1 Nisan 2022 Cuma

Sabah Azərbaycanda hava 29 dərəcəyə qədər isinəcək
Aprelin 2-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Havanın temperaturu Bakıda gecə 8-10 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava şərati əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.
https://bit.ly/3x30rR8

Hiç yorum yok:

Yorum Gönder