6 Ocak 2023 Cuma

Plagiat: hökumətyönlü KİV-in iş üslubu və ya Əli Həsənovun dövrü davam edir
Ötən gün bir sıra hökumətyönlü saytlar: Milli.az, Cumhurriyet.net, Visiontv.az, Axar.az və  digərləri ABŞ Senatının Mark Libbinin ABŞ səfiri postuna təyinatının qarşısını almasına dair məlumat dərc ediblər.   

https://news.milli.az/politics/1096481.html?fbclid=IwAR0UxfSyviTezhBKmrpLWVTPExGWMh26GKna4IOf3YdTrYIpfZ1i3vNktYk

https://www.cumhuriyyet.net/siyast/187008-bu-senator-bakiya-sfir-tyinatina-imkan-vermir.html?fbclid=IwAR31dhyvN_gHYceoEZyRD8yOC4AUUbnW3p6TkBy3Xun_t7q4jA0b9XG3_KE

https://visiontv.az/article/bayden-israr-edir-ermeni-lobbisi-ise-direnis-gosterir?fbclid=IwAR17KrTaA8fmDlUkmCvBh4Zdn8LuTFDw31eRCjdpz-Q1gXRVYYS3ce6AxDQ

https://axar.az/news/siyaset/705254.html

Eyni zamanda “politoloq Yeganə Hacıyeva”ya istinad edilib.

Onun Facebook səhifəsində aşağıdakı mətn yer alıb.

Yegana Hajiyeva

«Prezident Bayden 8 aydan çoxdur səfir təyin edilməsi təxirə salınan Mark Libbinin Azərbaycanda səfir təyin edilməsində yenidən israr edir.

Bayden dünən konqresin 2023 cü il üçün ilk sessiyası günü yenidən Azərbaycanda səfir kimi Libbinin namizədliyini irəli sürüb.

Libbi konqresin 2022 ci il üçün son sessiyasında namizədliyi təsdiq edilməyən 175 səfir namizəddən biridir.

Bu 175 nəfərdən cəmi 85-inin namizədliyi Ağ Ev tərəfindən təkrar təqdim edilib.

Hal-hazırda Vaşinqtonda Milli Hərbi Kollecdə fakultə müşaviri olan Libbinin Azərbaycana səfir vəzifəsinə namizədliyi Bayden tətəfindən 25 may 2022-ci il tarixində irəli sürülüb.

Ancaq 8 aydır o, senatda erməni lobbisinin ruporu Bob Menendesin rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində dinləmələrə dəvət edilmir.

Libbi ABŞ-ın Avropa İttifaqındakı səfirinin müavini vəzifəsində, habelə Varşava, Nikosie və Bağdadda diplomatik missiyalarda siyasi məsələlər üzrə müşavir vəzifəsində işləyib.

Libbi Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin direktor müavini, Mərkəzi Avropa üzrə İdarənin direktor müavini, Cənubi Avropa üzrə İdarənin direktoru vəzifələrində işləyib.

Erməni lobbisi Azərbaycana səfir təyinatında həmişə dirəniş göstərir».

Vaşinqtonda Ağ Evdə gedən proseslər barədə məlumat verən Yeganə Hacıyeva bütün bu detalların birdən-birə ona haradan məlum olduğu mənbəni göstərmir.

Səbəb bunun açıq-aşkar plagiat olmasıdır. Bu məlumat yanvarın 4-də səhər Turan agentliyində dərc olunmuş eksklüziv materialdır.

https://www.turan.az/ext/news/2023/1/free/politics_news/ru/36.htm

Günorta saat 3-də bizim material Hacıyevanın Facebook səhifəsində, axşam isə yuxarıda qeyd olunan saytlarda yayılıb.

Üstəlik, Hacıyeva Turan-ın materialının mətnini dəyişmək üçün əziyyət  çəkməyib və onu demək olar ki, tamamilə köçürüb.

Qeyd edək ki, Turan-ın müxbiri bu məlumatı ABŞ prezident administrasiyasındakı mənbələrdən əldə edib və heç bir yerdə dərc olunmayıb.

Bu, hökumətyönlü resursların plagiatlıq etməsilə bağlı ilk hadisə deyil. Onlar çəkinmədən Turan-ın məlumatlarından istifadə edirlər  və bu zaman ABŞ Dövlət Departamentinin saytına istinad edirlər.

Bu praktikanı Prezident Administrasiyasının mətbuat üzrə keçmiş kuratoru Əli Həsənov tətbiq etmişdi. 2006-cı ildən bütün telekanallara, çap və onlayn KİV-lərə Turan-ın xəbər lentlərinə abunə olmaq, həmçinin agentliyin xəbərlərini dərc etmək qadağan edilmişdi. O vaxta qədər 6 mərkəzi telekanal və 40 digər KİV Turan-ın abunəçisi idi.

Əli Həsənovun  siyasi arenadan getməsinə baxmayaraq, Prezident Administrasiyasında Turan-a qarşı siyasət, eləcə də Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyət zərrə qədər dəyişməyib.

turan.az
https://www.az24saat.org/24 saat
https://bit.ly/3GLZlh6

Hiç yorum yok:

Yorum Gönder