19 Ağustos 2022 Cuma
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə yaradılmış Azərbaycanın milli rəqəmsal media təhlili platforması - “Metrix.az” layihəsi özünü doğrultmur.
"24 saat" xəbər verir ki, "Metrix.az" platformasının yarandığı günlərdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının ("metrix.az") əhəmiyyətinindən danışırdı. Lakin arxada qoyduğumuz zaman kəsimində adıçəkilən platformanın demək olar ki, işləyə bilməməsi, lakin publikaya müəmmalı şəkildə əldə olunan və səhihliyi ciddi şübhə yaradan reytinq məlumatları ötürməsi, bununla da reklamverənlərin mənafeyinə külli miqdarda zərər vurması, habelə platformanın bu günlərdə onlayn olaraq fəaliyyətini davam etdirməsinin mümkünsüz hala çevrilməsi haqlı olaraq bir çox suallar yaradır. Təqdim etdiyimiz fotolardan göründüyü kimi, hazırda platforma "Cloudflare" sistemi üzərindən oflayn olaraq yayımlanır.
Məlumat üçün bildirək ki, dünyanın qabaqcıl texnologiyaları "Google Analytics" təhlil platforması üzərindən məlumatlar əldə etməyə cəhd etsə də, Azərbaycanda yeni yaradılmış publik hüquqi şəxs statusunda olan MİA mükafat vəd etdiyi saytlara təşəbbüsü ilə yaradılmış "Azərbaycanın milli rəqəmsal media təhlili platforması" saytından istifadəni təlqin edir.
Xatırladaq ki, "Milli sayğac" adı altında cəmiyyətə təqdim olunan platformanın vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdırmaq üçün stimul olaraq təqdim olunmuşdu.
Lakin xüsusilə mətbu sferanı əhatə edən saytların fəaliyyətini təftiş etməklə reklam bazarı üçün əlahiddə trafik satışı təmin etməyə çalışan platformanın davamlı onlayn qala bilməməsi, bu sahədə ciddi çatışmazlıqların olduğunu, başqa sözlə, Azərbaycanın milli rəqəmsal media təhlili platformasının özünü doğrultmadığını deməyə əsas verir.
Qeyd edək ki, “Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və digər statistik məlumatları özündə ehtiva edir.
"24 saat"
https://bit.ly/3QByNC1
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder