29 Mayıs 2023 Pazartesi

Lapşinin azərbaycanlı sponsorunun Elşad Abdullayev olduğu üzə çıxdı
Elşad Abdullayev - Aleksand Lapşin ittifaqı barədə şok məlumatlar

Bu günlərdə "24 saat" saytına özəl mənbədən çox maraqlı və bir o qədər də utancverici bir məlumat daxil olub.

Məlumatda 2011-2012-ci illərdə icazəsiz olaraq o dövürdə mövcud olan Azərbaycanın "Dağlıq Qarabağ" vilayətinə səfər edən və bu səbəbdən də 2016-cı il dekabrın 15-də Minskdə həbs edilərək Azərbaycana ekstradisiya edilən Aleksandr Lapşinin erməni mediasına verdiyi açıqlamada yer tapmış bəzi fikirlərinı aydınlıq gətirilir.

Etibarlı mənbəmiz iddia edir ki, Lapşinin aşağıda səsləndirdiyi iddialarının məğzində hazırda Avropada məskunlaşan və ermənilər ilə sıx biznes əlaqələrinin və hətta qohumluq bağlarının olduğu deyilən Elşad Abdullayev dayanır. Mənbəmiz hələlik ictimaiyyətə açıqlamağımızı istəmədiyi faktlarla sübut edir ki, Elşad Abdullayev Aleksand Lapşinin Azərbaycanın haqlı mövqeyinə qarşı "silahlanması" üçün lazım olan maddi yardımın əsas hissəsini Elşad Abdulleydən ala bilib.

Lapşinin Erməni mediasına verdiyi açıqlamasının tərcüməsini təqdim edirik:

"Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa mənə azərbaycanlılar yardım edəcək.

Burda söhbət məni milliyyətimə görə özünə yaxın bilmək ehtimalı olan tat və yəhudilərindən getmir.

Hətta söhbət talış və ləzgilərdən də getmir . Söhbət konkret olaraq azərbaycanlılarından gedir.

Mən artıq onlardan bir neçə dəfə ianə almışam, yəni azərbaycanlılardan.

Adlarını çəkmək istəmirəm onlar Avropada yaşayan azərbaycanlılardır.

Onların ikisi Əliyev rejiminə qarşı ən yüksək səslə etiraz edənlərdəndirlər. Xüsusən də, Belçikada və ya ABŞ-da etirazlar edirlər.

Bu insanlar mənə kifayət qədər əhəmiyyətli məbləğdə pul göndəriblər.

Hətta deyərdim ki, topladığım bütün pulların təxminən üçdə birini azərbaycanlılar göndərib.

Paradoksal vəziyyət yaranıb."

 

https://www.az24saat.org/wp-content/uploads/2023/05/Elsad-Abdullayev.mp4

 

Xatırlatma:

ABU (Azərbaycan Biznes universitetinin) sabiq rektoru, hüquq-elmləri doktoru, professor Elşad Abdullayev 25 sentyabr 2012-ci il tarixdən etibarən MTN -də işləyən qaynı polkovnik Mustafa Əhmədovun tapşırıgıyla Azərbaycan Respublikasının müxtəlif vəzifəli şəxslərlə görüşlərində gizli yolla çəkilmiş videoları internetdə yayımlamağa başlayıb.

Həmin videoların bəziləri üzrə cinayət işləri açılmış, müxtəlif şəxslər həbs edilmiş və ya tutduğu vəzifədən azad edilmişdir.

28 sentyabr 2012-ci ildə videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılmışdır. Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Elşad Abdullayev hazırda Azərbaycan Respublikası tərəfindən Beynəlxalq axtarışa verilib. Avropa ölkələrindən birində gizləndiyi iddia olunur.

"24 saat" (mövzuya qayıdacağıq)

 
https://www.az24saat.org/24 saat
https://www.az24saat.org/lapsinin-az%c9%99rbaycanli-sponsorunun-elsad-abdullayev-oldugu-uz%c9%99-cixdi/

Hiç yorum yok:

Yorum Gönder