1 Ocak 2022 Cumartesi

Azərbaycan xüsusi təyinatlı qüvvələrini artıracaq,  2022-ci il  isə Şuşa ili elan edilib

Bakı/01.01.22 Ötən il Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Türkiyə və Rusiya ilə əlaqələri gücləndirib. Gürcüstan və İranla əlaqələr möhkəmlənir. Çoxtərəfli əməkdaşlıq platforması formalaşır. Bunu dövlət başçısı İlham Əliyev ölkə vətəndaşlarına Yeni il müraciətində deyib.

“Ümid edirəm ki, nə vaxtsa bizim Ermənistanla da yaxşı qonşuluq münasibətlərimiz olacaq. İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edən Ermənistan regional rolunu artıra bilər. Ümid edirəm ki, Soçi və Brüsseldə əldə olunan razılaşmalar 2022-ci ildə həyata keçiriləcək”, - deyə Əliyev bildirib.

2022-ci ildə ölkənin hərbi qüdrəti artacaq, yeni silah və texnika alınacaq. “ Bu il artıq Azərbaycanda yeni hərbi birləşmə yaradılmışdır - Komando Qüvvələri. Bu Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar, onların sayı durmadan artır və artacaq. Beləliklə yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq”, - Əliyev deyib.

Bundan əlavə, işğaldan azad edilən ərazilərdə müasir hərbi infrastruktur yaradılacaq. Bütün bunlar birlikdə Azərbaycanın hərbi üstünlüyünü təmin edəcək, deyə Əliyev bildirib.

İşğaldan azad edilmiş ərazilərdə əhalinin geri qaytarılması məqsədi ilə sosial layihələrə böyük vəsait qoyulacaq. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bərpasına xüsusi diqqət yetirilir.

“Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”, Əliyev qeyd edib. -02D-

 



Turan
"24 saat"

Ramiz Abutalıbovun xatirəsinə

İndicə acı bir xəbər aldım, Ramiz Abutalıbov vəfat etdi və böyük bir epoxanın milli və mənəvi yaddaşını özü ilə apardı. Təkrarsız adam idi Ramiz müəllim, millətin ruhunun, yaddaşının cilalanması üçün yorulmadan işləmişdi, heç kəsdən, heç bir yerdən mükafat gözləməmişdi. Ən böyük mükafatı da öz vicdanından almışdı.

Cümhuriyyət irsinin dircəldilməsində, bərpasında Ramiz Abutalıbovun müstəsna xidməti vardır. Onu görə "vardır" yazırım, çünki bu bir qalıcı xidmət idi və zaman ötdükcə, nəsillər dəyişdikcə də qalacaq. O, hələ sovet dövründə xaricdə işləyərkən Azərbaycan mühacirlərinin irsini topladı, onları göz bəbəyi kimi qorudu və post-sovet dövründə millli xəzinəyə çevirdi. Ramiz Abutalıbovun Fransa xatirələri onun Paris xatirələri, Məmməd Məhərrəmovla, Ələkbər bəy Topçibaşovla, Qədir Süleymanovla görüşləri, ailə fondlarından cümhuriyyət liderlərinin həyat hekayələrini Azərbaycana daşıması, kimsəsiz məzarları qoruması və bərpa etməsi, o məzar sahiblərinə Parisin küçələrində xatirə lövhəsi qoydurması XX əsr tariximizin bir parçasıdır, canlı, qiymətli, dəyərli bir parçası.

Ramiz Abutalıbovun son işi Əlimərdan bəyin Arxivini çap etmək oldu. O, gürcü tədqiqatçısı Georgi Mamuliya ilə birlikdə Əlimərdan bəyin 4 cillik Paris arxivini nəşr etdirmək oldu. Bu fundamental bir iş idi, milli yaddaşa əvəzsiz bir tohvə idi. 1919-cu ildən vəfatına qədər Topçibaşovun qürbətdəki bütün irisini əhatə edən nadir bir nəşr idi.

Böyük, hərtərəfli fəaliyyəti ilə, milli irsi zərrə-zərrə toplamaqla Ramiz Abutalıbov özü də millətin bir zərrəsinə çevrilmişdi. Qiymətli bir zərrəsinə!



Turan
"24 saat"

Polad Həşimovun anası: "Kərəm Vəliyev oğlumu öldütdürüb..."

Azərbaycanın Milli Qəhrəmanı,  Azərbaycan Silahlı Qüvvələrinin ŞƏHİD general-mayoru Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun sabiq Komandir müavini — Qərargah rəisi Polad Həşimovun anası Səmayə Həşimova oğlunun ölümü ilə bağlı şok ciddi iddialar səsləndirib.

Səmayə Həşimova bildirib ki, general-mayor Polad Həşimovu Kərəm Vəliyev ( Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi) öldütdürərək onun yerinə vəzifəyə gəlib:

"24 saat" həmin videomüsahibəni təqdim edir:

Roma Papası qadınlara qarşı zorakılığa son qoymağa çağırır



Yanvarın 1-də etdiyi Yeni il çıxışında Roma Papası Fransis qadınlara qarşı zorakılığa son qoymağa çağırıb.


"Qadınlara qarşı nə qədər şiddət göstərilir" deyən Papa - "Yetər! Bir qadını incitmək Tanrıya həqarətdir."


Ötən ay bir televiziya proqramında çıxışı zamanı Francis qadınlara qarşı zorakılıq edən kişilərin "demək olar ki, şeytani" bir şeylə məşğul olduqlarını söyləyib.


Pandemiya başlayandan bəri Papa Fransis bir neçə dəfə məişət zorakılığına qarşı çıxıb, hansı ki, karantin dövründə bu zorakılığın səviyyəsinin bütün dünya üzrə kəskin artdığı bildirilir.


Katolik Kilsəsi yanvarın 1-ni həm də Ümumdünya Sülh Günü kimi qeyd edir.


Ötən ay bu münasibətlə verdiyi bəyanatında Papa xalqları silaha daha az, təhsilə isə daha çox xərcləməyə çağırıb.






Mənbə: AzadlıqRadiosu
"24 saat"

Makrona görə, Avropa İttifaqı yalnız ABŞ təhlükəsizlik çətirinə güvənməməlidir



Yanvarın 1-dən Avropa İttifaqına (Aİ) sədrlik altı ay müddətinə Fransaya keçir.


Fransa prezidenti Makron uzun müddətdir ki, blokun 27 üzv dövlətini birləşdirən əlaqələri möhkəmləndirməklə yanaşı, Aİ-ni daha güclü bir dünya gücünə çevirməyə çalışdığını bildirir.


“Deyərdim ki, biz öz sərhədlərimiz daxilində əməkdaşlıq Avropasından dünyada güclü, tam suveren, seçimlərində azad və öz taleyinin sahibi olan Avropaya keçməliyik”, – dekabrın əvvəlində etdiyi çıxışında Makron belə deyib.


Fransanın sədrliyi üçün planları, Fransanın təklifləri arasında blokun "strateji suverenliyini" artırmaq, blokun maraqlarına uyğun gələndə ona Birləşmiş Ştatlardan daha böyük müstəqilliklə hərəkət etmək imkanı vermək də var.


Makron həmçinin Aİ-nin birgə müdafiə qabiliyyəti ilə bağlı irəliləyişə nail olmaq istəyir ki, Aİ yalnız ABŞ təhlükəsizlik çətirinə güvənməsin.


ABŞ və Aİ rəsmiləri deyirlər ki, “strateji suverenlik” və Avropa müdafiə layihələri NATO-nu əvəz etməyəcək, tandemdə işləyəcək.


Fransa, həmçinin blokun xarici sərhədlərində böhranlara cavab vermək üçün fövqəladə reaksiya qüvvələrinin yaradılması da daxil olmaqla, miqrasiya ilə bağlı üzv dövlətlər arasında koordinasiyanı artırmaq üçün sədrlikdən istifadə etmək istəyir.


Digər prioritetlərə blok miqyasında minimum əmək haqqı, rəqəmsal nəhənglər üçün daha çox tənzimləmə, ətraf mühitin qorunması və üzv dövlətlərin koronavirus pandemiyasından sonra iqtisadiyyatlarını xilas etməyə çalışdıqları bir vaxtda Aİ-nin sərt büdcə kəsiri qaydalarına dəyişikliklər daxildir.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Keçmiş səfirlərdən Baydenə müraciət: Rusiyaya qarşı sanksiyalar açıqlasın



ABŞ-ın bir neçə keçmiş səfiri prezident Co Baydenə müraciət edərək Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya qarşı tətbiq olunacaq sanksiyaları dərc etməyə çağırıb.


Associated Press-in yazdığına görə, bəyanatı imzalayanlar ABŞ-ın Rusiya və Ukraynada çalışmış keçmiş səfirləridir.


Sənəd müəlliflərinin fikrincə, potensial iqtisadi sanksiyaların təfərrüatlarının açıqlanması eskalasiyadan əvvəl Kremlin qərarına təsir edəcək.


Dekabrın 30-u axşam saatlarında Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.


Ağ Evin yaydığı məlumatına görə, Co Bayden Vladimir Putini Ukrayna ətrafında yaranmış gərgin vəziyyəti aradan qaldırmağa çağırıb. Əks halda ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə “Ukraynaya qarşı növbəti təcavüzə qətiyyətlə cavab verəcəyini” açıqlayıb.


Kreml bildirib ki, Moskva “NATO-nun şərqə doğru hərəkətinə və təhdidedici silah sistemlərinin Rusiya sərhədlərinə yaxın ərazidə yerləşdirilməsinə qarşı möhkəm hüquqi təminat axtarır.


Bundan başqa, Almaniya kansleri Olaf Şolz da vətəndaşlara yeni il müraciətində Ukraynadakı təhlükəsizlik vəziyyəti xatırladıb. O, Avropa İttifaqı-nin yeni çağırışla üzləşdiyini qeyd edərək, sərhədlərin toxunulmazlığının sövdələşmə predmeti ola bilməyəcəyini vurğulayıb.


2021-ci ilin payızında media kəşfiyyat məlumatlarına istinadən Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsi barədə məlumat yayıb.


ABŞ və Qərb ölkələri Moskvanın Ukraynaya qarşı hərbi müdaxiləyə hazırlaşdığını irəli sürür.


Kreml bu bəyanatları qəbul etmir, ABŞ və NATO-dan təhlükəsizlik zəmanəti tələb edir. Putin xüsusən də NATO-nun şərqə doğru genişlənməməsi və keçmiş sovet respublikalarından yeni üzvlərin ittifaqa daxil edilməsinə qarşı çıxır.


Təhlükəsizlik zəmanətləri üzrə Rusiya, ABŞ və NATO danışıqları yanvar ayına planlaşdırılıb.


ABŞ prezidenti Co Bayden yanvarın 2-də Ukrayna prezidenti Volodimir Zelenski ilə danışacağını bildirib.


Ağ Evin dekabrın 31-də yaydığı bu xəbərdə deyilir ki, bu telefon söhbəti zamanı Bayden ABŞ-ın Rusiyanın müdaxiləsi təhlükəsi ilə üzləşən Ukraynanın suverenlik və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləmək niyyətindədir.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Almaniyada 6 atom elektrik stansiyasından üçünün fəaliyyəti dayandırılıb



Dekabrın 31-də Almaniyada 3 atom elektrik stansiyası (AES) bağlanıb. Bununla ölkədə nüvə enerjisi ilə işləyən elektrik stansiyalarının sayı 3-ə endirilib.


AFR-in məlumatına görə, Almaniya bununla öz öhdəliklərini yerinə yetirməkdə davam edir.


Atom enerjisindən imtina qərarını Almaniya 2011-ci il martın 11-də Yaponiyanın “Fukusima” atom elektrik stansiyasında baş vermiş böyük qəzadan sonra qəbul edib.


Həmin vaxt Yaponiyada zəlzələ və sunami nəticəsində dörd reaktor sıradan çıxıb.


Söndürülən enerji bloklarının ümumi gücü 4 QVt/saat təşkil edib. Həcm baxımından bu, min külək elektrik stansiyasının hasilatına uyğundur.


Son üç atom elektrik stansiyasının istismardan çıxarılması 2022-ci ilin sonuna planlaşdırılır.


Onların da ümumi gücü 4 QVt/saatdir. Yaponiyada atom elektrik stansiyası qəzasından əvvəl Almaniya elektrik enerjisinin təxminən dörddə birini nüvə yanacağından istehsal edirdi.


Bu, ABŞ-ın payına bərabərdir. Almaniyanın yeni iqtisadiyyat naziri Robert Habek, nüvə enerjisinin 2020-ci ildə ölkənin elektrik enerjisinə olan ehtiyacının 11%-ni təmin etdiyini söyləyib.




Mənbə: AzadlıqRadiosu
"24 saat"