10 Şubat 2023 Cuma
"Cındır balası" məhkəmədə araşdırılacaq?
"Mart ayının 1-i, saat 15-də Xaçmaz Rayon Məhkəməsində növbəti məhkəmə prosesim keçiriləcək..." Bu açıqlama ilə müstəqil jurnalist Cəmil Məmmədli çıxış edib.
C.Məmmədli daha sonra bildirib: "Bazar adamları məni həbs etdirmək üçün girmədikləri rol qalmayıb, bu da o rollardan biri...
Mübahisənin əsl səbəbi isə Tural Abbaslını tənqid edən, başqasının yazdığı statusu paylaşmağım olub.
Bu paylaşımdan sonra mənim və ailəmin ünvanına sosial şəbəkələrdə, internet kanallarda, vəzifəli şəxslərin qəbullarında hər cür böhtanlar ataraq, hələki istədiklərinə nail ola bilməyiblər...
Görək bu dəfə məhkəmə nə hökm verəcək...
P.S.
Ziyəddin Əliyevin faktlarını yaydığım gündən bu günə qədər bütün sahələrdə sistemli şəkildə mənə qarşı "mübarizə" aparanlar peyda olub..."
Onu da qeyd edək ki, jurnalistin bildirdiyinə görə, o, 10 ay özünün ünvanına yazılan böhtan və təhqirlərə cavab olaraq qarşı tərəfə "cındır balası" deyib.
İndi isə bu söz onu növbəti dəfə məhkəmə qarşısında durmağa vadar edəcək.
https://www.az24saat.org/24 saat
https://bit.ly/3IeWJZT
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder