İndicə acı bir xəbər aldım, Ramiz Abutalıbov vəfat etdi və böyük bir epoxanın milli və mənəvi yaddaşını özü ilə apardı. Təkrarsız adam idi Ramiz müəllim, millətin ruhunun, yaddaşının cilalanması üçün yorulmadan işləmişdi, heç kəsdən, heç bir yerdən mükafat gözləməmişdi. Ən böyük mükafatı da öz vicdanından almışdı.
Cümhuriyyət irsinin dircəldilməsində, bərpasında Ramiz Abutalıbovun müstəsna xidməti vardır. Onu görə "vardır" yazırım, çünki bu bir qalıcı xidmət idi və zaman ötdükcə, nəsillər dəyişdikcə də qalacaq. O, hələ sovet dövründə xaricdə işləyərkən Azərbaycan mühacirlərinin irsini topladı, onları göz bəbəyi kimi qorudu və post-sovet dövründə millli xəzinəyə çevirdi. Ramiz Abutalıbovun Fransa xatirələri onun Paris xatirələri, Məmməd Məhərrəmovla, Ələkbər bəy Topçibaşovla, Qədir Süleymanovla görüşləri, ailə fondlarından cümhuriyyət liderlərinin həyat hekayələrini Azərbaycana daşıması, kimsəsiz məzarları qoruması və bərpa etməsi, o məzar sahiblərinə Parisin küçələrində xatirə lövhəsi qoydurması XX əsr tariximizin bir parçasıdır, canlı, qiymətli, dəyərli bir parçası.
Ramiz Abutalıbovun son işi Əlimərdan bəyin Arxivini çap etmək oldu. O, gürcü tədqiqatçısı Georgi Mamuliya ilə birlikdə Əlimərdan bəyin 4 cillik Paris arxivini nəşr etdirmək oldu. Bu fundamental bir iş idi, milli yaddaşa əvəzsiz bir tohvə idi. 1919-cu ildən vəfatına qədər Topçibaşovun qürbətdəki bütün irisini əhatə edən nadir bir nəşr idi.
Böyük, hərtərəfli fəaliyyəti ilə, milli irsi zərrə-zərrə toplamaqla Ramiz Abutalıbov özü də millətin bir zərrəsinə çevrilmişdi. Qiymətli bir zərrəsinə!
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder