31 Ocak 2023 Salı
İran SEPAH səviyyəsində Azərbaycan Respublikasının Tehrandakı səfirliyində törətdiyi son terror hadisəsinin böyük rezonans yaratmasında sonra faktları kənara qoyaraq heç bir sübutu olmayan xəbərlərlə gündəmi dəyişməyə cəhd göstərir.
İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın mənbə hesab olunan Nurnews portalı Şirazın Şahçerağ ziyarətgahında baş verən son terror aktını törədən terrorçuların Azərbaycan Respublikası pasportuna malik olduqlarını bildirən sərsəm xəbər dərc edib. Amma yazıda heç bir faktdan söhbət getmir.
“Şirazda yerləşən Şahçerağ ziyarətgahına hücumü həyata keçirən terrorçulardan bir neçəsi Azərbaycan pasportuna malik olub ancaq İran heç vaxt bu mövzunu terrorçularla Azərbaycan Respublikası dövləti arasında əlaqə faktı kimi qəbul etmək istəməyib. Məhz buna görə də rəsmi Bakının da səfirliyə hücum hadisəsinə münasibətinin böhranı artırmağa deyil, məsələnin həllinə yönəlik olması gözlənilirdi.”,- Nurnews yazır.
az24saat.org
https://www.az24saat.org/24 saat
https://bit.ly/3Y78Z3U
30 Ocak 2023 Pazartesi
Məmməd Əmin Rəsulzadə: Azərbaycan Millətinin Atası
Məmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi olub, “Azərbaycan xalqının atası” kimi qəbul edilib. O, müasir Azərbaycan dövlətinin formalaşmasında əsas rol oynayıb və ölkənin müstəqilliyinin ilk illərində ən nüfuzlu şəxslərdən biri olub.
1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olan Rəsulzadə Rus-Müsəlman məktəbindən sonra təhsilini Bakı Texniki məktəbində rus dilində davam etdirmişdir. Sonralar siyasət və jurnalistika ilə məşğul olub. O, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq və Azərbaycan xalqının hüquqlarının müdafiəsi ilə məşğul olmaq məqsədi ilə Müsavat Partiyasını yaradıb.
Rəsulzadə 1918-ci ildə Rusiya imperiyasının süqutundan sonra yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin banisi olub. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətə fəaliyyət göstərməsinə baxmayaraq, müsəlman dünyasında ilk müasir parlamentli respublika olub və regionun digər ölkələri üçün örnək olub.
Rəsulzadə xarizmatik və uzaqgörən, ölkəsinin inkişafına fədakar bir lider idi. O, Azərbaycanda demokratiyanın, insan haqlarının və qanunun aliliyinin təbliği istiqamətində yorulmadan çalışmış, onun səyləri müasir, müstəqil dövlətin təməlinin qoyulmasına müstəsna kömək etmişdir.
Rəsulzadə sağlığında üzləşdiyi çətinliklərə baxmayaraq vətəninə, xalqına olan sevgisini heç vaxt itirməmişdir. Bu gün o, Azərbaycan xalqının müstəqillik və azadlıq mübarizəsinin qəhrəmanı və simvolu kimi xatırlanır. Onun irsi gələcək nəsilləri ruhlandırmaqda davam edir və o, həmişə “Azərbaycan Millətinin Atası” kimi xatırlanacaqdır.
"24 saat"
https://www.az24saat.org/24 saat
https://bit.ly/3Rknu2a
28 Ocak 2023 Cumartesi
Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılanılıb həbs edildikdən sonra cənab Prezident İlham Əliyev tərəfindən rayona yeni icra başçısı, Mirhəsən Seyidovu təyin etdi.
Mirhəsən Seyidov yeni seçiləndə Neftçala sakinlərinin gözləntiləri tamam fərqli idi. Hərkəs İsmayıl Vəliyevin çəkdirdiyi əziyyətlərdən qurtulduğunu və yeni icra başçısını həm prezidentimizin həm də onların etimadını doğruldacağına inanırıdı. Amma çox təəssüf ki, belə olmadı.
ölkə başçısı İlham Əliyev 3 il öncə İsmayıllı və Neftçala rayonlarının icra başçılarını qəbul edərkən onlara bir sıra tövsiyyələr etmişdi. Konkret olaraq ən gənc başçı olaraq təyinat alan Mirhəsən Seyidova xüsusi tövsiyyələr etmişdi. İndi Neftçala sakinlərinin ümumi fikrini belə ifadə etmək olar: “Cənab Ali Baş Komandan Mirhəsən Seyidov bir əsgəriniz, xalqın bir xidmətçisi olaraq, Sizin etimadınızı doğrultmadı”.
M.Seyidovun bir rayona rəhbərlik edə bilməməsi tək sadə insanları deyil Neftçalanın tanınmış simalarını, rayonda böyük nüfuz sahibi olan şəxslərdə də ciddi narazılıq yaradıb. Milli azadlıq hərəkatının Neftçalada liderlərindən biri, 1992-93-cü illərdə Neftçala rayon İcra başçısı olmuş Fərman Hüseynovun fikirləri bu baxımdan maraq doğurur. 90-cı ilin yanvarın 25-də sovet ordusunun Neftçalada törətdiyi qətliam zamanı işğalçılara qarşı mübarizədə meydanda olan və yaralanan F. Hüseynov facebook sosial şəbəkəsində icra başçısının məhz həmin hadisələrlə bağlı laqeydliyi haqda yazısını Anaxeber.info olaraq təqdim edirik: “Bu gün Neftçala İcra hakimiyyətini idarə edən kəslər anlamırlar ki, Neftçala qətliamına bənzər hadisə bir Bakıda, bir də Neftçalada və Lənkəranda baş verib. Bu tarix ayrıca qeyd edilməlidir. Bu gün İcra başçısı özünə borc bilməlidir, məhz bu gün də abidə önünə gəlib ziyarət etsin. Çünki bu qanı tökulən qəhrəmanlar o tarixi yazanda başçı Mirhəsən Seyidovun 1 yaşı vardı, onun kimi kef məclislərində həyat sürməmişdilər. Cənab başçı hətta özünə rəva bilmədi ki, həmən günü yanvar qazilərini otağına dəvət edib onlara Allahın salamını versin. Cənab başçı hələ də anlamır ki, o bu qəhrəman qazilərin, şəhid ailələrinin əlinə su tökməyə layiq deyil.
Bu ötən 33 ildə bütün icra başçıları biz qaziləri, şəhid ailələrini ehtiramla qəbul ediblər, otaqlarında çay stolunda yarım saat belə olsa o günləri xatırlayıblar. Yalnız Mirhəsən Seyidov başçı gələndən sonra 20 yanvarçılara , bu təşkilat rəhbərinə qarşı gizli müharibə aparıb. Cənab Mirhəsən Seyidov biz qazilərin rayonda keçirilən vətənpərvərlik tədbirlərində iştirakımıza qadağa qoya bilər, ancaq o anlamır ki, biz qəhrəmanlıq tarixini yazanların övladları da 44 günlük müharibədə savaşıb bizləri Zəfərə qovuşduranlardır. Bu sayğısız, qanacaqslz davranlşlara son qoymağı məsləhət görərdim. Bir gün polis rəisi ilə intriqa aparan, özünün 1-ci müavininə düşmənçilik edən, YAP Neftçala rayon təşkilatının sədrinə maşın nömrəsi üstündə müharibə elan edən, savadı, təşkilatçılığı ilə çoxuna örnək olan Heydər Əliyev Mərkəzinin direktoru, neçə beynəlxalq tədbirlər təşkil edib Neftçalaya nüfuz gətirən Könül Məmmədovaya qarşı haqsız sayğısızlıq etməklə , rayon idarəçiliyini özündən əvvəlki həbs olunan icra başçısının fəaliyyətinə qaytarmaqla hegemonluq edə bilər. Ancaq bizi kimsələrə bənzətməsin. Cənab Prezidentin onu Neftçalaya başçl göndərəndə 10 milyonluq xalqın qarşısında ekrandan söylədiyi “böyük-kiçik yerini bil” tövsiyyəsini unutmasın. Bizdən xatırlatmaqdır”.
Yeri gəlmişkən, rayondan Anaxeber.info-ya daxil olan məlumata görə, rayon icra hakimiyyətinin bir neçə strukturu əsl korrupsiya bataqlığınddadır. Məsələn, Neftçala rayon İcra Hakimiyyəti Başçısı Aparatının digər bir dövlət qulluqçusu, memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) olan Elton Əsgərov da elə öz kolleqalarından geri qalmır.Belə ki, Elton Əsgərov sahibkarlara hədə-qorxu gələrək guya ki onların tikdiyi tikililərin qanunsuz olduğunu bildirərək sökdürəcəyini iddia edir. Çarəsiz durumda qalan sahibkarlar min-bir əziyyətlə tikdirdiyi obyektlərinin sökülməyini gözə ala bilmir. Məcbur qalıb Elton Əsgərova rüşvət verir. Bu rüşvətləri bəh-bəhlə götürən Elton Əsgərov, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan əvvəlki memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyevin aqibətini niyə yaddan çıxarıb ?
Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq bağçaları, eləcə də, digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə Prezidentimiz cənab İlham Əliyev tərəfindən büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.
Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi olan Mehdi Miriyev nazir deyil, komitə sədri deyil, hətta icra başçısı da deyil, departament rəisidir. Məlum məsələdir ki, ona aid olan bu qədər sərvət nə hesabına əldə olunub. Mehdi Miriyev Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyin “qohumluq imperiyası” qurub. Belə ki artıq təqaüd yaşına çatmış şəxsləri çıxarıb onları yeni işçilərlə əvəz etmək əvəzinə, heç bir kadr dəyişikliyi etmir. Belə ki adı siyahıda olan şəxslər var ki hansı ki onlar işləmir və həmin şəxslərin kartlarını cibində saxlayır aylıq onların maaşıını özü mənimsəyir. 150 nəfərlik işçi heyətinin siyahıda adının olmasına baxmayaraq, üst-üstə toplasan qurumda heç 70 nəfər yoxdur.
https://www.az24saat.org/24 saat
https://bit.ly/3HccTlj
27 Ocak 2023 Cuma
Xəbər verdiyimiz kimi, Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində İran İslam Respublikasındakı Azərbaycan səfirliyinə hücum olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Hücum edən şəxsin “Kalaşnikov” markalı avtomatla mühafizə postunu yardığı qeyd olunub.
Bildirilir ki, hücum nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirilib:
“Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir”.
XİN əlavə edib ki, hazırda bu “xain hücum”la bağlı araşdırma gedir:
“Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Ancaq nazirlik qətlə yetirilən şəxsin kimliyini açıqlamayıb.
https://www.az24saat.org/24 saat
https://bit.ly/3XJeMNd
7 Ocak 2023 Cumartesi
Qarabağda “Təhlükəsizlik Şurası”nın rəhbəri Vitali Balasanyan vəzifəsindən kənarlaşdırılıb. Müvafiq fərmanı şənbə günü “prezident” Araik Arutyunyan imzalayıb. Bu barədə yanvarın 7-də günorta Ermənistan KİV bildirib.
Balasanyanın yerinə əvvəllər Qarabağın “Milli Təhlükəsizlik Xidməti” rəhbərinin birinci müavini olmuş Ararat Melkumyan təyin edilib.
“İşdən çıxarılmanın səbəbi açıqlanmır, lakin yerli müşahidəçilər dəfələrlə qeyd ediblər ki, Balasanyanla Qarabağ separatçılarının yeni lideri Ruben Vardanyan arasında ciddi ziddiyyətlər var. Bu, Ruben Vardanyanın bu yaxınlarda Xankəndidə təşkil etdiyi mitinqdə xüsusilə nəzərə çarpıb. Balasanyan nümayişkaranə şəkildə mitinqdə iştirak etməyib.
Qeyri-rəsmi məlumata görə, Vitali Balasanyan Bakının əlaqə saxladığı şəxsdir. Belə ki, məhz Balasanyan Laçında ermənilərlə ünsiyyətdə olub, onları sakitcə, yaşayış məntəqələrinə ziyan vurmadan şəhəri və ətrafdakı kəndləri tərk etməyə çağırıb. Bu səbəbdən Balasanyanı xəyanətdə və Bakıdan gələn əmrləri yerinə yetirməkdə ittiham ediblər.
Öz növbəsində Azərbaycan rəhbərliyi bildirib ki, Qarabağ ermənilərilə əlaqə saxlayır, lakin Moskvanın əlaltısı Ruben Vardanyanla münasibət qurmayacaq.
Balasanyanın çıxarılması separatçıların rəhbərliyində ziddiyyətlərin artmasından xəbər verir. Bakı ilə danışıqlar aparmağa hazır olanların kənarlaşdırılması o deməkdir ki, Vardanyan Azərbaycan hakimiyyətilə sərt qarşıdurma xəttini davam etdirmək niyyətindədir ki, bu da silahlı qarşıdurmaya apara bilər.
