25 Mayıs 2022 Çarşamba

Günəş enerjisi ilə biznes quran məmur ailəsi - "Azgüntex"
Dövlət sifarişi ilə yaradılan, məmur ailəsinə məxsus “Azgüntex” indi ağzı günə qalıb

12 il əvvəl açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi “Azgüntex” Günəş Modulları Zavodu yaşayış binalarını, küçələri, meydanları, bir sözlə bütün ölkəni işıqlandırmalı, hətta günəş panellərini xaricə də ixrac etməli idi.

president.az

Amma indi zavod istehsal etməli olduğu məhsuldan daha çox baş tutmamış məqsədləri ilə xatırlanır.

“Toplum TV”-nin əməkdaşı zavodun yerləşdiyi Sumqayıt Yüksək Texnologiyalar Parkına baş çəkib.

Zavod ərazisində səssizlik hökm sürür.

Çirkli bina, fəaliyyətsiz qalan avadanlıqlar və qurumuş dibçəklər alışdığımız ənənəvi zavod görüntüsünə ziddir. Həyətə quraşdırılmış günəş panellərinin üzərində isə artıq otlar cücərib.

Toplum Tv

Zavodun gözə dəyən yeganə əməkdaşı isə pandemiya dövründən fəaliyyət göstərmədiklərini söyləyir.

“Azgüntex” MMC-nin son illər nə qədər məhsul istehsal etməsi, hansı işlər görməsi ilə bağlı məlumat tapmaq mümkün deyil. Müəssisənin telefon nömrələri də artıq işlək deyil.

Bununla belə, pandemiya dövründə işçilərinə pul ödəmək üçün maliyyə dəstəyi alan şirkətlərin siyahısında bu zavodun da adı olub.

Həm agentlik rəhbəri, həm də zavod direktoru...

Halbuki zavod vaxtilə həm dövlət dəstəyindən, həm dövlət sifarişlərindən yararlanıb. Dövlət büdcəsi hesabına sifarişləri də zavoda özgəsi yox, elə sahibinin ailə üzvü olan məmur verib.

2012-ci ildə dövlət xəbər agentlikləri Prezidentin Sumqayıtda inşa olunan “Azgüntex” zavodunun açılışından geniş reportajlar verib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa olunan zavodun elə agentliyin o vaxtkı sədri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu isə ictimaiyyətə məlum deyildi.

Akim Bədəlov sözügedən agentliyə 2012- 2019-cu illərdə rəhbərlik edib.

Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Şərif Möhsün oğlu Möhsünovdur (daha əvvəl isə Səbuhi Musayev direktor olub).

MMC-nin yaradıldığı zaman təsisçiləri kimi Aygün Akim qızı Bədəlova, Akifə Şərif qızı Möhsünova qeydə alınıb. Adı çəkilən şəxslər Bərpa Olunan Enerji üzrə Dövlət Ehtiyatları Agentliyinin direktoru olmuş Akim Bədəlovun qızı və yaxın qohumudur.

Toplum Tv

“Azgüntex”-in qeydiyyatdan keçdiyi Nurəddin Paşayev küçəsi ev 8, mənzil 35 ünvanında 1994-cü ildən bəri “Progress” sənaye istehsalat şirkəti də qeydiyyatdadır.

2019-cu ildə Prezidentin imzaladığı fərmanla Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilib, bununla uzun müddətdir bu quruma rəhbərlik edən Akim Bədəlov vəzifəsini itirib.

Bundan sonra yerli mediada Akim Bədəlovun vergi borcu olması səbəbindən məhkəməyə verilməsi, işçilərin maaşını gecikdirməsi ilə bağlı yazılar dərc olunub.

Hazırda fəaliyyətsiz olan “Azgüntex” MMC-nin bu günə olan vergi borcu 56 337 AZN-dir.

Nazirlik də zavoddan imtina edib: “Bu zavodla əməkdaşlıq etmirik”

“Azgüntex” MMC fərqli vaxtlarda dövlət sifarişini həyata keçirib. Akim Bədəlovun rəhbərlik etdiyi Dövlət Agentliyi tərəfindən istismar edilən stansiyalarda, məsələn, Qobustan, Samux, Suraxanı, Sumqayıt, Pirallahı GES-lərdə elə onun ailə üzvlərinə məxsus zavodda istehsal edilmiş panellər quraşdırlıb.

