorunu hədəfə almayıb. Amma Dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ və müttəfiqləri Rusiya neftinin idxalının yasaqlanması barədə “çox fəal müzakirə” aparırlar.



Cons Hopkins Universitetində biznes professoru Tinqlonq Dai deyir ki, Soyuq Müharibə bitəndən sonra qlobal ticarətin əsas prinsipi geosiyasətlə biznesin ayrılması idi.



“Rusiya bunların hər ikisini məhv elədi”, – deyən Dai yeni “Dəmir Pərdə”nin peyda olacağını istisna etmir. Rusiya və müttəfiqləri pərdənin bir, Qərblə digərləri isə o biri üzündə dayana bilər.



"24 saat" "Müharibənin səbəb olacağı ərzaq böhranı – Qərb mediası" başlıqlı yazını "Pressklub"a istinadən dərc edib



Xeberler
https://bit.ly/3KpXZHW

4 Mart 2022 Cuma

Zelenski nəhayət NATO-nu ittiham etdi - "RUSLARA NATO YAŞIL İŞIQ YANDIRDI!"
Ukrayna səmasını bağlamaqdan imtina edən NATO liderləri Ukrayna dövlətinin ərazisini rusların növbəti dəfə bombaması üçün yaşıl işıq yandırıblar. "24 saat" xəbər verir ki, bunu martın 4-də Ukrayna prezidenti Volodimir Zelenski yeni video müraciətində deyib.

"Bu gün Alyansın (NATO - red) rəhbərliyi uçuşa qadağa zonası yaratmaqdan imtina edərək, Ukraynanın şəhər və kəndlərinin yenidən bombalanması üçün yaşıl işıq yandırdı. Siz səmanı bağlaya bilərdiniz, amma... Bilmirəm, siz kimisə qoruya bilərsiniz, ya yox. Heç olmasa müttəfiq ölkələri qoruyun. Siz ortaq Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən bizim qanımızın qarşılığında alacağınız yanacaq üçün özünüzü satırsınız”, - deyə Zelenski bildirib.

Prezident hesab edir ki, NATO Ukrayna səmasının bağlanmasının Rusiyanın Şimali Atlantika Alyansına qarşı birbaşa təcavüzünə səbəb olacaq təəssüratı yaradıb.

"Bu, zəif, özünə güvənməyənlərin öz-özünə hipnozudur. Baxmayaraq ki, onların silahları bizdən qat-qat güclü ola bilir. Siz insanlar, insanlıq haqqında düşünməli idiniz. Bəs o görüşdə nə fikirləşdiniz? Sizin acizliyinizə, zəifliyinizə görə, parçalanmanıza görə Alyansın indiyə qədər bacardığı bütün işlər məhv oldu", - deyə bildirib.

"24 saat"
https://bit.ly/3tyvPDJ
Əsir götürülən rusların tam siyahısı
Ukrayna tərəfi müharibədə əsir düşən rusların siyahısını yaydı.

Əsir rusların ilkin siyahısı 116 nəfərdən ibarətdir.

Xüsusilə də saxlanılanlar arasında 20-30 yaş arası gənclər üstünlük təşkil edir.

Müxtəlif hərbi rütbələrin daşıyıcıları əsir götürülüb: sıravi hərbi qulluqçulardan tutmuş taqım komandirlərinə, mexaniklərə, kəşfiyyatçılara və s.

Rusiya Federasiyası Federasiyalar Şurasının iclasında bir senator rusların Ukrayna ilə müharibəyə çağırışçıları göndərdiyini və 100 nəfərlik bir bölükdən yalnız dördünün sağ qaldığını bildirib.

Ukrayna tərəfinin martın 4-ü səhər saatlarına qədər açıqladığı məlumata görə, düşmən tərəfi 9166 nəfər itki verib.

Eyni zamanda, Rusiya yalnız martın 3-də Ukrayna ilə müharibədə 500-dən az hərbçisinin həlak olduğunu bildirib.

Xatırladaq ki, Rus işğalçıları özləri ilə Ukraynaya səyyar krematoriyalar gətiriblər. (Krematoriya meyitlərin yüksək temperaturda yandırıldığı yerdir.)

Eyni zamanda ruslar əsgərlərinin cəsədini də götürmürlər. Bir neçə gündür ki, Ukrayna hakimiyyəti Qırmızı Xaç və Rusiya Federasiyasının nümayəndələrinə Rusiya hərbçilərinin cəsədlərini Ukrayna torpaqlarından çıxarmaq çağırışı ilə müraciət edir.

Bundan əlavə, Ukrzaliznitsia işğalçıların cəsədləri üçün 20 soyuducu vaqon hazırlayıb. Onlar 10.000 cəsəd tutmağa qadirdir.

