19 Ağustos 2022 Cuma

Azərbaycanın milli rəqəmsal media təhlili platforması METRİX.AZ özünü doğrultmur
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə yaradılmış Azərbaycanın milli rəqəmsal media təhlili platforması - “Metrix.az” layihəsi özünü doğrultmur.

"24 saat" xəbər verir ki, "Metrix.az" platformasının yarandığı günlərdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının ("metrix.az") əhəmiyyətinindən danışırdı. Lakin arxada qoyduğumuz zaman kəsimində adıçəkilən platformanın demək olar ki, işləyə bilməməsi, lakin publikaya müəmmalı şəkildə əldə olunan və səhihliyi ciddi şübhə yaradan reytinq məlumatları ötürməsi, bununla da reklamverənlərin mənafeyinə külli miqdarda zərər vurması, habelə platformanın bu günlərdə onlayn olaraq fəaliyyətini davam etdirməsinin mümkünsüz hala çevrilməsi haqlı olaraq bir çox suallar yaradır. Təqdim etdiyimiz fotolardan göründüyü kimi, hazırda platforma "Cloudflare" sistemi üzərindən oflayn olaraq yayımlanır.

Məlumat üçün bildirək ki, dünyanın qabaqcıl texnologiyaları "Google Analytics" təhlil platforması üzərindən məlumatlar əldə etməyə cəhd etsə də, Azərbaycanda yeni yaradılmış publik hüquqi şəxs statusunda olan MİA mükafat vəd etdiyi saytlara təşəbbüsü ilə yaradılmış "Azərbaycanın milli rəqəmsal media təhlili platforması" saytından istifadəni təlqin edir.

Xatırladaq ki, "Milli sayğac" adı altında cəmiyyətə təqdim olunan platformanın vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdırmaq üçün stimul olaraq təqdim olunmuşdu.

Lakin xüsusilə mətbu sferanı əhatə edən saytların fəaliyyətini təftiş etməklə reklam bazarı üçün əlahiddə trafik satışı təmin etməyə çalışan platformanın davamlı onlayn qala bilməməsi, bu sahədə ciddi çatışmazlıqların olduğunu, başqa sözlə, Azərbaycanın milli rəqəmsal media təhlili platformasının özünü doğrultmadığını deməyə əsas verir.

Qeyd edək ki, “Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və digər statistik məlumatları özündə ehtiva edir.

"24 saat"
https://bit.ly/3QByNC1

14 Ağustos 2022 Pazar

"Misli" görünməmiş dələduzluq – udulan məbləğlər niyə verilmir?
Azərbaycanda yeni fəaliyyətə başlayan bukmeyker şirkəti “Misli” vətəndaşları aldadır. Vətəndaş iddia edir ki, misli.az uduşları ödəmir. 

"24 saat"a müraciət edən vətəndaşlardan biri bildirib ki, şirkət onun udduğu pulu vermək istəmir.

“Cuiaba Esporte Clube-Atletiko Mineiro klubları arasındakı oyuna 10 AZN pul qoymuşam. Hər iki komandanın qol vuracağını proqnozlaşdırmışam. Kuponum gəlib. Lakin şirkət vurğudum pulu geri qaytarsa da, uduşu vermək istəmir. Uduşun məbləği 55.10 AZN-dir”, - deyə vətəndaş bildirib.

Onun sözlərinə görə, uduşun verilməməsi ilə bağlı heç bir izahat yoxdur. Şikayətçi iddiası ilə bağlı redaksiyamıza sübutlar da təqdim edib.

“Misli” Türkiyənin bukmeyker şirkəti olan “Misli.com”un törəməsidir. “Misli.com” ötən ildən Azərbaycanda "misli.az" domeni ilə fəaliyyətə başlayıb. Bu şirkət 2019-cu ildə “Demirören Holding”in tərkibinə daxil edilib. “Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Energetika, daşınmaz əmlak, tikinti, təhsil, liman sahələrini özündə birləşdirən “Demirörən” “Hürriyet”, “Milliyet”, “Vatan”, “Posta”, “CNNTürk”, “Fanatik” və “Doğan Haber Ajansı” kimi ölkənin ən iri media qrupuna sahib holdingidir.

SEDAT PEKER DEMİRÖREN HAQQINDA

Xatırladaq ki, bir müddətdir ki, Türkiyədə "mafiya lideri" olmaqda ittiham olunan Sedat Peker "Demirören Holding" və onun rəhbəri Ərdoğan Demirören barədə ciddi ittihamların yer aldığı paylaşımlar edib:

Pekerin iddialarına görə, Ərdoğan Dəmirörən "Milanqaz"ın keçmiş sahibi Şevki Kurtkayanın dəstəyi ilə Sirkecidə 50 m2 mağazası açıb. Peker iddia edir ki, Şevki Kurtkayanın qardaşları ilə yaşadığı bəzi problemlərə görə Demirörən vasitəsiylə "Milanqaz"da pay aldığını, Demirörənin isə yeraltı dünyasından bəzi şəxslərlə razılaşaraq paylarını geri vermədiyini və beləliklə "Milangaz"ı ələ keçirdiyini iddia edib.

Peker həmçinin Demirörenin “Yorgi Papadolos adlı yunan əsilli qeyri-müsəlmanı öldürdüyünü və xaricə getdiyini bildirməklə bütün malını ələ keçirdiyini” iddia edib.

Peker, əlində olan arxiv məlumatlarının çoxunu ona 5 kisə içində keçmiş İstanbul Asayiş Şöbə müdiri Cəmil Gülmenin həyat yoldaşı Neriman Gülmen tərəfindən verildiyini söylədi.

Belə cinayətlərdə ittiham olunan Demirörenin Azərbaycanın idman mərc oyunlarına nəzarət etməsi özlüyündə müəmmalıdır.

Bildirək ki, “Misli.az” Azərbaycanda “Azərlotereya”nın tərkibində fəaliyyət göstərir.

"24 saat" oxuculardan belə "Misli"-in haqsız qazanc əldə etməsi ilə bağlı hallarla qarşılaşdıqları zaman aşağıdakı form vasitəsiylə müraciət etmələrini xahiş edir:

"24 saat"
https://bit.ly/3QDnUz0

9 Ağustos 2022 Salı

Tərtərə yeni təyin edilən DYP rəisinin qanun və etimad “ALVERİ” – İslahata XƏYANƏT
Tərtər rayonunda əhaliyə qənim kəsilən yeni DYP rəisi peyda olub.

Yerli sakinlərdən KAİM.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni təyin edilən rəis İldırım Alıyev vəzifəyə gələn gündən Azərbaycan Respublikasının müvafiq yol hərəkəti qanunlarının “alqı-satqı”sına başlayıb.

Belə ki, müəyyən bəhanələrlə saxlanılan avtomobil sürücülərinə ilk öncə hədə-qorxu yolu ilə yüklü cərimələrin yazılacağı deyilir, sürücüləri qanundankənar vəsait ödəməsinə razı saldıqdan sonra isə həmin qanunlardan və cərimə təzyiqlərindən əsər-əlamət qalmır.

Sanki, əvvəlcədən planlaşdırılmış kimi, əlinə keçirdiyi qanuni gücdən qanunsuz istifadə halına dərhal başlayan DYP rəisi polis mayoru Samir Məmmədov ilə də iş birliyi içərisindədir.

Bildirilir ki, saxlanılan sürücülər Samir Məmmədova yönləndirilir. Sözügedən polis mayoru isə rüşvət almaq məqsədilə həm özündən qayda pozuntusu “icad edir”, həm də real qayda pozuntularını “qanuniləşdirir”.

Belə faktlardan biri ilə “Niva” markalı avtomobilin sürücüsü də rastlaşıb.

Məlumata görə, avtomobilinin “peredok”unun kəsik olması səbəbindən saxlanılan sürücü uzun dirənişlərdən sonra İldırım Alıyevin göstərişi ilə Samir Məmmədova 100 manat məbləğində rüşvət verməli olub.

Görünür, İldırım bəy həm ölkə başçısı cənab İlham Əliyəvin, həm də Daxili İşlər naziri cənab Vilayət Eyvazovun dəfələrlə, kəskin mövqedə dayanaraq etdiyi xəbərdarlıqları ciddiyə almaq istəməyib.

Belə halların qarşını almaq üçün dövlət tərəfindən keçirilən islahatlar əminik ki, Tərtər rayonunda da öz bəhrəsini verəcək.
https://bit.ly/3SE4Kuz

5 Ağustos 2022 Cuma

Rafiq Tağı doğum günüdə ziyarət olunacaq
Bu gün qətlə yetirilmiş yazar Rafiq Tağı yad ediləcək. Hər doğum günündə olduğu kimi bu gün də yazıçının ailə üzvləri, dostları və yaxınları onun «Qurd Qapısı»ndakı məzarını ziyarət edəcək.

Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983-1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.

Rafiq Tağı 19 noyabr 2011-ci il tarixində axşam saatlarında işdən evə dönərkən evinin yaxınlığında hücüma məruz qalaraq sui-qəsdə uğrayıb. Qatil ona kürəyindən çoxsaylı bıçaq zərbələri endirib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan R.Tağı vəziyyəti yaxşılaşdıqdan bir neçə gün sonra – 23 noyabr 2011-ci il tarixdə dünyada jurnalistlərin cəzalandırılmamasına qarşı beynəlxalq mübarizə günündə qəfildən və müəmmalı şəkildə dünyasını dəyişib.

Qətl hadisəsinin üstündən 11 il keçməsinə baxmayaraq, bu günə qədər nəinki bu qətli törətmiş qatil və ya qatillər tapılmayıb, ümumiyyətlə, bu qanlı cinayət işinə xitam verilib.

Qeyd edək ki, 2006-cı ildə “Sənət qəzeti”ndə dərc edilmiş “Avropa və biz” məqaləsinə görə yazar Rafiq Tağı və qəzetin Baş redaktoru Samir Sədaqətoğlu (Hüseynov) həbs edilib.