Toplum Tv

Eyni zamanda Biləsuvarda altı məktəb və altı uşaq bağçası, Qubada "Ağıllı bağ", Masallıda Qapalı idman meydançası, Türkan qəsəbəsində internat məktəbi, Hövsan qəsəbəsində uşaq poliklinikası, Bakıdakı 235, 149, 320, 311 nömrəli məktəblərdə günəş enerjisi layihələrinin icraçısı da “Azgüntex” olub.

Akim Bədəlov vəzifəsini itirən kimi, onun ailəsinə məxsus zavodun məhsullarına olan tələbat da ərşə çəkilib. Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cahid Mikayılov “Toplum TV”-yə açıqlamasında bu zavodla əvvəllər əməkdaşlıq edildiyini, son 3 ildə özəl şirkətlərlə əməkdaşlığa üstünlük verildiyini deyir.

Toplum Tv

“Artıq günəş panelləri almağa, yaxud günəş elektrik stansiyası tikməyə dövlət investisiya ayırmır. Bu məsələlər artıq özəl şirkətlərə həvalə olunur, onlar da panelləri haradan istəsələr gətirirlər. Məsələn, hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə müqaviləmiz var, onlar artıq bir sıra layihələrin təməlini qoyublar”.

Nazirlik yerli istehsalçı ilə əməkdaşlıqdan niyə imtina edilməsinin səbəbini izah etmir.

Xaçmaz rayonunda fermer təsərrüfatı sahibi İradə Hüseynova 2016-cı ildən günəş panellərindən istifadə edir. Amma o, bu panelləri yerli zavoddan deyil, Türkiyədən sifariş verib. Dediyinə görə, buna səbəb onların ölkədə baha başa gəlməsi olub:

“Cəmi 2 panelim var, onları sahədə, təsərrüfat üçün istifadə edirəm. Bundan başqa telefonu, planşeti, soyuducunu və s. enerji ilə yükləyə bilirəm. Panelləri Türkiyədən karqo vasitəsilə çətinliklə gətirdə bilmişəm. Çünki sıravi vətəndaşın elektriklə əlaqəli məhsul, eləcə də panel gətirməsinə məhdudiyyətlər var.

2015-ci ildə elan vasitəsilə bir şirkətə zəng vuranda 200 Vt gücü olan paneli 350 manata təklif etmişdilər. Halbuki Türkiyədən 160 manat aldığım aldığım panel 200 Vt enerji verir”.

Onun sözlərinə görə, fermer təsərrüfatı üçün günəş panelləri çox sərfəli olsa da, istifadəsi uzun prosedurdan keçir:

“Digər ən böyük çətinlik inventordur. Panel enerjini 12 Vt olmaqla fasiləsiz verir. Gündəlik istifadə edilən soyuducu və digər texniki avadanlıqlar isə fasilə ilə 220 Vt enerji ilə çalışır. Azərbaycanda 12 Vt işləyən avadanlıqlar tapılmır. Buna görə də məcbur qalıb inventordan istifadə edirik. Yəni inventor almalıyıq ki, 12 Vt-la gələn enerjini, 220 Vt-a keçirək. İnventorun quraşdırılması 1000 manatdan yuxarıdır, bu isə bahadır”.

“Məhsulun qiyməti bazar qiymətlərindən yuxarıdır”

Mühəndis Bəxtiyar Əmirbəyovun sözlərinə görə, istənilən məhsulun bazarda özünə yer tapması üçün istehsalçı rəqib şirkətlərdən daha münasib, aşağı qiymət təklif etməlidir. O, “Azgüntex” zavodunun təklif etdiyi məhsulların bazar qiymətlərindən yuxarı olduğunu, buna görə də alıcıların maraq göstərmədiyini düşünür.

Toplum Tv

“Məsələn, kənd yerlərində fərdi evlərdə elektrik enerjisi əvəzinə günəş panellərindən istifadə etmək istəyirdilər. Sonra bəlli oldu ki, 2 kilovata yaxın enerji istifadə etmək üçün inventoru, paneli və digər ehtiyat hissələrini alıb quraşdırmaq 4000-5000 manata başa gəlir. Yəni ortabab bir villa sahibi öz mülkünü alternativ enerji ilə təmin etmək üçün 30 000-ə yaxın xərc çəkməlidir”, - mühəndis belə deyir.

Bəxtiyar Əmirbəyov quraşdırılan panellərin belə istifadəsiz qaldığını deyir: “”Yaşma” yolunda yüzlərlə günəş panelləri qoyublar. Amma onların heç biri şəbəkəyə qoşulmayıb, üstünü toz basıb. Son mərhələdə şəbəkəyə qoşulmalı və enerji abunəçilərə satılmalıdır. Amma nəticə olaraq belə görünür ki, zavodun təklif etdiyi xidmət ənənəvi su, elektrik stansiyalarından daha başa gəlir. Bu halda bahalı məhsulu necə satsınlar?”

Toplum Tv

“Bazar rəqabəti olmadıqda iflas qaçılmazdır”

İqtisadçı Rövşən Ağayev Azərbaycanda alternativ enerji sahəsində elmi-texniki potensial olmadığını deyir: ““Azgüntex”də istehsal olunananlar yerli istehsal deyildi, hamısı xaricdən gətirilir, Azərbaycanda kompelktləşdirilirdi”.

Toplum Tv

İqtisadçının sözlərinə görə, zavodun indi fəaliyyətsiz qalması onun dövlət sifarişlərindən asılı olması və bazarın tələbləri ilə ayaqlaşa bilməməsindən irəli gəlir.

Rövşən Ağayev - Toplum Tv

O, bu gün Azərbaycan bazarında ev təsərrüfatlarını alternativ enerji ilə təmin edən nüfuzlu şirkətlərin olduğunu söyləyir.

“Bu şirkətlər gömrük rüsumu ödəmələrinə baxmayaraq onların xaricdən aldığı məhsulların qiyməti zavoddan aldıqlarından xeyli ucuzdur”, - deyə Rövşən Ağayev qeyd edib.

"24 saat"
https://bit.ly/3LLNfUH

12 Nisan 2022 Salı

TƏCİLİ VAKANSİYA - Tədris kursuna Fizika müəlliməsi tələb olunur
Bakının Kubinka məhləsində yerləşən "Düşüncə" tədris mərkəzinə Fizika müəlliməsi tələb olunur.

Maaş və digər suallarla bağlı 051 310 11 22 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.
https://bit.ly/3KAwAU5

11 Nisan 2022 Pazartesi

Mariupolda rusların kimyəvi hücumunun ilk qurbanları
"Azov" Milli Qvardiya alayının yaradıcısı Andrey Beletski videomüraciətində Mariupolda baş verən zəhərlənmələr və ilk qurbanlardan danışıb. Bu barədə UNN məlumat yayıb.

“Ruslar Mariupola, “Azovstal” zavoduna kimyəvi silah atıblar. Hücumun praktiki hissəsindən danışsaq, atılan kimyəvi məhlulun həcmi kiçikdir. Üç nəfərin hərbi kimyəvi maddələrdən zərər gördüyü məlum olub. Lakin fəlakətli nəticələr yoxdur. Lakin işin mənəvi tərəfi haqqında eyni sözləri demək olmaz" - Beletski bildirib.

Beletski onu da bildirib ki, bu, onların Mariupolu ala bilməyəcəklərini və Birinci Dünya Müharibəsində bütün hallarda qadağan olunmuş silahlardan istifadə etməkdən başqa çarələrinin olmadığını göstərir. "Onlar güc nümayiş etdirdiklərini düşünürlər, lakin zəiflik nümayiş etdirirlər".

Mənbə: UNN

 
https://bit.ly/3xgRvYz

4 Nisan 2022 Pazartesi

İnternetdən pul qazanmaq olar? "Turbo az" yoxsa "Oxu az"?
Veb saytınız kifayət qədər trafik əldə etdikdən sonra pul qazanmağa başlaya bilərsiniz!

Sirr deyil ki, hazırda "İnternetdən pul qazanmaq çətindirmi?" sualı günümüzün ən aktual mövzularından birinə çevrilib. Məlum olduğu kimi, günümüzdə ən varlı şəxslər internet resusrslarına sahib olan şəxslərdir. Bu baxımdan, dünyanın ən varlı 10 adamından səkkizinin bu və ya digər şəkildə internetdə xidmət göstərən iri şirkətlərin sahibləri olması təsadüfi deyil. Azərbaycanda "turbo az" və ya "oxu az"saytı bu baxımdan ən yaxşılardan hesab olunur.

Azərbaycandanda da internet vasitəsiylə ciddi qazanc götürən saytlar az deyil. Heç şübhəsiz bu saytlara turbo az novatorluq edir. Maşın elanları sayəsində Azərbaycan internet məkanında yenilik edən turbo az hazırda həm bu sahənin novatoru, həm də şəriksiz sahibi kimi səciyyəvidir.

Bəs, sıfırdan sayt qurub onu necə qazanclı hala gətirmək olar?

İnternetdən pul qazanmaq - "turbo az" və ya "oxu az" olmaq istəyirsinizsə... 

Veb saytından necə pul qazanmağı öyrənməzdən əvvəl nəzərə almalı olduğunuz bəzi amillər var.

Dərhal pul qazanmaq demək olar ki, mümkün deyil. Veb saytdan pul qazanmaq vaxt və əzm tələb edir. Əvvəlcə istədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz, amma təslim olmamalısınız.

İstədiyiniz nəticəni əldə etmək üçün hər bir veb sayt sahibinin sahib olmalı olduğu bir amil var – trafik. Trafik olmadan saytınızdan pul qazana bilməzsiniz. Saytınıza trafik təmin etməniz üçün lazım olan həmlələri növbəti yazımızda təqdim edəcəyik.

Hələlik onu bildirək ki, ciddi trafiki olan saytı "qartopu effekti" kimi düşünmək olar. Qartopu yuvarlandıqca böyüyür və veb saytınız da eləcə böyüyəcəkdir.

Bu yazımızda qurmağı planladığınız veb sayt üçün hansı reklam vasitələrinin daha önəmli olduğunu təqdim edirik:

1. Google AdSense Monetizasiyası və Klik başına Ödəniş Reklamı

PPC, veb sayt sahiblərinin oxucuları hər dəfə reklam bannerinə kliklədikdə passiv gəlir əldə etdiyi onlayn reklam modelidir. Bunun üçün ən populyar vasitə Google AdSense-dir. Adsense bir çox məzmun istehsalçıları tərəfindən pul qazanma üçün üstünlük təşkil edir.

Google AdSense əlavə gəlir əldə etməyin ən asan yollarından biridir, çünki blogunuzda və ya veb saytınızda reklam yerləşdirməklə məşğul olmaq məcburiyyətində deyilsiniz. Üstəlik, bir çox saytınız olsa belə, AdSense partnyoru olmaq üçün müraciət edə bilərsiniz. Klik başına pul qazanmağın yolları arasında ən etibarlı seçimlərdən biridir.

Google-un böyük dəstəyi sayəsində saytlar həmin reklamları yayımlamaqdan narahat deyillər. Üstəlik, bu servisin müştəri forumları və onlara kömək etmək üçün təlimatları da var.

Bəs Adsense-in pul qazanması necədir?

AdSense-də məzmun üçün gəlirin 68%-i

AdSense-də axtarış reklamlarının 51%-i

Üstəlik, bu metodun ən yaxşı tərəfi odur ki, Google həmişə sizə pulunuzu vaxtında ödəyəcək. Ödənişlər adətən ayın 21-dən 26-na kimi edilir.

Google AdSense ilə veb saytdan necə pul qazanmaq olar:

Qaydalar və Şərtləri oxuyun. Veb saytınızın bütün meyarlara cavab verdiyinə əmin olun.

Adsense ilə qeydiyyatdan keçin və təsdiqi gözləyin.

Hesabınız təsdiqləndikdən sonra JavaScript kodunu komponentə qoyun.

Reklamları veb saytınızda istədiyiniz yerdə yerləşdirin.

Reklam tariflərini təyin edin.

Müraciət edin. turbo az

Bununla bağlı daha ətraflı bələdçi üçün AdSense-i WordPress-ə əlavə etmək haqqında məqaləmizi oxuyun. Google ilə pul qazanmaq bu qədər asandır.

2. Reklam Məkanının Satılması - oxu az

Veb saytınızda reklamçılara pulsuz yer satmağa da cəhd etməyə dəyər. Bu üsul daha çox vaxt tələb edir, lakin siz reklamların nümayişindən uzun müddət sərf edərək itirdiyiniz vaxtı kompensasiya edə bilirsiniz. Bu üsul "mən saytımdan necə pul qazana bilərəm" sualına webmasterlərin ən çox verdiyi cavablardan biridir. turbo az

qeyd edək ki, sözügedən reklamlar domenlər səhifənizin altındakı keçid, yan bannerlər və ya kiçik pop-up şəklində ola bilər. Qiymətləndirmə də sizə bağlıdır, çünki qiymət danışıqlarına siz nəzarət edirsiniz.

Bununla belə, bu metoddan istifadə təkcə trafik deyil, həm də yüksək konvertasiya dərəcəsi tələb edir. Çünki bu üsul klik başına ödəmə və ya ziyarət başına ödəmə modelindən istifadə edir. Reklamçılar reklamınıza klik edən və ya saytınıza daxil olan insanların sayına görə sizə pul ödəyirlər.

Beləliklə, reklamçılara reklam sahəsi satdığınızı necə bildirə bilərsiniz?

Veb saytınızın statistikasını və əsas məqamlarını izah edən reklam şərtlərini izah edən forma hazırlayın.

Onu potensial reklamçılara göndərin. Nə üçün sizinlə işləməli olduqlarını göstərin.

Kifayət qədər reklamçı ilə işləməyə başladıqdan sonra onları Google Reklam Meneceri ilə onları idarə edin.

Clicky Web Analytics, Quantcast və Google Analytics kimi onlayn vasitələrdən istifadə etməklə veb saytınız haqqında məlumat əldə edə bilərsiniz. Əgər WordPress saytınız varsa, Google Analytics əlavə etmək asandır.

Düzgün reklamçıları tapmaq çətin ola bilər, lakin Google Ads, LinkedIn və SellerCrowd-un köməyi ilə istədiyinizi qısa zamanda əldə edəcəksiniz.

"24 saat"

turbo az

oxu az
https://bit.ly/37fI40C

1 Nisan 2022 Cuma

Sabah Azərbaycanda hava 29 dərəcəyə qədər isinəcək
Aprelin 2-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Havanın temperaturu Bakıda gecə 8-10 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava şərati əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.
https://bit.ly/3x30rR8

13 Mart 2022 Pazar

Abdin Fərzəliyev Abşeronda "PUL VERMİRSƏNSƏ, TİKİNTİNİ DAYANDIR" deyir
Abdin Fərzəliyev 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə, 2005-ci ilin dekabr ayında Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsnə,19 yanvar 2022 tarixli sərancamla Abşeron Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.

Azərbaycanın milyonçu məmurlarından biri kimi tanınan Abdin Fərzəliyevin Abşeron rayonuna icra başçısı təyinatı və onun qarşısına qoyulan vəzifələri layiqincə yerinə – yetirəcəyi ilə bağlı yaranmış suallara artıq cavab tapılmaqdadır. Abşeronun yeni icra başçısının ilk qərarı rayonda iş adamlarını artıq narahat etməkdədir. Fərzəliyev icra başçısı kimi fəaliyyətə başladığı ilk günlərdə sahibkarlara əngəllər törətməklə tələblərini irəli sürüb. Abşeron merinin ilk tələbi isə hamını şoka salıb. Belə ki, Abdin Fərzəliyevin qərarına görə rayonda bütün tikintilər dayandırılıb və tikinti aparan sahibkarların icra başçısının qəbuluna gəlmələri tələb olunub. Reallıq.TV – yə daxil olan məlumatda qeyd olunur ki, qəbula çağırılan iş adamlarına yeni icra başçısının tələbləri çatdırılıb. Lakin iş adamları icra başçısının qanunsuz istəkləri icra etməkdən hələki, imtina edirlər. Abdin müəllim isə: Pul vermisənsə tikintini dayandır – deyərək, qərarında israrlı olduğunu önə çəkib.

Abşeronun yeni icra başçısı rayonun qəsəbə və kənd icra nümayəndələrinə və bələdiyyə sədrlərinə oxşar tapşırıq verib. Abdin Fərzəliyevin tapşırığına görə qəsəbə və kəndlərdə fərdi yaşayış evlərinin tikintisi də dayandırılıb. Reallıq TV – yə danışan vətəndaşlar icra başçısının bu qərarının qanunsuz olduğunu bildiriblər. Onlar qeyd edib ki, sənədləri qaydasında olmasına baxmayaraq tikintilərin dayandırılması ilə barışa bilmirlər və dövlət başçısının məsələyə müdaxilə edəcəyinə inanırlar.

