11 Kasım 2022 Cuma

Alqış Musayev şikayətçi jurnalisti vəkil vasitəsi ilə hədələdi
Baş redaktor Alqış Musayev kollektiv üzvlərini həmkarlarına qarşı çıxış etmək üçün kütləvi şəkildə məhkəməyə göndərib

10 noyabr 2022-ci il tarixində jurnalist Qaşqay Ziyəddinoğlunun (Qaşqay Ziyəddin oğlu Ramazanovun) Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə növbəti hazırlıq iclası keçirilib.

Qaşqay Ziyəddinoğlunun media orqanları üçün yaydığı açıqlamasında qeyd edilir ki, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev az qala kollektivin yarısını budəfəki hazırlıq iclasında yalançı şahidlik etmək üçün məhkəməyə göndərib. Hazırlıq iclasında A.Musayevin tutduğu vəkil əvvəlcə iddiaçıya hədə-qorxu gəlməyə başlayıb: “Hələ bu sənin yaxşı günlərindir”. Sonra A.Musayevin qəsdən göndərdiyi və gərginlik yaratmağa çalışan şahidlərin ifadələri dinlənilib, işlə bağlı sənədlər məhkəməyə təqdim edilib.

Daha sonra jurnalistin “Yeni Azərbaycan” qəzetinə qarşı iddiası əsasında məhkəmə prosesinin baxış iclası 30 noyabr 2022-ci il tarixinə təyin olunub.

Xatırladaq ki, məhkəmə iddiası Qaşqay Ziyəddinoğlunun qanunsuz olaraq işdən azad edilməsinə görə qaldırılıb və iddiaçı cavabdeh tərəfdən işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əməkhaqqının tam şəkildə ödənilməsini, habelə son 10 ay ərzində peşəkar fəaliyyətinə maneçilik törədildiyinə, işgüzar nüfuzuna xələl gətirildiyinə görə əlavə təzminat tələb edir.

Məlumat üçün onu da bildirək ki, tanınmış jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qaşqay Ziyəddinoğlu Milli Mətbuatın 145 illik yubileyi ilə əlaqədar olaraq 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
https://www.az24saat.org/24 saat
https://bit.ly/3fZ0yaw

7 Kasım 2022 Pazartesi

Cəmil Məmmədli studiya açdı - İnternet televiziyası olacaq
Araşdırmaçı jurnalist Cəmil Məmmədli Xaçmazda studiya açıb - internet televiziya olmaq yolunda ilk addım atıldı

Bu barədə "24 saat"-a jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, şimal bölgəsində yaşanan problemləri işıqlandırmaq üçün belə bir studiyaya ehtiyac var idi:

"Mən əvvəllər də şimal bölgəsinin problemləri ilə bağlı çəkilişlər edib, "Facebook” səhifəmdə yaymışam. Hansı media qurumu üçün maraqlı olubsa, həmin materialı tirajlayıb. İndi isə artıq studiya var və biz özümüz materialları qısa film şəklində, yaxud əhatəli material kimi hazırlayıb "YouTube” kanalımız üzərindən yayacağıq. "Yəni, studiya faktiki olaraq internet televiziya kimi fəaliyyət göstərəcək"- deyə Cəmil Məmmədli bildirib.

Bu gün media quruluşların əhəmiyyətli hissəsi Bakıda cəmləşib və əsasən paytaxtın problemlərinə fokuslaşıb. Əyalətlər isə demək olar ki, yaddan çıxıb. Ona görə də belə bir layihəyə ehtiyac var idi və biz bunu etdik”.
https://www.az24saat.org/24 saat
https://bit.ly/3NI14Gi

21 Ekim 2022 Cuma

Hanı Qurban Qurbanovun “Qarabağ”da yetişdirdiyi futbolçu?
Yazının başlığına bu sual cümləsini qəsdən çıxartmışam. Avrokuboklardakı uğurlu oyunlarından sonra “Qarabağ” barədə sosial şəbəkədə nə isə yazanda, mütləq bir nəfər gəlib başlıqdakı bu sualı verir. Guya özünün ağıllı sanır. Amma dünyanın ən axmaq sualını verdiyinin fərqində də deyil. Hesab edin ki, Joze Mourinyodan soruşurlar: “Hanı sənin “Real”da, “Çelsi”də, “Roma”da yetişdirdiyin futbolçular? Və portuqal mütəxəssis də gözünün döyür bu axmaq sualın qarşısında.

Baş məşqçinin bir öhdəliyi var

Deyəsən, təkcə azərbaycanlılar elə bilir ki, komandanın baş məşqçisi həm də uşaq futboluna nəzarət etməlidir. Yox, dünyanın heç bir komandasında belə tendensiya yoxdur. Baş məşqçinin bir öhdəliyi var – əsas komandanın uğurlu çıxışını təmin etmək. Joze Mourinyo müqavilə bağlayanda, rəhbərlik “bizə futbolçu yetişdirməlisən” tələbini qoymur onun qarşısında. Əksinə, Joze onların qarşısına siyahı qoyur. Sərəncamında görmək istədiyi futbolçuların siyahısını. Bu məsələdə Qurban Qurbanova kimsə irad tuta bilməz.

Heç onu da iddia edə bilmərik ki, Qurban Qurbanov “Qarabağ”da söz sahibi olduğu üçün uşaq futboluna da müdaxilə etməlidir. Qurbanov əsas komandada söz sahibidir, üstəlik, onun “Qarabağ”da hər şeyə nəzarət etmək üçün vaxtının bu qədər çox olduğunu düşünürsünüz? Ümumiyyətlə, “Qarabağ”da hər şeyə Qurban Qurbanov nəzarət edəcəksə, digərlərinin vəzifəsi nədir? Qurban Qurbanovun kölgəsində gizlənmək? Komandadakı digər problemlərə görə də Qurban Qurbanov tənqid olunmalı, bunlar da xımır-xımır yeyib yatmalıdırlar?

Gözəl ailəsinin uzunmüddətli plan qurmaması  

Hə, mövzumuz uşaq futboludur. Uşaq futbolu ilə bağlı ilk yazıdan sonra mövzunu “Neftçi” ilə davam etdirməli idim. Komandaların tarixini nəzərə alaraq. Amma “Qarabağ”ın, xüsusən də Qurban Qurbanovun bu yöndən tənqid olunduğunu nəzərə alıb “köhlən atlar”dan başlamağa qərar verdim. Öncə onu deyim ki, “Qarabağ”da uşaq futbolu bərbad durumdadır. Amma buna görə komanda rəhbərliyini tənqid etməkdə nə qədər haqlıyıqsa, Qurban Qurbanovu tənqid etməkdə bir o qədər haqsızıq. Səbəbini də izah etdim yuxarıda.

