29 Mayıs 2023 Pazartesi
Elşad Abdullayev - Aleksand Lapşin ittifaqı barədə şok məlumatlar
Bu günlərdə "24 saat" saytına özəl mənbədən çox maraqlı və bir o qədər də utancverici bir məlumat daxil olub.
Məlumatda 2011-2012-ci illərdə icazəsiz olaraq o dövürdə mövcud olan Azərbaycanın "Dağlıq Qarabağ" vilayətinə səfər edən və bu səbəbdən də 2016-cı il dekabrın 15-də Minskdə həbs edilərək Azərbaycana ekstradisiya edilən Aleksandr Lapşinin erməni mediasına verdiyi açıqlamada yer tapmış bəzi fikirlərinı aydınlıq gətirilir.
Etibarlı mənbəmiz iddia edir ki, Lapşinin aşağıda səsləndirdiyi iddialarının məğzində hazırda Avropada məskunlaşan və ermənilər ilə sıx biznes əlaqələrinin və hətta qohumluq bağlarının olduğu deyilən Elşad Abdullayev dayanır. Mənbəmiz hələlik ictimaiyyətə açıqlamağımızı istəmədiyi faktlarla sübut edir ki, Elşad Abdullayev Aleksand Lapşinin Azərbaycanın haqlı mövqeyinə qarşı "silahlanması" üçün lazım olan maddi yardımın əsas hissəsini Elşad Abdulleydən ala bilib.
Lapşinin Erməni mediasına verdiyi açıqlamasının tərcüməsini təqdim edirik:
"Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa mənə azərbaycanlılar yardım edəcək.
Burda söhbət məni milliyyətimə görə özünə yaxın bilmək ehtimalı olan tat və yəhudilərindən getmir.
Hətta söhbət talış və ləzgilərdən də getmir . Söhbət konkret olaraq azərbaycanlılarından gedir.
Mən artıq onlardan bir neçə dəfə ianə almışam, yəni azərbaycanlılardan.
Adlarını çəkmək istəmirəm onlar Avropada yaşayan azərbaycanlılardır.
Onların ikisi Əliyev rejiminə qarşı ən yüksək səslə etiraz edənlərdəndirlər. Xüsusən də, Belçikada və ya ABŞ-da etirazlar edirlər.
Bu insanlar mənə kifayət qədər əhəmiyyətli məbləğdə pul göndəriblər.
Hətta deyərdim ki, topladığım bütün pulların təxminən üçdə birini azərbaycanlılar göndərib.
Paradoksal vəziyyət yaranıb."
https://www.az24saat.org/wp-content/uploads/2023/05/Elsad-Abdullayev.mp4
Xatırlatma:
ABU (Azərbaycan Biznes universitetinin) sabiq rektoru, hüquq-elmləri doktoru, professor Elşad Abdullayev 25 sentyabr 2012-ci il tarixdən etibarən MTN -də işləyən qaynı polkovnik Mustafa Əhmədovun tapşırıgıyla Azərbaycan Respublikasının müxtəlif vəzifəli şəxslərlə görüşlərində gizli yolla çəkilmiş videoları internetdə yayımlamağa başlayıb.
Həmin videoların bəziləri üzrə cinayət işləri açılmış, müxtəlif şəxslər həbs edilmiş və ya tutduğu vəzifədən azad edilmişdir.
28 sentyabr 2012-ci ildə videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılmışdır. Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Elşad Abdullayev hazırda Azərbaycan Respublikası tərəfindən Beynəlxalq axtarışa verilib. Avropa ölkələrindən birində gizləndiyi iddia olunur.
"24 saat" (mövzuya qayıdacağıq)
https://www.az24saat.org/24 saat
https://www.az24saat.org/lapsinin-az%c9%99rbaycanli-sponsorunun-elsad-abdullayev-oldugu-uz%c9%99-cixdi/
18 Mayıs 2023 Perşembe
Moskvada yaşayan, əslən Azərbaycanlı olan tanınmış biznesmen və xeytiyyəçi, "Ağdam" batalyonun tam təminatçısı olmuş Fuad Rzayev "24 saat" vasitəsiylə birinci vitse-prezident Mehriban əliyevaya müraciət ünvanlayıb.