Abdin Fərzəliyevin qanunsuz tələblərindən qaynaqlanan etirazlara iş adamları da qoşulub. Onlar icra başçısının özəl qaydaları və tələblərinin icrasının mümkünsüzlüyünü önə çəkirlər. Sahibkarlar Reallıq.TV – yə bildiriblər ki, tikinti üçün bütün razılıqları alıblar. Bütün dövlət qurumları ilə layihələr razılaşdırılıb. İndi Abşerona yeni təyin olunan icra başçısı Abdin Fərzəliyev Nurlan adlı adamı vasitəsilə bizə xəbər göndərir və tələbləri icra olunmayınca işlərin başlanmasına icazə verməyəcəyini deyir.

Abşeronda tikinti aparan iş adamları və sadə vətəndaşların narazılığı artmaqdadır. İcra başçısının özəl, qanunsuz qaydaları haqlı etirazlara səbəb olub. Abdin Fərzəliyevin keçmişdəki qaranlıq fəaliyyəti əslində Abşeronda olunan təyinatın nəticələrinin yaxşı olmayacağını göstərirdi. Ilk günlərdə Abdin müəllimin etdimadı doğrultmayacağı artıq təsdiqini tapmaqdadır. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Realliq.Tv olaraq ümid edirik ki, Abşeron rayonunda yaranmış narazılıqlar tezliklə müsbət həllini tapacaq və milyonçu icra başçıs Abdin Fərzəliyevin qanunsuz tələblərinə hüquqi qiymət veriləcək.

Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətindən münasibət öyrənə bilmədik. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq./XalqXeber.Az
https://bit.ly/3I9hGSP

10 Mart 2022 Perşembe

1xBet ən yaxşı CS:GO turniri üçün kiberidman aksiyasına start verdi! 
Fevral ayın 15`dən 27`dək CS:GO dünyasında ən çox gözlənilən IEM Katowice 2022 turniri keçiriləcək. Planetin ən yaxşı 16 komandası LAN formatında çempion titulu və 1.000.000 ABŞ dolları pul mükafatı uğrunda mübarizə aparacaq! 

Xüsusilə bu hadisə üçün 1xBet bukmeker şirkəti  CS:GO Katowice 2022 fəsahətli adlı promo təqdim edir. 

Aksiya iştirakçıları arasında qiymətli hədiyyələr oynanılacaq. Xüsusilə, bahalı skinlər "Əjdahanın hekayəsi", "Səthin bərkidilməsi", "Odlu ilan", "İldırım vurması", "Mavi Fosfor", Apple`dan avadanlıqları, promo kodlar və s. 

Ümumilikdə mükafat fondunda 450`yə yaxın hədiyyə var. Onları əldə etmək üçün bir neçə sadə addımı etmək kifayətdir.   

- 1xBet`də hesab yaratmaq və ya mövcud hesaba daxil olmaq.

- "Şəxsi Hesab"da bonus aksiyalarında iştirak etmək üçün razılığını təsdiqləmək.

- Aksiya səhifəsində “İştirak et” düyməsini klikləmək 

- IEM Katowice 2022 turnirinin hadisələri üzrə aksiya parametrlərinə 5 AZN qiymətindən mərc etmək (tək mərc və ya ekspress mərc). 

Etibarlı bukmeker hər 5 AZN mərc üçün bir bilet hesablayacaq. Nəticələr martın 2`də açıqlanacaq və iştirakçı uduş püşkatmasında ​​iştirak edə biləcək. Oyunçunun bileti nə qədər çox olarsa, onun qazanmaq şansı bir o qədər də yüksəkdir! 

Həmçinin, promo iştirakçısı IEM Katowice 2022`nin qalibini düzgün proqnozlaşdıra bilsə, 1xBet`də təxmin etdiyi mərci təsdiqləsə, o, əlavə olaraq beş bilet əldə edəcək. 

Hər kəs 1xBet`də qeyd olunan aksiya səhifəsinə daxil olaraq, aksiyanın tam şərtlərini və uduşların tam siyahısı ilə tanış ola bilər. 

1xBet ilə IEM Katowice 2022 hadisələrinə mərc edin və məhz siz CS:GO arsenalınızı ən yaxşı skinlər ilə bəzəyəcəksiniz! 

"24 saat"
https://bit.ly/3pWYNw5