"Turan" IA
https://www.az24saat.org/24 saat
https://bit.ly/3iiPfLm
6 Ocak 2023 Cuma
Ötən gün bir sıra hökumətyönlü saytlar: Milli.az, Cumhurriyet.net, Visiontv.az, Axar.az və digərləri ABŞ Senatının Mark Libbinin ABŞ səfiri postuna təyinatının qarşısını almasına dair məlumat dərc ediblər.
https://news.milli.az/politics/1096481.html?fbclid=IwAR0UxfSyviTezhBKmrpLWVTPExGWMh26GKna4IOf3YdTrYIpfZ1i3vNktYk
https://www.cumhuriyyet.net/siyast/187008-bu-senator-bakiya-sfir-tyinatina-imkan-vermir.html?fbclid=IwAR31dhyvN_gHYceoEZyRD8yOC4AUUbnW3p6TkBy3Xun_t7q4jA0b9XG3_KE
https://visiontv.az/article/bayden-israr-edir-ermeni-lobbisi-ise-direnis-gosterir?fbclid=IwAR17KrTaA8fmDlUkmCvBh4Zdn8LuTFDw31eRCjdpz-Q1gXRVYYS3ce6AxDQ
https://axar.az/news/siyaset/705254.html
Eyni zamanda “politoloq Yeganə Hacıyeva”ya istinad edilib.
Onun Facebook səhifəsində aşağıdakı mətn yer alıb.
Yegana Hajiyeva
«Prezident Bayden 8 aydan çoxdur səfir təyin edilməsi təxirə salınan Mark Libbinin Azərbaycanda səfir təyin edilməsində yenidən israr edir.
Bayden dünən konqresin 2023 cü il üçün ilk sessiyası günü yenidən Azərbaycanda səfir kimi Libbinin namizədliyini irəli sürüb.
Libbi konqresin 2022 ci il üçün son sessiyasında namizədliyi təsdiq edilməyən 175 səfir namizəddən biridir.
Bu 175 nəfərdən cəmi 85-inin namizədliyi Ağ Ev tərəfindən təkrar təqdim edilib.
Hal-hazırda Vaşinqtonda Milli Hərbi Kollecdə fakultə müşaviri olan Libbinin Azərbaycana səfir vəzifəsinə namizədliyi Bayden tətəfindən 25 may 2022-ci il tarixində irəli sürülüb.
Ancaq 8 aydır o, senatda erməni lobbisinin ruporu Bob Menendesin rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində dinləmələrə dəvət edilmir.
Libbi ABŞ-ın Avropa İttifaqındakı səfirinin müavini vəzifəsində, habelə Varşava, Nikosie və Bağdadda diplomatik missiyalarda siyasi məsələlər üzrə müşavir vəzifəsində işləyib.
Libbi Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin direktor müavini, Mərkəzi Avropa üzrə İdarənin direktor müavini, Cənubi Avropa üzrə İdarənin direktoru vəzifələrində işləyib.
Erməni lobbisi Azərbaycana səfir təyinatında həmişə dirəniş göstərir».
Vaşinqtonda Ağ Evdə gedən proseslər barədə məlumat verən Yeganə Hacıyeva bütün bu detalların birdən-birə ona haradan məlum olduğu mənbəni göstərmir.
Səbəb bunun açıq-aşkar plagiat olmasıdır. Bu məlumat yanvarın 4-də səhər Turan agentliyində dərc olunmuş eksklüziv materialdır.
https://www.turan.az/ext/news/2023/1/free/politics_news/ru/36.htm
Günorta saat 3-də bizim material Hacıyevanın Facebook səhifəsində, axşam isə yuxarıda qeyd olunan saytlarda yayılıb.
Üstəlik, Hacıyeva Turan-ın materialının mətnini dəyişmək üçün əziyyət çəkməyib və onu demək olar ki, tamamilə köçürüb.
Qeyd edək ki, Turan-ın müxbiri bu məlumatı ABŞ prezident administrasiyasındakı mənbələrdən əldə edib və heç bir yerdə dərc olunmayıb.
Bu, hökumətyönlü resursların plagiatlıq etməsilə bağlı ilk hadisə deyil. Onlar çəkinmədən Turan-ın məlumatlarından istifadə edirlər və bu zaman ABŞ Dövlət Departamentinin saytına istinad edirlər.
Bu praktikanı Prezident Administrasiyasının mətbuat üzrə keçmiş kuratoru Əli Həsənov tətbiq etmişdi. 2006-cı ildən bütün telekanallara, çap və onlayn KİV-lərə Turan-ın xəbər lentlərinə abunə olmaq, həmçinin agentliyin xəbərlərini dərc etmək qadağan edilmişdi. O vaxta qədər 6 mərkəzi telekanal və 40 digər KİV Turan-ın abunəçisi idi.
Əli Həsənovun siyasi arenadan getməsinə baxmayaraq, Prezident Administrasiyasında Turan-a qarşı siyasət, eləcə də Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyət zərrə qədər dəyişməyib.
turan.az
https://www.az24saat.org/24 saat
https://bit.ly/3GLZlh6
Kaydol:
Kayıtlar (Atom)