Yazıçı-publisist R. Tağının sözügedən məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi fikirlər yer alıb. Həmin məqalənin dərcindən sonra R. Tağı və S. Sədaqətoğlunun Məhəmməd peyğəmbəri təhqir etmələri iddia olunub. “Avropa və biz” yazısında isə islam və xristianlıq mənəviyyat və humanizm nöqteyi-nəzərdən və bəşəriyyətin inkişafı konteksindən müqayisə olunur. Məqalə dərc edildikdən sonra R. Tağıya və qəzetin Baş redaktoru S. Sədaqətoğluna qarşı dindarlar tərəfindən böyük və ardı-arası kəsilməyən təzyiqlər başlayıb, yerli dindarlar (Nardaran icması) və İranın bir neçə ali dini ruhanisi – Ayətullahlar Məhəmməd Fazil Lənkərani, Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbistəri tərəfindən Rafiq Tağı və Samir Sədaqətoğlunun qətlə yetirilməsi ilə bağlı ölüm hökmü fətvası verilib.

Hər iki yazar 2006-cı ilin noyabrında həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 283-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsinin tələblərini pozmaqda təqsirli biliniblər. Məhkəmə R. Tağını 3 il, S. Sədaqətoğlunu isə 4 il müddətinə azadlıqdan məhrum edib.

5 dekabr 2019-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mərhum yazıçı-publisist Rafiq Tağı və onun həmkarı – “Sənət qəzeti”nin təsisçisi və Baş redaktoru Samir Sədaqətoğlunun (Hüseynov) şikayəti – “Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələdə İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib. AİHM-ə şikayətdə deyilirdi ki, dövlət hər iki məhkumun etiqad və ifadə azadlığına müdaxilə edib.
https://bit.ly/3daAN55

1 Ağustos 2022 Pazartesi

Sabiq icra başçısı həbs ərəfəsində: Vaqif Abdullayev general dəstəyini itirib
Azərbaycanda vəzifəli şəxsin işdən çıxarılmasından dərhal sonra həbs olunması, ölkədən getməsilə bağlı məlumatların kütləvi informasiya vasitələrində tirajlanması trendi yaranıb. Bu sırada sabiqlər sırasına qoşulan şəxslərin mal-mülklərinin siyahısının dərc olunması hallarını da qeyd edə bilərik: “Eks-nazir həbs olunur”, “eks-başçının sonu yaxınlaşdı”, “sabiq başçının villaları üzə çıxdı” və s.

Amma bir müddət sonra nə həbs edilən olur, nə də ölkədən gedən… Ölkə başçısının 5 oktyabr 2018-ci il sərəncamı ilə Beyləqan rayon İcra Hakimiyyəti başçısı postundan azad edilən Vaqif Abdullayev kimi…

Onu da qeyd edək ki, Vaqif Abdullayev ən qalmaqallı icra başçılarından biri kimi tanınır. Onun icra başçısı olduğu dönəmdə macəraları dəfələrlə mətmuat səhifəsinə yol açıb. Məsələn, icra başçısı olduğu zaman V.Abdullayevin oğluna ad günündə 300 min manatlıq maşın bağışlamaqla gündəmə gəlmişdi. Daha sonra isə məmurun özünə dəyəri 1,5 milyon manat olduğu deyilən “Bugatti” markalı avtomobil alması xəbəri yayıldı. Bundan başqa, Vaqif Abdullayevin “Gənclik” metrosu yaxınlığında bu yaxınlarda özünə 2 milyon manata villa aldığı deyilir. Əldə etdiyimiz məlumatlara əsasən Vaqif Abdullayevin Xızı rayonunda da villası və istirahət mərkəzi var. Ancaq bunlar məmurun biznesinin heç də hamısı deyil. Məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, V.Abdullayev Azadlıq prospektində bir nece obyekt,Teymur Əliyev indiki Məmməd Araz küçəsində 4 milyonluü villa, bulvarda Tac mtk da 3 menzil, 10bp010,10nr010,10MA010 nomrə nişanlı qalenvagenler, paytaxtda bir neçə yeni tikili,beyleqanda ferma, özünün və övladlarının Xızıda villaları və torpaq sahelerinə sahiblənib.

V.Abdullayevin bu qədər kapitalı heç şübhəsiz qanuni bizneslə əldə edilməyib. Onun icra başçısı kimi fəaliyyəti araşdırılarsa, talaçılıq və korrupsiyada  həbsdə olan həmkarlarından geri qalmadığı ortaya çıxar. Redaksiyamıza daxil olan məlumata görə, V.Abdullayev hər yerdə bəyan etsə də artıq onun arxasında məlum general dəstəyi yoxdur.  Belə ki, bu qohumluq münasibəti artıq pozulub. Başqa bir məlumata görə isə, V.Abdullayevin icra bsşçısı kimi fəaliyətinin araşdırılması haqda siyasi qərar var.Bu proses isə heç şübhəsiz onu həbsə aparacaq.
https://bit.ly/3vv7wZv