27 Ocak 2023 Cuma

İranda Azərbaycan səfirliyinə hücüm belə edilib - ANBAN VIDEO
Xəbər verdiyimiz kimi, Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində İran İslam Respublikasındakı Azərbaycan səfirliyinə hücum  olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Hücum edən şəxsin “Kalaşnikov” markalı avtomatla mühafizə postunu yardığı qeyd olunub.

Bildirilir ki, hücum nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirilib:

“Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir”.

XİN əlavə edib ki, hazırda bu “xain hücum”la bağlı araşdırma gedir:

“Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Ancaq nazirlik qətlə yetirilən şəxsin kimliyini açıqlamayıb.
https://www.az24saat.org/24 saat
https://bit.ly/3XJeMNd

Hiç yorum yok:

Yorum Gönder