16 Haziran 2022 Perşembe
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün “IV Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib.
az24saat.org-un məlumatına görə, layihə “Neftçi” klubunun və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, SOCAR və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.
Bu gün şəhidlərin 6 - 12 yaşlı 104 övladını əhatə edən layihənin açılış mərasimi baş tutub. Tədbirdə “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi”nin prezidenti Kamran Quliyev, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.
Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.
https://bit.ly/39r1Szw
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder