4 Mart 2022 Cuma

Zelenski nəhayət NATO-nu ittiham etdi - "RUSLARA NATO YAŞIL İŞIQ YANDIRDI!"
Ukrayna səmasını bağlamaqdan imtina edən NATO liderləri Ukrayna dövlətinin ərazisini rusların növbəti dəfə bombaması üçün yaşıl işıq yandırıblar. "24 saat" xəbər verir ki, bunu martın 4-də Ukrayna prezidenti Volodimir Zelenski yeni video müraciətində deyib.

"Bu gün Alyansın (NATO - red) rəhbərliyi uçuşa qadağa zonası yaratmaqdan imtina edərək, Ukraynanın şəhər və kəndlərinin yenidən bombalanması üçün yaşıl işıq yandırdı. Siz səmanı bağlaya bilərdiniz, amma... Bilmirəm, siz kimisə qoruya bilərsiniz, ya yox. Heç olmasa müttəfiq ölkələri qoruyun. Siz ortaq Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən bizim qanımızın qarşılığında alacağınız yanacaq üçün özünüzü satırsınız”, - deyə Zelenski bildirib.

Prezident hesab edir ki, NATO Ukrayna səmasının bağlanmasının Rusiyanın Şimali Atlantika Alyansına qarşı birbaşa təcavüzünə səbəb olacaq təəssüratı yaradıb.

"Bu, zəif, özünə güvənməyənlərin öz-özünə hipnozudur. Baxmayaraq ki, onların silahları bizdən qat-qat güclü ola bilir. Siz insanlar, insanlıq haqqında düşünməli idiniz. Bəs o görüşdə nə fikirləşdiniz? Sizin acizliyinizə, zəifliyinizə görə, parçalanmanıza görə Alyansın indiyə qədər bacardığı bütün işlər məhv oldu", - deyə bildirib.

"24 saat"
https://bit.ly/3tyvPDJ

Hiç yorum yok:

Yorum Gönder