“Azərsun” rəhbərliyinin “Qarabağ”la bağlı planı lap əvvəldən uzunmüddətli olmayıb. Azərbaycanın qida sənayesində ən böyük monopolistlərdən biri olan “Azərsun” rəhbərliyi “sosial öhdəlik” kimi yanaşırdı “Qarabağ”a himayəçiliyə. Yəni peşəkar yanaşma yox idi. Amma onların bəxti gətirdi ki, Qurban Qurbanov  kimi mütəxəssis tapdılar. Onun, məhz onun sayəsində bu gün “Azərsun” “sosial öhdəlik”dən də xilas olub. “Qarabağ” özü-özünü dolandırır. Gözəl ailəsinin “Qarabağ”la bağlı uzunmüddətli planının olmamağı uşaq futboluna yanaşmada da özünün göstərir.

Onlara yüksək məvacib niyə verilir ki?

Uşaq futbolunda infrastrukturun qurulmasına qəpik də xərclənməyib. Yerli uşaq məşqçilərin yetişməsi, təcrübə qazanması üçün heç bir layihə gerçəkləşdirilməyib. “Qarabağ”ın populyarlığı imkan verirdi ki, ölkənin futbol ənənələri olan hər bir rayonunda məktəb açmaq mümkün olsun. Elə təkcə aran Qarabağın rayonlarında bu işi kiçik büdcə ilə reallaşdırmaq olardı. Ancaq bu yöndə heç bir addım atılmadı. “Qarabağ”ın Bakıdakı məktəblərində (məktəb ha!) futbolun sirlərini uşaqlar harada öyrənirlər?

Keyfiyyətsiz süni örtüklü meydançalarda. Onlara futbolun sirlərini kimlər aşılayır? Demək olar ki, hamısı Türkiyədən dəvət edilmiş naşı mütəxəssislər. Onlar haqqında dəfələrlə narazılıqlar yayılıb mətbuatda, sosial şəbəkələrdə. O mütəxəssislər hansı bacarıqlarına görə dəvət olunublar Azərbaycana? Onlara yüksək məvacib niyə verilir ki, bu vaxta qədər bircə gənc futbolçu da verə bilməyiblər Qurban Qurbanovun sərəncamına?

İş görülürsə, nəticəsi də olmalıdır axı

Niyə “Qarabğ”ın Avropada qazandığı vəsait, UEFA-nın uşaq futbolu üçün ayırdığı maliyyə belə naşı mütəxəssislərə xərclənməlidir?  Kim dəvət edib onları bura? Qurban Qurbanov? Bəlkə diqqətinizi  başqa adlara yönəldəsiniz? Yadınıza düşmürsə, mən çəkə bilərəm: Tahir Gözəl, bütün jurnalsitlərin “dostu” Əmrah Çəlikəl… Nə işin sahibidirlər, nəyə cavabdehdirlər, vəzifələri nədir? “Qarabağ” avrokuboklarda qələbə qazanandan sonra pafoslu açıqlama verməkdir işləri?

Türkiyədən naşı mütəxəssisləri onlardan başqa kim gətirə bilər “Qarabağ”a? Elə mütəxəssislərin gətirilməsi, sadəcə gözdən pərdə asmağa hesablanıb. Yəni “iş görürük” görüntüsü yaradırlar. Amma iş görülürsə, onun nəticəsi də olmalıdır axı.

 Hara yoxa çıxır o uşaqlar?

Heç kim deyə bilməz ki, Qurban Qurbanovun sistemində futbolçu inkişaf etmir. Reynaldo, Vaci, Kadi gözümüzün qarşısında adi futbolçudan ulduza çevriliblər axı bu sistemdə. Yaxşı, “Qarabağ”ın uşaq futbolundan 15 il ərzində kimi verdilər Qurban Qurbanova ki, o da inkişaf etdirə bilmədi onu?

Yoxdur beləsi. Amma ən azı Bakıda “Qarabağ”ın formasını əyninə geyib guya bu komandanın məktəbində futbolun sirlərini öyrənən uşaqlar var axı. Hara yoxa çıxır onlar? Hansı məqsədlə onlar üçün pul xərclənir, Türkiyədən ağlasığmaz məvacibə məşqçi gətirilir, əgər sabah o uşaqlar futbol təsərrüfatından yoxa çıxacaqlarsa?

Azərbaycanda uşaq futbolunda problem, demək olar ki, eynidir bütün komandalar üçün – infrastrukturun yoxluğu, kadr çatışmazlığı, yeyinti, qeyri-peşəkar idarəetmə.  Və “Qarabağ”da da hakəza.

Öz pulumuzdan qəpik-quruşu övladlarımıza verin

Əsas komandada bütün səlahiyyətləri Qurban Qurbanova verdiyiniz üçün sizə təşəkkür edirəm, amma bağışlayın, gələcəyimizə yatırım etmədiyiniz üçün də qınayıram sizi. Axı gələcəyimizə edəcəyiniz o yatırım da bizim – bu xalqın vəsaitidir. Əhli-Azərbaycan “Azərsun”un keyfiyyətsiz qida məhsullarını baha qiymətə almağa məcbur edilir bu ölkədə.

Öz pulumuzdan qəpik-quruşu övladlarımıza verin, Gözəl ailəsi. Onsuz da sabah o uşaqlar da sizə işləyəcəklər, əgər Azərbaycanda uzun müddət qalacaqsınızsa. Amma görünən odur ki, buna özünüz də əmin deyilsiniz. “Qarabağ”da uzunmüddətli strategiyanızın olmadığına görə gəlmişəm bu qənaətə.

Natiq Muxtarlı - aut.az
https://www.az24saat.org/24 saat
https://bit.ly/3sdumCP

4 Ekim 2022 Salı

Azərbaycanlı Seyid Rükkalın Atatürkə məktubu
ILK XƏBƏR

Ana Səhifə  Mədəniyyət  04 oktyabr 2022 / 11:40  Baxılıb: 45

Azərbaycanlı Seyid Rükkalın Atatürkə məktubu

 

Sizə Azərbaycanlı mütəfəkkir Seyid Əhməd Hüsaməddin Əl-Rükkaldan bəhs etmək istəyirəm. Dağıstanın Dərbənd-Tabasaran bölgəsində dağlar ətəyində gözəl təbiəti olan Rükkal kəndi var. Qəhramanımız 1948-ci ilin soyuq fevral ayında bu kənddə dünyaya göz açdı. Atası Şeyx Səid Rükkal ona Səfər adını qoysa da ailə içində onu “Əhməd” deyə çağırırdılar. Anası Şərifə xanım yaşadıqları qəsəbədə böyük hörməti olan Fərhad oğlu Abdullanın qızı idi. Ata tərəfdən Seyid olan Əhməd, uşaq yaşlarından elmə, biliyə can atırdı. Ancaq atasının insani keyfiyyətləri onu daha çox cəlb edirdi. Dinin təməl prinsiplərini və ədəb qaydalarını atasından öyrəndi.  Daha sonra Soqratıl kəndində ilahiyyatçı-alim Şeyx Əbdürrəhman Hacıdan dərslər aldı.

1813-cü ildə Rusiya və İran arasında bağlanan Gülüstan Müqaviləsinə əsasən bu torpaqlar Rusiya sərhədlərinə daxil oldu. Səid Rükkal işğalçılara boyun əymək istəmirdi. Bir yandan da oğlunun gələcəyini düşünürdü. O zamanlar Əhmədin hələ 12 yaşı vardı. Onun üçün hər şey hələ qabaqda idi. Oğlunun savadlanmasını, dini və dünyəvi elmlərə dərindən yiyələnməyini arzulayan ata bir tədarük görməli idi...

1960-cı ildə atasıyla birgə Qafqazın sərt yamaçlarını aşaraq Gürcüstanda Rioni çayının Qara dənizə qovuşduğu yerə, Puti limanına çatdılar. Məqsəd dəniz yoluyla Türkiyəyə getmək idi. Qaradəniz bölgəsinə oradan da İstanbula gəldilər. İstanbulun Fatih səmtində Səid Rükkalın bir tanışı yaşayırdı. Bir müddət onlarda qonaq qaldılar. İstanbul kimi şəhəri oğlunun təhsili üçün fürsət bilən ata, gənc Əhmədi yaxınlıqdaki Fatih mədrəsəsinə qoydu. Əhməd məhşur müdərris Fevzi Əfəndidən dərslər almağa başladı. Fəqət, bu uzun sürmədi. Bir gün Əhmədi görmək və müəllimlərlə onun haqqında danışmaq üçün Səid kişi mədrəsəyə gəldi. O xoşa gəlməyən hadisənin şahidi oldu. Müdərrislər mədrəsənin həyətində qəlyan çəkərək qiybət edirdilər. Səid Rükkal ürəyində düşündü: “Özünü yetişdirə bilməyən adamlar, mənim oğluma nə verə bilər?” Elə həmin gün oğlunu mədrəsədən çıxartdı.

Ata və oğul Məkkəyə hacc ziyarətinə getdi...

Qaldıqları 11 ildə Mahmud Əfrəcəvi, Krımlı Abdullah Məkki, Ömər Rəbbani və Dağıstanlı Qudqaşın Yəhya əfəndi kimi bir çox seyid, alim, sufi şəxslə tanış oldular. Gənc Əhməd Dəməşqdə yaşayan məhşur islam alimi Abdullah Dəhləvidən aldığı dərslərlə dini təhsilini təkmilləşdirdi.

1871-ci ildə atası Seyid Səid Rükkal 83 yaşında Məkkədə maddi dünyasını dəyişdi. 23 yaşlı Əhməd artıq ərəb və fars dillərini ana dili kimi bilirdi. Zahiri elmlərə yiyələnmişdi. Amma niyəsə bu elmlər onun ruhaniyyətini doyurmurdu. Atasının ölümündən sonra Məkkədə çox qala bilməzdi. Həsrətini çəkdiyi Mədinə şəhərinə, piyada yola düşdü. Bu şəhərin mənəvi havasını tənəffüs etmək, canından çox sevdiyi Məhəmməd peyğəmbərin mübarək ayaqlarının basdığı yerlərə üz sürmək istəyirdi. Öyrəndiyi zahiri elmləri eşq və məhəbbətlə daha da kamiləşdirmək istəyirdi.

Xəlil Şirvani Paşanın dəvətiylə İstanbula gələn Əhməd, yiyələndiyi elmlərlə insanlara xidmət etmək istəyirdi.  Eyni ildə babasının nəsihətini yerinə yetirmək üçün Dənizliyə gedib dövrün böyük övliyası Həsən Fevzi əfəndini ziyarət etdi. Oradan da atasının müridlərindən olan Şeyx Hacı Mustafa ilə görüşmək üçün İspartanın qəsəbəsi olan Uluborluya getdi. 11 il qaldığı bu qəsəbədə ətrafına bir çox insan toplandı. Seyid Əhməd onlarla söhbət edər, dini və dünyəvi elmin incəliklərindən bəhs edər, onlara bilmədiklərini onlara öyrədərdi. Hacı Mustafa bu istedadlı seyidin elminə heyran olmuşdu. Ona qohum olmaq üçün öz baldızı Aişə Siddiqəylə evləndirdi...

Bir rəvayətə görə, o Sivrihisara könlünə gələn ilahi bir işarə üzərinə getmişdi. Getmədən əvvəl masasının üstünə bir məktub yazıb qoymuşdu. Məktubda “Üç nəfər gəlib məni soruşacaq onlara istirahətdə olduğumu deyərsən” yazılmışdı. Həqiqətən də bir neçə gün sonra üç adam gəlib Seyidi soruşdu. Xidmətçi dərviş məktubu onlara verib oxumaqlarını xahiş etdi. Məktubu oxuyan şəxs pərt olaraq “Biz “çələbilərdənik” burada bir alimin yaşadığını eşidib onun elminin dərəcəsini yoxlamaq üçün gəlmişdik. Amma artıq biz öz cavabımızı aldıq”dedi.

O, Sivrihisarın ən məşhur məscidlərdə xütbə verməyə başladı. Qurani Kərimin ayətlərinin incəliklərini, dəruni ayətlərin sirlərini camaata təfsir edib, onları ədəbə, əxlaqa və müasirliyə çağırırdı.

1884-cü ildə Sivrihisarda verdiyi dərslər ərəfəsində “Həqaiqut-təcridil mənazilit-tevhid” (Tövhid məqamına aparan əsas yol)adlı əsərini qələmə aldı.

Seyid Əhmədin xütbələri qulaq asanlara təsir edirdi. Yerli alimlər ondan bəhrələnmək üçün onun söhbətlərinə can atırdı. Amma necə deyərlər “cahil bilmədiyinin düşmənidir”. Bəzi dar çərçivəli insanlar bu söhbətləri fərqli yerə yozmağa başladı. Əhməd Hüsaməddin insanları vətəni, milləti sevməyə çağırır,  müasirlik yolunun İslama zidd olmadığını,  “müsəlmanın tərəqqi etmədikcə zərərdə olacağını” deyərdi.

1887-ci ildə haqsız bir şikayət nəticəsində Seyid Əhməd Ankaraya çağırıldı. Ankara valisi Abidin Paşa vəziyyəti başa düşdü.  Belə bir şəxsdən ziyan gəlməyəcəyini başa düşüb ondan üzr istədi. Vali Əhməd Hüsaməddini öz köşkünə dəvət etdi, ona xüsusi hörmət göstərdi. O zamanlar Abidin Paşa “Məsnəvi”nin (Cəlaləddin Ruminin əsəri) təfsirini yazırdı. O, Məsnəvinin şərhində Əhməd Hüsaməddinin elmindən çox istifadə etdi.

İki il Ankarada yaşayan Əhməd Hüsaməddin daha sonra Bursaya köçdü. O, Maksem səmtində məscid və mədrəsə inşa etdirdi. Hacı Qara Yusif, Dağıstanlı Hacı Mustafa, İçelli Mustafa və Bağavizadə Hacı Sadiq kimi bir çox elm adamı, zahir və batin elmlərini artırmaq üçün ondan dərslər alardı. Lakin, xainlərin dili dinc durmadı. Onun haqqında dolaşan bəzi şaiyələr üzündən 1897-ci ildə II Abdülhamidin əmriylə Afrikaya(Trablusqarpa) sürgün edildi.

Bu yerlər o zaman Osmanlı torpaqlarına aid idi. Son 45 il boyunca bir başa İstanbuldan idarə olunurdu. Aralıq dənizinin sahilində yerləşən liman şəhəri idi. Sahilə yaxın olan Mizran küçəsində Fransız konsolluğu yerləşirdi. Seyidi buranın valisi Rəcəb bəy qarşıladı və bu konsolluğun yaxınlığındaki bir evə gətirdi. Ailəsi Seyid Əhməddən ayrı düşmüşdü.  Bu belə davam edə bilməzdi. Həyat yoldaşı Gülsüm xanım iki oğlu Həsən Təhsin və Hüseyn Hüsnü, altı yaşındaki oğlu Əlirıza, iki yaşında İbrahim  onun yanına köçdülər. Bir tək böyük oğlu İsmətullah İstanbulda qaldı. Sonraki illərdə Şeyxin, Cavad adında bir oğlu və daha sonraki illərdə onun ərəbcə əsərlərini türk dilinə tərcümə edən Fatma Zəhra adında qızı dünyaya gəldi.

Əhməd Hüsaməddin sürgündə qaldığı müddətdə boş durmadı. Qurani Kərimin bəzi surələrinin təfsirini və “Müşaxxasətüles-Süvər əl-Quraniyyə”(Quran surələrinin əsas xüsusiyyətləri) əsərini yazdı.

Rumelində cərəyan edən hadisələr böyüdü. Nəhayət 23 iyul 1908-ci ildə II Məşrutiyyətin elanıyla imperiya yeni bir dönəmə girdi. Osmanlı Sultanı sürgündəkiləri əffetmək məcburiyyətində qaldı.

Əhməd Hüsaməddin Trablusqarp Valisi Rəcəb Paşa ilə İstanbula döndü. İyirmi gün İstanbulda qaldıqdan sonra Bursaya gedib, Maksemdəki məscid və mədrəsənin təmirinə başladı. Bir il sonra Konya valisi olan Arif Paşanın Çapadaki evini alıb, İstanbula yerləşdi.

1915-ci ildə dostlarının dəvəti ilə ailəsini alıb Sivrihisara getdi. İki il orada qaldı. Bu müddət ərzində ətraf qəsəbələrdən yanına axın-axın insanlar gəlirdi. Onun irfanından istifadə edirdi.

1918-ci ildə İzmir yolu ilə İstanbula döndü. Üç gün sonra böyük “Fatih yanğını”nda evi və yüzlərcə əsəri yandı. Yanğından sonra təkrar Bursaya döndü.

1920-ci ildə Balıkəsirə getdi, 1921-ci ilin fevralında İstanbula döndü.

Mustafa Kamal Paşaya Məktubları

I Dünya müharibəsi illərində cəbhədə şəhid olanların və itirilmiş torpaqların dərdi, dinc xalqın kasıb güzəranı davam edirdi. Hər tərəfdə aclıq və səfalət hökm sürürdü....Bu çətin zamanlarda xalqı ümidləndirmək və mübarizəyə səsləmək lazımdı.

Seyid Əhməd Hüsaməddinin Mustafa Kamal Paşaya olan hörməti, hələ o məşhur bir zabit olmadan əvvəl başlamışdı. Onun Trablusqarpda yazdığı bir şeirində vətəni xilas edəcək şəxsin 1881-ci ildə zühur edəcəyinə işarət var. “Başını hırkaya çəkmiş yatan aslana bax” misrası, sanki Mustafa Kamalın Qocatəpə cəbhəsində dincəldiyi bir anı əks etdirən foto şəkli təsvir edirdi. Mustafa Kamal Qocatəpə cəbhəsində əsgər gödəkcəsinə sarılaraq dincəldiyi an çəkilmiş bu şəkil elə bil bu misraların reallaşması idi.

1922-ci ildə Seyid Əhməd Hüsaməddin, Mustafa Kamala göndərdiyi bir məktubunda Farsca yazılmış şeiri vardı. “Sizin kimi mərd bir cəngavər Əhli beyt məhəbbətinin gəmisinə daxil olunca, fəlakət dalğaları ona nə edə bilər”

Eyni ildə göndərdiyi bir başqa məktubda “Uzun müddət millətimizin bəladən xilası və firavanlığı uğrunda zəhmət çəkirsiniz”sözlərindən sonra zəfərin yaxın olduğunu bildirən məktub da diqqətə dəyər. Bu məktub, İstanbul-Çanakkale bölgəsinin komandiri Miralay Şövkət bəy vasitəsilə Mustafa Kamala verilmişdi.

Seyid Əhməd tərəfindən 1923-cü ildə Baytar Emin bəyə yazdırdığı məktubu və Emin bəyin öz qeydlərini aşağıda veririk:“Yaşlılığımın verdiyi acizliklə sizlərə ətraflı yaza bilmirəm. Bəzi məktublarım daha əvvəl sizə təqdim olundu. Bu dəfə yazdığım dostluq məktubuna arxalanaraq, vacib nöqtələrə sizin diqqətinizi cəlb etmək istəyirəm. Haqqın əmirlərini daşıyan alimlərin dua və tövsiyyələrinə boyun əydim. Ona görə dua və himmətimiz daim və sabitdir. Millətin birliyi və xilasını düşünüb, bu xidməti könüldən seçdiyiniz üçün Cənabı-Haqq yardımçınızdır. Buna baxmayaraq düşmənlərin ittifaqına yol vermək olmaz. Çünki, İngilislərin məqsədi Türkləri, Kiçik Asiyadan çıxartmaq və öz idarələrini gücləndirməkdir. Məmləkətimizdən qaçanları dənizdən və qurudan üzərimizə qışqırtmağa hazırlaşırlar. Getdiyiniz yerlərdə sizi qoruya biləcək sayıqlığa, qüvvətə sarılmaq və mətanət göstərmək lazımdır. Qapıları yaxşıca qorumaq lazımdır. Yəni Çanakkaleyə hakim olaq. Ondan sonra üzünüzü şərqə çevirin. Sizə buyurduğum bu sözlər mənə işarə olunaraq bildirilib, mərifət yolu ilə ilham olunub. Siz bizim mənəvi övladımızsınız. Hara getsəniz, harada olsanız könlümüz sizinlədir. Bu piri-faninin sözlərini diqqətlə dinləyib əməl edin.

Hörmət və sevgi ilə müvəffəqiyyətinizi diləyib, dualar edirəm.

Daha sonra Emin bəy qeyd edir ki, bu məktubu 1923-cü ildə Afyon məbusu(millət vəkili)Vasfi bəy Mustafa Kamal Atatürkə verdi. Məktub tərəfimizdən yazılıb, qorundu. Dediyi iki cümlə necə olubsa, məktuba yazılmayıb. Onlar belə idi: “Qaradənizin xilası əlinizdədir. Bizdən ayrılanların bir daha dönməməsi üçün Boğazı bağlayın. Qapını yaxşıca bağlasanız ziyan içəri daxil olmaz.” Seyid Əhməd hər gün qəzetlərdən ordunun hərəkətini, vəziyyətini təqib edirdi. 1922-ci ilin avqustun 22-si başlayıb, eyni ilin 9 sentyabrında bitən onbeş günlük çaxnaşma qələbəylə sona yetdi. İşğalcıların dənizə tökülməsi məmləkətimizdə bir bayrama çevrildi.

Seyid Əhməd Hüsaməddin Rükkal həyatı boyunca millətin aydınlanması uğrunda yorulmadan çalışdı. İstər yazdığı əsərləri ilə, istər gözəl əxlaqıyla insanlara nümunə oldu. 12 aprel 1925 Cümə ertəsi günü Cərrahpaşadaki evində vəfat etdi.

Əsərləri

Dini, təsəvvüfi elmlərdən başqa riyaziyyat, biologiya, tibb kimi dünyəvi elmlərə də malik idi. Hələ gənc yaşlarında Nəqşibəndiyyə təriqətinin şeyxi olaraq tanınırdı. Bursa, Sivas, İstanbul kimi şəhərlərdə onun yaratdığı təkkə və zaviyələr fəaliyyət göstərirdi. Nəqşibəndiyyə təriqətində Əhməd Hüsaməddini “Əhmədiyyə” qolunun yaranmasına səbəb odur. Onun çox zəngin elmi çalışmaları var. Onlardan bəziləri bunlardır: Ədvarül-Aləm: Nas və Fələk surələrinə aid hissələri Edvarı-Aləmdən parçalar adıyla Kazım Öztürk tərəfindən nəşr edilib. Əsər günəş sistemindən bəhs edir. Müşaxxasat-i süveril-Quraniyyə: Əsərin Abəsə, Məryəm, Hac, Enbiya, Kəhf, və Tahə surələrinin təfsirindən mütəşəkkil 20 səyfəlik, 6 bölüm şəklində nəşr olundu. Kəhf surəsinin təfsirində torpaq altındaki təbii sərvətlərdən bəhs edir.

Məvalüdil Əhli-beyt: Məvalidi Əhli beyti-nübüvvə adlı ərəbcə əsərin bəzi əlavələrlə türk dilinə tərcüməsidir. “İslam Fəlsəfəsinə İşıq Saçan Seyidlər” adıyla nəşr olunub.

Esrai: Müəllifin Vəcizətül- hüruf  ala mənatiqi -s-süvər adlı ərəbcə əsərinin əsas bölümünün türk dilinə tərcüməsidir.

Məzahirül-vücud ala mənabiri-ş-şühud: Kəhf, İsra, Nəbə və Mülk surələrinin təfsiridir.

Sənan Nağı
https://www.az24saat.org/24 saat
https://bit.ly/3e1KJ1U
Azərbaycanlı Seyid Rükkalın Atatürkə məktubu
ILK XƏBƏR

Ana Səhifə  Mədəniyyət  04 oktyabr 2022 / 11:40  Baxılıb: 45

Azərbaycanlı Seyid Rükkalın Atatürkə məktubu

 

Sizə Azərbaycanlı mütəfəkkir Seyid Əhməd Hüsaməddin Əl-Rükkaldan bəhs etmək istəyirəm. Dağıstanın Dərbənd-Tabasaran bölgəsində dağlar ətəyində gözəl təbiəti olan Rükkal kəndi var. Qəhramanımız 1948-ci ilin soyuq fevral ayında bu kənddə dünyaya göz açdı. Atası Şeyx Səid Rükkal ona Səfər adını qoysa da ailə içində onu “Əhməd” deyə çağırırdılar. Anası Şərifə xanım yaşadıqları qəsəbədə böyük hörməti olan Fərhad oğlu Abdullanın qızı idi. Ata tərəfdən Seyid olan Əhməd, uşaq yaşlarından elmə, biliyə can atırdı. Ancaq atasının insani keyfiyyətləri onu daha çox cəlb edirdi. Dinin təməl prinsiplərini və ədəb qaydalarını atasından öyrəndi.  Daha sonra Soqratıl kəndində ilahiyyatçı-alim Şeyx Əbdürrəhman Hacıdan dərslər aldı.

1813-cü ildə Rusiya və İran arasında bağlanan Gülüstan Müqaviləsinə əsasən bu torpaqlar Rusiya sərhədlərinə daxil oldu. Səid Rükkal işğalçılara boyun əymək istəmirdi. Bir yandan da oğlunun gələcəyini düşünürdü. O zamanlar Əhmədin hələ 12 yaşı vardı. Onun üçün hər şey hələ qabaqda idi. Oğlunun savadlanmasını, dini və dünyəvi elmlərə dərindən yiyələnməyini arzulayan ata bir tədarük görməli idi...

1960-cı ildə atasıyla birgə Qafqazın sərt yamaçlarını aşaraq Gürcüstanda Rioni çayının Qara dənizə qovuşduğu yerə, Puti limanına çatdılar. Məqsəd dəniz yoluyla Türkiyəyə getmək idi. Qaradəniz bölgəsinə oradan da İstanbula gəldilər. İstanbulun Fatih səmtində Səid Rükkalın bir tanışı yaşayırdı. Bir müddət onlarda qonaq qaldılar. İstanbul kimi şəhəri oğlunun təhsili üçün fürsət bilən ata, gənc Əhmədi yaxınlıqdaki Fatih mədrəsəsinə qoydu. Əhməd məhşur müdərris Fevzi Əfəndidən dərslər almağa başladı. Fəqət, bu uzun sürmədi. Bir gün Əhmədi görmək və müəllimlərlə onun haqqında danışmaq üçün Səid kişi mədrəsəyə gəldi. O xoşa gəlməyən hadisənin şahidi oldu. Müdərrislər mədrəsənin həyətində qəlyan çəkərək qiybət edirdilər. Səid Rükkal ürəyində düşündü: “Özünü yetişdirə bilməyən adamlar, mənim oğluma nə verə bilər?” Elə həmin gün oğlunu mədrəsədən çıxartdı.

Ata və oğul Məkkəyə hacc ziyarətinə getdi...

Qaldıqları 11 ildə Mahmud Əfrəcəvi, Krımlı Abdullah Məkki, Ömər Rəbbani və Dağıstanlı Qudqaşın Yəhya əfəndi kimi bir çox seyid, alim, sufi şəxslə tanış oldular. Gənc Əhməd Dəməşqdə yaşayan məhşur islam alimi Abdullah Dəhləvidən aldığı dərslərlə dini təhsilini təkmilləşdirdi.

1871-ci ildə atası Seyid Səid Rükkal 83 yaşında Məkkədə maddi dünyasını dəyişdi. 23 yaşlı Əhməd artıq ərəb və fars dillərini ana dili kimi bilirdi. Zahiri elmlərə yiyələnmişdi. Amma niyəsə bu elmlər onun ruhaniyyətini doyurmurdu. Atasının ölümündən sonra Məkkədə çox qala bilməzdi. Həsrətini çəkdiyi Mədinə şəhərinə, piyada yola düşdü. Bu şəhərin mənəvi havasını tənəffüs etmək, canından çox sevdiyi Məhəmməd peyğəmbərin mübarək ayaqlarının basdığı yerlərə üz sürmək istəyirdi. Öyrəndiyi zahiri elmləri eşq və məhəbbətlə daha da kamiləşdirmək istəyirdi.

Xəlil Şirvani Paşanın dəvətiylə İstanbula gələn Əhməd, yiyələndiyi elmlərlə insanlara xidmət etmək istəyirdi.  Eyni ildə babasının nəsihətini yerinə yetirmək üçün Dənizliyə gedib dövrün böyük övliyası Həsən Fevzi əfəndini ziyarət etdi. Oradan da atasının müridlərindən olan Şeyx Hacı Mustafa ilə görüşmək üçün İspartanın qəsəbəsi olan Uluborluya getdi. 11 il qaldığı bu qəsəbədə ətrafına bir çox insan toplandı. Seyid Əhməd onlarla söhbət edər, dini və dünyəvi elmin incəliklərindən bəhs edər, onlara bilmədiklərini onlara öyrədərdi. Hacı Mustafa bu istedadlı seyidin elminə heyran olmuşdu. Ona qohum olmaq üçün öz baldızı Aişə Siddiqəylə evləndirdi...

Bir rəvayətə görə, o Sivrihisara könlünə gələn ilahi bir işarə üzərinə getmişdi. Getmədən əvvəl masasının üstünə bir məktub yazıb qoymuşdu. Məktubda “Üç nəfər gəlib məni soruşacaq onlara istirahətdə olduğumu deyərsən” yazılmışdı. Həqiqətən də bir neçə gün sonra üç adam gəlib Seyidi soruşdu. Xidmətçi dərviş məktubu onlara verib oxumaqlarını xahiş etdi. Məktubu oxuyan şəxs pərt olaraq “Biz “çələbilərdənik” burada bir alimin yaşadığını eşidib onun elminin dərəcəsini yoxlamaq üçün gəlmişdik. Amma artıq biz öz cavabımızı aldıq”dedi.

O, Sivrihisarın ən məşhur məscidlərdə xütbə verməyə başladı. Qurani Kərimin ayətlərinin incəliklərini, dəruni ayətlərin sirlərini camaata təfsir edib, onları ədəbə, əxlaqa və müasirliyə çağırırdı.

1884-cü ildə Sivrihisarda verdiyi dərslər ərəfəsində “Həqaiqut-təcridil mənazilit-tevhid” (Tövhid məqamına aparan əsas yol)adlı əsərini qələmə aldı.

Seyid Əhmədin xütbələri qulaq asanlara təsir edirdi. Yerli alimlər ondan bəhrələnmək üçün onun söhbətlərinə can atırdı. Amma necə deyərlər “cahil bilmədiyinin düşmənidir”. Bəzi dar çərçivəli insanlar bu söhbətləri fərqli yerə yozmağa başladı. Əhməd Hüsaməddin insanları vətəni, milləti sevməyə çağırır,  müasirlik yolunun İslama zidd olmadığını,  “müsəlmanın tərəqqi etmədikcə zərərdə olacağını” deyərdi.

1887-ci ildə haqsız bir şikayət nəticəsində Seyid Əhməd Ankaraya çağırıldı. Ankara valisi Abidin Paşa vəziyyəti başa düşdü.  Belə bir şəxsdən ziyan gəlməyəcəyini başa düşüb ondan üzr istədi. Vali Əhməd Hüsaməddini öz köşkünə dəvət etdi, ona xüsusi hörmət göstərdi. O zamanlar Abidin Paşa “Məsnəvi”nin (Cəlaləddin Ruminin əsəri) təfsirini yazırdı. O, Məsnəvinin şərhində Əhməd Hüsaməddinin elmindən çox istifadə etdi.

İki il Ankarada yaşayan Əhməd Hüsaməddin daha sonra Bursaya köçdü. O, Maksem səmtində məscid və mədrəsə inşa etdirdi. Hacı Qara Yusif, Dağıstanlı Hacı Mustafa, İçelli Mustafa və Bağavizadə Hacı Sadiq kimi bir çox elm adamı, zahir və batin elmlərini artırmaq üçün ondan dərslər alardı. Lakin, xainlərin dili dinc durmadı. Onun haqqında dolaşan bəzi şaiyələr üzündən 1897-ci ildə II Abdülhamidin əmriylə Afrikaya(Trablusqarpa) sürgün edildi.

Bu yerlər o zaman Osmanlı torpaqlarına aid idi. Son 45 il boyunca bir başa İstanbuldan idarə olunurdu. Aralıq dənizinin sahilində yerləşən liman şəhəri idi. Sahilə yaxın olan Mizran küçəsində Fransız konsolluğu yerləşirdi. Seyidi buranın valisi Rəcəb bəy qarşıladı və bu konsolluğun yaxınlığındaki bir evə gətirdi. Ailəsi Seyid Əhməddən ayrı düşmüşdü.  Bu belə davam edə bilməzdi. Həyat yoldaşı Gülsüm xanım iki oğlu Həsən Təhsin və Hüseyn Hüsnü, altı yaşındaki oğlu Əlirıza, iki yaşında İbrahim  onun yanına köçdülər. Bir tək böyük oğlu İsmətullah İstanbulda qaldı. Sonraki illərdə Şeyxin, Cavad adında bir oğlu və daha sonraki illərdə onun ərəbcə əsərlərini türk dilinə tərcümə edən Fatma Zəhra adında qızı dünyaya gəldi.

Əhməd Hüsaməddin sürgündə qaldığı müddətdə boş durmadı. Qurani Kərimin bəzi surələrinin təfsirini və “Müşaxxasətüles-Süvər əl-Quraniyyə”(Quran surələrinin əsas xüsusiyyətləri) əsərini yazdı.

Rumelində cərəyan edən hadisələr böyüdü. Nəhayət 23 iyul 1908-ci ildə II Məşrutiyyətin elanıyla imperiya yeni bir dönəmə girdi. Osmanlı Sultanı sürgündəkiləri əffetmək məcburiyyətində qaldı.

Əhməd Hüsaməddin Trablusqarp Valisi Rəcəb Paşa ilə İstanbula döndü. İyirmi gün İstanbulda qaldıqdan sonra Bursaya gedib, Maksemdəki məscid və mədrəsənin təmirinə başladı. Bir il sonra Konya valisi olan Arif Paşanın Çapadaki evini alıb, İstanbula yerləşdi.

1915-ci ildə dostlarının dəvəti ilə ailəsini alıb Sivrihisara getdi. İki il orada qaldı. Bu müddət ərzində ətraf qəsəbələrdən yanına axın-axın insanlar gəlirdi. Onun irfanından istifadə edirdi.

1918-ci ildə İzmir yolu ilə İstanbula döndü. Üç gün sonra böyük “Fatih yanğını”nda evi və yüzlərcə əsəri yandı. Yanğından sonra təkrar Bursaya döndü.

1920-ci ildə Balıkəsirə getdi, 1921-ci ilin fevralında İstanbula döndü.

Mustafa Kamal Paşaya Məktubları

I Dünya müharibəsi illərində cəbhədə şəhid olanların və itirilmiş torpaqların dərdi, dinc xalqın kasıb güzəranı davam edirdi. Hər tərəfdə aclıq və səfalət hökm sürürdü....Bu çətin zamanlarda xalqı ümidləndirmək və mübarizəyə səsləmək lazımdı.

Seyid Əhməd Hüsaməddinin Mustafa Kamal Paşaya olan hörməti, hələ o məşhur bir zabit olmadan əvvəl başlamışdı. Onun Trablusqarpda yazdığı bir şeirində vətəni xilas edəcək şəxsin 1881-ci ildə zühur edəcəyinə işarət var. “Başını hırkaya çəkmiş yatan aslana bax” misrası, sanki Mustafa Kamalın Qocatəpə cəbhəsində dincəldiyi bir anı əks etdirən foto şəkli təsvir edirdi. Mustafa Kamal Qocatəpə cəbhəsində əsgər gödəkcəsinə sarılaraq dincəldiyi an çəkilmiş bu şəkil elə bil bu misraların reallaşması idi.

1922-ci ildə Seyid Əhməd Hüsaməddin, Mustafa Kamala göndərdiyi bir məktubunda Farsca yazılmış şeiri vardı. “Sizin kimi mərd bir cəngavər Əhli beyt məhəbbətinin gəmisinə daxil olunca, fəlakət dalğaları ona nə edə bilər”

Eyni ildə göndərdiyi bir başqa məktubda “Uzun müddət millətimizin bəladən xilası və firavanlığı uğrunda zəhmət çəkirsiniz”sözlərindən sonra zəfərin yaxın olduğunu bildirən məktub da diqqətə dəyər. Bu məktub, İstanbul-Çanakkale bölgəsinin komandiri Miralay Şövkət bəy vasitəsilə Mustafa Kamala verilmişdi.

Seyid Əhməd tərəfindən 1923-cü ildə Baytar Emin bəyə yazdırdığı məktubu və Emin bəyin öz qeydlərini aşağıda veririk:“Yaşlılığımın verdiyi acizliklə sizlərə ətraflı yaza bilmirəm. Bəzi məktublarım daha əvvəl sizə təqdim olundu. Bu dəfə yazdığım dostluq məktubuna arxalanaraq, vacib nöqtələrə sizin diqqətinizi cəlb etmək istəyirəm. Haqqın əmirlərini daşıyan alimlərin dua və tövsiyyələrinə boyun əydim. Ona görə dua və himmətimiz daim və sabitdir. Millətin birliyi və xilasını düşünüb, bu xidməti könüldən seçdiyiniz üçün Cənabı-Haqq yardımçınızdır. Buna baxmayaraq düşmənlərin ittifaqına yol vermək olmaz. Çünki, İngilislərin məqsədi Türkləri, Kiçik Asiyadan çıxartmaq və öz idarələrini gücləndirməkdir. Məmləkətimizdən qaçanları dənizdən və qurudan üzərimizə qışqırtmağa hazırlaşırlar. Getdiyiniz yerlərdə sizi qoruya biləcək sayıqlığa, qüvvətə sarılmaq və mətanət göstərmək lazımdır. Qapıları yaxşıca qorumaq lazımdır. Yəni Çanakkaleyə hakim olaq. Ondan sonra üzünüzü şərqə çevirin. Sizə buyurduğum bu sözlər mənə işarə olunaraq bildirilib, mərifət yolu ilə ilham olunub. Siz bizim mənəvi övladımızsınız. Hara getsəniz, harada olsanız könlümüz sizinlədir. Bu piri-faninin sözlərini diqqətlə dinləyib əməl edin.

Hörmət və sevgi ilə müvəffəqiyyətinizi diləyib, dualar edirəm.

Daha sonra Emin bəy qeyd edir ki, bu məktubu 1923-cü ildə Afyon məbusu(millət vəkili)Vasfi bəy Mustafa Kamal Atatürkə verdi. Məktub tərəfimizdən yazılıb, qorundu. Dediyi iki cümlə necə olubsa, məktuba yazılmayıb. Onlar belə idi: “Qaradənizin xilası əlinizdədir. Bizdən ayrılanların bir daha dönməməsi üçün Boğazı bağlayın. Qapını yaxşıca bağlasanız ziyan içəri daxil olmaz.” Seyid Əhməd hər gün qəzetlərdən ordunun hərəkətini, vəziyyətini təqib edirdi. 1922-ci ilin avqustun 22-si başlayıb, eyni ilin 9 sentyabrında bitən onbeş günlük çaxnaşma qələbəylə sona yetdi. İşğalcıların dənizə tökülməsi məmləkətimizdə bir bayrama çevrildi.

Seyid Əhməd Hüsaməddin Rükkal həyatı boyunca millətin aydınlanması uğrunda yorulmadan çalışdı. İstər yazdığı əsərləri ilə, istər gözəl əxlaqıyla insanlara nümunə oldu. 12 aprel 1925 Cümə ertəsi günü Cərrahpaşadaki evində vəfat etdi.

Əsərləri

Dini, təsəvvüfi elmlərdən başqa riyaziyyat, biologiya, tibb kimi dünyəvi elmlərə də malik idi. Hələ gənc yaşlarında Nəqşibəndiyyə təriqətinin şeyxi olaraq tanınırdı. Bursa, Sivas, İstanbul kimi şəhərlərdə onun yaratdığı təkkə və zaviyələr fəaliyyət göstərirdi. Nəqşibəndiyyə təriqətində Əhməd Hüsaməddini “Əhmədiyyə” qolunun yaranmasına səbəb odur. Onun çox zəngin elmi çalışmaları var. Onlardan bəziləri bunlardır: Ədvarül-Aləm: Nas və Fələk surələrinə aid hissələri Edvarı-Aləmdən parçalar adıyla Kazım Öztürk tərəfindən nəşr edilib. Əsər günəş sistemindən bəhs edir. Müşaxxasat-i süveril-Quraniyyə: Əsərin Abəsə, Məryəm, Hac, Enbiya, Kəhf, və Tahə surələrinin təfsirindən mütəşəkkil 20 səyfəlik, 6 bölüm şəklində nəşr olundu. Kəhf surəsinin təfsirində torpaq altındaki təbii sərvətlərdən bəhs edir.

Məvalüdil Əhli-beyt: Məvalidi Əhli beyti-nübüvvə adlı ərəbcə əsərin bəzi əlavələrlə türk dilinə tərcüməsidir. “İslam Fəlsəfəsinə İşıq Saçan Seyidlər” adıyla nəşr olunub.

Esrai: Müəllifin Vəcizətül- hüruf  ala mənatiqi -s-süvər adlı ərəbcə əsərinin əsas bölümünün türk dilinə tərcüməsidir.

Məzahirül-vücud ala mənabiri-ş-şühud: Kəhf, İsra, Nəbə və Mülk surələrinin təfsiridir.