"24 saat"
https://bit.ly/3hHgStA
ABŞ dövlət katibindən şok açıqlama: Putin Pandora qutusunu açacaq
Avropa İttifaqı Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilən toplantısında iştirak edən ABŞ dövlət katibi Antoni Blinken Rusiya və Vladimir Putin barədə açıqlamalar verib.

“Biz prezident Putinin seçdiyi müharibə ilə - real insanlar, analar, atalar, uşaqlar üçün ağır nəticələri olan müharibə ilə üz-üzəyik. Televiziyalarda bu görüntüləri görürük və bu vəziyyətə son qoyulmalıdır. “Biz bunu dayandırmaq üçün əlimizdən gələni etməyə qərarlıyıq” deyə bildirib.

“İkinci dünya müharibəsindən sonra biz hamı üçün sülh və təhlükəsizliyi qorumaq üçün prezident Putinin hər gün dəhşətli şəkildə pozduğu prinsipləri əsaslandırdıq. Bunlar başqa bir ölkənin sərhədlərini zorla dəyişdirmək və ya ələ keçirməkdir. Bir ölkənin vətəndaşları öz gələcəkləri ilə bağlı edəcəkləri seçimləri digərinə təlqin edə bilməzlər. Putinin indi etdiyi kimi bu prinsiplərə etiraz etməyə icazə versək, bu, təkcə bizim üçün deyil, bütün dünya üçün Pandora qutusunu açacaq”.

Məlumat üçün bildirək ki, "Pandora qutusu" Yunan mifalogiyasınından götürülüb. Əsatirə əsasən Pandora - yer üzündə ilk yaradılmış qadındır. Qutu isə onun özü ilə birlikdə yerə gətirmiş olduğu bədbəxtliklərlə dolu mücrüyə işarədir.

"24 saat"
https://bit.ly/35QCYqN
Rusiya Türkiyədə görüşməyə "YAŞIL İŞIQ" yandırdı
Rusiya "Rusiya-Ukrayna müharibəsi" ilə bağlı davam edən danışıqlarla bağlı açıqlama verib. Rusiyadan verilən açıqlamada “Rusiya və Ukrayna nümayəndə heyətlərinin Türkiyədə görüşməsi yaxşı fikirdir” ifadəsi işlədilib.

Reuters-in xəbərinə görə, Rusiyanın BMT-dəki səfiri Gennadi Qatilov Rusiya və Ukrayna xarici işlər nazirləri arasında gələn həftə Türkiyədə görüş keçirilməsi təklifini müsbət qarşılayıb.

Qatilov bildirib ki, martın 11-13-də Antalyada keçiriləcək diplomatik forumda belə bir görüşün keçirilməsi ideyası yaxşıdır.

İKİNCİ GÖRÜŞÜN DƏ NƏTİCƏSİ OLMADI

Rusiya fevralın 24-də hücuma keçdiyi Ukrayna ilə dünən Belarusun Brest şəhərində ikinci dəfə masa arxasına oturdu. Danışıqların ikinci mərhələsi başa çatdıqdan sonra üçüncü "raundun" keçiriləcəyi, humanitar dəhlizin yaradılması ilə bağlı konsensusun əldə olunduğu bildirilib.

PUTIN: HƏFTƏ SONU ÜÇÜNCÜ RAUD KEÇİRİLƏ BİLƏR

Rusiyanın Ukraynaya hücumları davam edərkən Almaniya kansleri Olaf Şolzla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit Putinin baş nazir Şolzla Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun bu həftə sonu keçirilə biləcəyi barədə məlumat verdiyini bildirib.

"24 saat"
https://bit.ly/3vMuc8a

3 Mart 2022 Perşembe

Zaporojye Atom Elektrik Stansiyası açılan atəş nəticəsində yanmağa başlayıb.

Atom elektrik stansiyasını ələ keçirməyə çalışan Rusiya hərbçiləri tərəfindən atəşə tutulub, lakin Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri özünü müdafiə edir və şiddətli döyüşlər davam edir.

Bu barədə Zaporojye AES - in Telegram-kanalına istinadən məlumat yayıb.

"Rusiya Federasiyası qoşunlarının Zaporojye AES-i atəşə tutması nəticəsində yanğın baş verib!" - mesajda deyilir.

"24 saat"
https://bit.ly/3tpK11T
Pilotsuz təyyarələri Rusiya hərbi texnikasının Ukraynanın paytaxtı Kiyevdən 60 km şimal-qərbdə yerləşən Borodyanka şəhərində həyata keçirdiyi dağıntılarının miqyasını göstərir.
https://bit.ly/3Mliwiz
Ukraynada daha bir Rusiya təyyarəsi vuruldu
Birləşmiş Qüvvələrin hava hücumundan müdafiə bölməsi Donetsk vilayətinin Volnovaxa yaşayış məntəqəsinin yaxınlığında Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub. Bu barədə Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu təyyarənin pilotları şəhərin mülki əhalisini və infrastrukturunu vəhşicəsinə bombardman ediblər.

Bundan əvvəl Ukrayna hərbçiləri İrpin üzərində Rusiyanın Su-30 təyyarəsini vurub.

"24 saat"
https://bit.ly/3vwpRWN

2 Mart 2022 Çarşamba

Ukraynalılar "Bayraktar"a mahnı yazdılar

https://bit.ly/35GXkmC
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəisi hesabat verdi
"24 saat" xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəisi Aliksey Danilov ölkəsinə qarşı Rusiya təcavüzünün 7-ci günündə baş verən hadisələrlə bağlı hesabat xarakterli paylaşım edib:

Həmin paylaşımı təqdim edirik:

Qəhrəman Ukrayna Milli Müqavimətinin yeddinci günü!

Dünən bütün cəbhələrdə güclü əks-zərbə alan düşmən yenidən qruplaşmaq və əlavə ehtiyatları səfərbər etmək məcburiyyətində qalıb. Taktiki təşəbbüs tədricən Ukraynaya keçir. Rusiya işğalçılarının strateji hədəfləri kimi əsas şəhərlər - Kiyev, Xarkov, Mariupol tamamilə Ukrayna ordusunun nəzarəti altındadır. Rusiyanın Nikolayev və Sumını bloklamaq və ələ keçirmək üçün böyük resursları cəmləməsinə baxmayaraq, bu şəhərlər müdafiəni uğurla davam etdirir.

Düşmən Donetskdə də irəliləyə bilməyib.

Rus işğalçıları Polissya və Siversk istiqamətində hücuma hazırlaşır. Moskvadakılar Kiyevi bloklamaqdan ümidlərini üzmürlər. Ancaq bunlar boş cəhdlərdir.

Ukrayna kəşfiyyatının və xüsusi xidmət orqanlarının parlaq işi sayəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi Ali Baş Komandanın Qərargahı terrorçu ölkə komandanlığının plan və niyyətləri haqqında hərtərəfli məlumat və tam təsəvvürə malikdir. Qərb tərəfdaşlarımız əməliyyat-kəşfiyyat məlumatları ilə bizə fəal şəkildə kömək edirlər.

Vəziyyət gərgindir, Kreml bizə qarşı müasir tarixdə görünməmiş sayda hərbi texnika - minlərlə ton zirehli metal toplayıb, biz onlar məhv edilib yandırılacaq.

Beləliklə, bizim, əziz dostlar, hələ çox işimiz var!

Yaşasın Ukrayna. Düşmənlərə ölüm!
https://bit.ly/35IwD0x
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəisi hesabat verdi
"24 saat" xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəisi Aliksey Danilov ölkəsinə qarşı Rusiya təcavüzünün 7-ci günündə baş verən hadisələrlə bağlı hesabat xarakterli paylaşım edib:

Həmin paylaşımı təqdim edirik:

Qəhrəman Ukrayna Milli Müqavimətinin yeddinci günü!

Dünən bütün cəbhələrdə güclü əks-zərbə alan düşmən yenidən qruplaşmaq və əlavə ehtiyatları səfərbər etmək məcburiyyətində qalıb. Taktiki təşəbbüs tədricən Ukraynaya keçir. Rusiya işğalçılarının strateji hədəfləri kimi əsas şəhərlər - Kiyev, Xarkov, Mariupol tamamilə Ukrayna ordusunun nəzarəti altındadır. Rusiyanın Nikolayev və Sumını bloklamaq və ələ keçirmək üçün böyük resursları cəmləməsinə baxmayaraq, bu şəhərlər müdafiəni uğurla davam etdirir.

Düşmən Donetskdə də irəliləyə bilməyib.

Rus işğalçıları Polissya və Siversk istiqamətində hücuma hazırlaşır. Moskvadakılar Kiyevi bloklamaqdan ümidlərini üzmürlər. Ancaq bunlar boş cəhdlərdir.

Ukrayna kəşfiyyatının və xüsusi xidmət orqanlarının parlaq işi sayəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi Ali Baş Komandanın Qərargahı terrorçu ölkə komandanlığının plan və niyyətləri haqqında hərtərəfli məlumat və tam təsəvvürə malikdir. Qərb tərəfdaşlarımız əməliyyat-kəşfiyyat məlumatları ilə bizə fəal şəkildə kömək edirlər.

Vəziyyət gərgindir, Kreml bizə qarşı müasir tarixdə görünməmiş sayda hərbi texnika - minlərlə ton zirehli metal toplayıb, biz onlar məhv edilib yandırılacaq.

Beləliklə, bizim, əziz dostlar, hələ çox işimiz var!