Müraciətin tam mətnini təqdim edirik:
Azərbaycan Respublikasının 1- çi Vitse-prezidenti Mehriban xanım Əliyevaya.
Hörmətli Mehriban xanım!
Mən, Rzayev Fuad Bakıda doğulub boya-başa çatmışam. İş adamı olmuşam. Birinci Qarabağ savaşında Ağdam batalyonunun bir il tam təchizatını öz şəxsi vəsaitim hesabına həyata keçirmişəm.
Azərbaycan kinosunun həmin illərdə tənəzzülə uğradığını görduyum üçün "Bəxt üzüyü" filminin tək və tam sponsoru olmuşam, həm də yaradıcılıq fəaliyyətində də iştirak etmişəm.
Hal-hazırda Qarabağda böyük quruculuq işləri aparılır. Bu gün yaşlandigim üçün aktiv bizneslə məşğul ola bilməsəm də, Moskvanın ən gözəl yerlərindən birində tikilmiş Azərbaycan Beynəlxalq Universitetinin böyük binasının və ərazisinin satılaraq əldə olunan vəsaitin "Yaşat" və ya digər ictimai fondlara köçürülməsinə qərar vermişəm. Lakin, bütün sənədlər hazırda Azərbaycan CM- nin213.2.2 ( Vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (Rüşvət alma,qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə), 311.3.2 (təkrar törədildikdə), 311.3.3 (külli miqdarda törədildikdə), 312.2 (Vəzifəli şəxs tərəfindən bilə- bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 29 (Cinayət etməyə cəhd) maddələri ilə təqsirləndirilən və axtarışda olan sabiq rektor, hal- hazırda elmi və siyasi rəhbəri olmuş ermənilər vasitəsilə Fransada siyasi mühacir adı altında gizlənən, pullarını erməni fondlarına yönəltmiş satqın Elşad Abdullayevin adındadır.
Mən, ABU-nun Moskva filialının açılmasında böyük əməyi və zəhməti olmuş bir təqaüdçü (pensioner) olaraq bu binanı və torpaq ərazisini Vətənimə halal edirəm və xahiş edirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva bu işi öz nəzarətinə götürərək, bazar qiyməti 100 milyon olan bu əmlakı dövlətimizin ehtiyaclarına, Qarabağ savaşında şəhid olmuş namuslu kişilərin ailələrinə, sağlığını itirmiş qazilərimizə sərf etsinlər.
Bu 100 milyonluq əmlak Elşad Abdullayevin adına olduğu üçün qanunla müsadirə edilib, dövlətin vergi borcu ödənilməlidir. Çünki, əminəm ki, tezliklə bu tikili və onun ərazisi Elşad Abdullayevin erməni şərikləri tərəfindən onların adına keçiriləcəkdir. Azərbaycan bürokratik maşınının çox ləng işləməsi səbəbindən sözügedən 100 milyon vəsait öz sahibinə - Azərbaycana deyil, Ermənistan büdcəsinə qismət olacaqdır. Mən bunun əleyhinəyəm. Çünki, bu pullar ABU-nun tələbə qəbulundan yığılan pullardir. 5000 diplom almamış ailənin pullarıdır.
Bu işi Prezidentdən gizlədən, hələ bu gün də Elşad Abdullayevin maraqlarını güdən şəxslər bilsin ki, hər biri haqqında müfəssəl məlumat vardır.
Xahiş edirəm, bu əmlakın Azərbaycan insanının halalı olduğunu bilərək, bu vəsaiti Vətənimizə qaytarmağa kömək edəsiniz!
"24 saat"
https://www.az24saat.org/wp-content/uploads/2023/05/Fuad-Rzayev.mp4
https://www.az24saat.org/wp-content/uploads/2023/05/WhatsApp-Video-2023-05-18-at-18.04.04.mp4
https://www.az24saat.org/24 saat
https://bit.ly/3IppqmS

Kaydol:
Kayıtlar (Atom)