Yaşasın Ukrayna. Düşmənlərə ölüm!
https://bit.ly/35IwD0x
Rus ordusu bu gündədir - partlamış tankar, yanmış paltarlar və... - VİDEO + FOTOLAR
"24 saat" xəbər verir ki, jurnalist Elena Çiçenina Rus ordusu tərəfindən daim atəş altında saxladığı və quru hücumuna məruz qalan Kiyev yaxınlığındakı Buçadan təzə foto və videolar dərc edib.

“Demək olar ki, heç bir əlaqə yoxdur. Bu yaramazların paltarlarının kiçik bir şəklidir "deyə jurnalist yazıb.

Xüsusilə, fotoda işğalçıların yandırılmış texnikası, səpələnmiş paltarları və şəxsi əşyaları, həmçinin Rusiya Ordusu yazısı olan quru yeməkləri görə bilərsiniz.

"24 Saat" Rus ordusunun "əzəmətini" sübut edən VİDEO VƏ FOTOları təqdim edir:

Rus ordusu

Video linki - https://youtu.be/r-stWeoZe3w

VİDEO ancaq youtube" də izlənə bildiyindən yuxarıdakı link və ya aşağıdakı pəncərədn "YouTube`da izleyin" düyməsinə klik edərək görüntülərə baxa bilərsiniz.

 
https://bit.ly/3K8MPXV

1 Mart 2022 Salı

Xarkovdan dəhşətli görüntülər
Rusiyanın Ukraynaya təcavüzünün 7-ci günündə faciənin şiddəti getdikcə artmaqdadır. Ukrayna daxili işlər nazirinin müavini Anton Gereşenko Xarkov vilayət polis idarəsinin binasının raket zərbəsi ilə vurulduqdan sonra yanan dəhşətli mənzərənin görüntülərini yayıb.

"24 saat" bildirir ki, görüntülərdən təkcə vilayət polis idarəsinin deyin, ona yaxın yaşayış binalarının da dağıldığı aydın görünür. Həmin görüntüləri təqdim edirik:
https://bit.ly/3HF8NQB
Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT
Rusiya Federasiyasının işğalçı ordusunda Kadırov qruplaşmasının üzvləri ilə rus zabitləri arasında silahlı qarşıdurma baş verib.

"24 saat" Ukrayna mətbuatına istinadən xəbər verir ki, işğalçıların bir-birini qırması nəticəsində ən azı dörd Kadırovçu və altı rus öldürülüb.

Həmçinin, Ukrayna prezidentinin müşaviri Aleksey Aretoviçin sözlərinə görə, iki gün əvvəl Kadırovçuların 60 hərbi texnikadan ibarət hərbi kanvoyu Jitomir istiqamətində darmadağın edilib. Kolon "Bayraktar TV2" PUA hücumu nəticəsində məhv edilib.

“Putin əsgəri” Kadırovun özü isə Ukraynada onun həmyerlilərindən yalnız ikisinin həlak olduğunu, altısının isə yaralandığını iddia edir.

"24 saat"
https://bit.ly/3C3bVEM
Zaporojye vilayətində icma başçısı kəndi işğalçılara təhvil verib
Zaporojye vilayətinin Mixaylivka kənd icmasının rəhbəri Vladimir Rikun rus qoşunları ilə danışıqlar aparıb. Onun sözlərinə görə, işğalçılar mənzil-tikinti sektorunu atəşə tutmayacaq və infrastrukturu məhv etməyəcəklər.

"24 saat" xəbər verir ki, bu barədə Mixaylovski kənd icmasının rəhbəri Volodimir Rikunun facebook profilindən paylaşdığı bəyanatda bəhs edilib.

"Vəziyyət belədir: ruslar bizim xidmətlərin işinə qarışmayacaqlarına və talan etməyəcəklərinə söz verirlər. Bir neçə günə torpağımızı tərk edəcəklər".

O qeyd edib ki, cəmiyyətdə komendant saatı tətbiq olunur. O, həmçinin vətəndaşları sakit olmağa və təxribatlara uymamağa çağırıb.

Xatırladaq ki, fevralın 24-də səhər saat 4 radələrində Rusiya prezidenti Vladimir Putin “Donbasda xüsusi hərbi əməliyyat” elan edib. Onun sözlərinə görə, bu, “Ukraynanın demilitarizasiyası və denazifikasiyası” zərurəti ilə bağlıdır. Bir çox şəhərlərdə komendant saatı tətbiq edilib.

Qeyd edək ki , Ukraynanın baş prokuroru İrina Venediktova Rusiyanın Ukraynaya müdaxiləsi faktları ilə bağlı cinayət işinin başlandığını bildirib. Rusiyanın hərəkətləri beynəlxalq hüququ da pozub.

"24 saat"
https://bit.ly/3IBE9Js