Sənan Nağı
https://www.az24saat.org/24 saat
https://bit.ly/3e1KJ1U

23 Eylül 2022 Cuma

Çingiz Abdullayev yazıçılar Birliyinə sədr "seçildi"
Bu gün (24.09.2022) Azərbaycanda jurnalistlərin VIII qurultayı keçiriləcək.

"24 saat" xəbər verir ki, qurultayda Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid Azərbaycan Mətbuat Şurasına sədr "seçiləcək".

Rəşad Məcidin bu vəzifəyə "seçilməsi" ilə birlikdə, uzun müddət açıq qalan "AYB sədri kim olacaq?" saualına da cavab tapılmış olacaq. Belə ki, Rəşad Məcidin MŞ sədri olması Çingiz Abdullayevin də eyni həyəcan və şəffaflıqla AYB sədri "seçiləcəyi" anlamına gəlir.

Başqa sözlə, sabah Azərbaycanda təkcə Mətbuat Şuarına deyil, həm də Azərbaycan Yazıçılar Biriliyinə sədr "seçiləcək".

Xatırladaq ki, Mətbuat Şuarasının bundan əvvəlki VII qurultayı 2018-ci il martın 10-a Azərbaycan Prezientinin sabiq  köməkçisi Əli Həsənovun ad günündə keçirilmişdi.

"24 saat" 
https://www.az24saat.org/24 saat
https://bit.ly/3r0JMJV

12 Eylül 2022 Pazartesi

Eynulla Fətullayev Bəylər Eyyubovu ittiham etdi
Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev Bəylər Eyyubov və Ramiz Mehdiyevin həbsdə olan iş adamı Rasim Məmmədovla işgüzar münasibətdə olduğunu bildirib.

Jurnalist Əvəz Zeynallov və vəkil Elçin Sadıqovun həbsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Bir çox şəxs gecə saatlarında baş tutan məhkəmə prosesini və yayılan səsyazısının mahiyyətini əsas götürərək həbslərin siyasi olduğunu iddia ediblər. Onların bu fikrə gəlmələrinə əsas zəmin yaradan məqam isə məlum həbslərdən bir neçə gün əvvəl həbsdə olan iş adamı Rasim Məmmədovun adından yayılan "son 10 ildə verdiyim bütün rüşvətlərin qeydini aparmışam" deməsi, bundan sonra isə tanınmış jurnalist Əvəz Zeynallının Eynulla Fətullayev tərəfindən yayılan səs yazına cavab olaraq "iadə edim" dedikdə bəzi sənədləri nəzərdə tutduğunu deməsi olub. Hazırda cəmiyyətinin böyük qismi Əvəz Zeynalov və Elçin Sadıqovun gecə yarısı həbs olunmasının məhz bu məqamla əlaqəli olduğunu düşünürlər.

Məsələ ilə bağlı haqqin.az saytının Baş redaktoru Eynulla Fətullayev "Osmanqızı TV"-yə verdiyi müsahibəsində bəzi məqamlara aydınlıq gətirib. Rasim Məmmədovun Bəylər Əyyubov və Ramiz Mehdiyevə münasibətinə aydınlıq gətirərkən o bildirib ki, işadamının hər iki şəxsə işgüzar münasibətləri olub.

24 saat olaraq bildirirk ki, dövlət məmurlarının biznesmenlərdə işgüzar münasibətlərinin olması qanunla qadağan olunub:

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunundan çıxarış:

9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır:

9.3.1. xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq;

Göründüyü ki, Eynulla Fətullayev Bəylər Əyyubov və Ramiz Mehdiyevi qanunları kobud şəkildə pozmaqda ittiham edib.

"24 saat" olaraq həmin iddianı təqdim edirik:

 
https://www.az24saat.org/24 saat
https://bit.ly/3RVyKRM

8 Eylül 2022 Perşembe

Həbsdə olan zavod direktoru Ramiz Mehdiyev və Bəylər Əyyubovla nəyi razılaşdırıb?
Rasim Məmmədov deyir ki, DTX əməkdaşları kimə nə qədər pul verdiyini yazdığı qeyd kitabçası və flaşkaları götürsələr də, işə əlavə olunmayıb

"Baku Steel Company” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri, 1 il 8 aydır həbsdə olan Rasim Məmmədov bildirib ki, 2011-ci ildə zavodu yaradanda Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla üçlükdə görüşləri olub.

Bundan sonra ötən 10 il ərzində də yüksək vəzifəli şəxslərlə dəfələrlə görüşləri, danışıqları olub. Bu müddətdə kimlərlə hansı söhbətlər etdiyini, kimə nə qədər pul verdiyini saxlandığı kamerada yazdığı kitabda göstərib.

Bütün bunları Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində deyib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası bu məhkəmədə onun işinə baxır. Məhkəmənin hazırlıq iclasında Rasim Məmmədovun vəkilləri onun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyməsi, onun ev dustaqlığına buraxılması, əmlakları üzərinə həbs qoyulmuş qohumlarının üçüncü tərəf kimi bu prosesə cəlb olunması, hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılması və s. vəsatətlər qaldırıb.

Rasim Məmmədov özü də bildirib ki, onu həbs edərək zavodunu, başqa əmlaklarını əlindən alıblar. Onun sözlərinə görə, özüylə kifayətlənməyib, qohumlarının da əmlaklarına əl qoyublar: "O zavodu özüm qurub yaratmışam. İndi deyirlər, "sənin deyil”. Qohumlarımınsa əmlakına həbs qoyublar ki, Rasimindir. Mənim olana deyirlər, sənin deyil. Mənim olmayana deyirlər, sənindir…”

Rasim Məmmədov bildirib ki, zavodun necə yaranması, ötən illər ərzində kimlərlə pay bölgüsü olması və s. məsələlərin hamısını bir-bir açıqlayacaq. Onun sözlərinə görə, razılaşma əsasında fəaliyyət göstərib, kimsənin də narazılığı olmayıb: "Hələ də anlamıram, nə baş verdi ki, qəfil hər şey dəyişdi? Bütün bu biabırçılıqlar kimə, nəyə lazım idi? Sakit-sakit işləyirdik, hamı da qazanırdı…”

Sabiq zavod rəhbəri deyir ki, kimin qalmaqal yaratdığı ona məlumdur. O, həmçinin öz ünvanına səslənən qeyri-rəsmi ittihamdan da danışıb: "Məni prezidentə xəyanətdə ittiham edirlər. Yalandır. Mən danışacam, onda bilinəcək ki, kim kimə necə xəyanət edib…”

Rasim Məmmədov ilkin razılaşmanın onunla Ramiz Mehdiyev və Bəylər Əyyubov arasında olduğunu iddia edir. Vəkili də Ramiz Mehdiyevin məhkəməyə çağırılıb şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb.

"Düzdü, vəkilimin vəsatətini müdafiə edirəm. Amma qoca kişidir, 85 yaşı var, qoy oturub…”, – vəkilinin vəsatətinə iş adamının münasibəti belə olub.

Vəkil onu da bildirib ki, Rasim Məmmədov DTX əməkdaşları tərəfindən saxlanılarkən onun evindən və iş kabinetindən qeyd kitabçaları, iki flaşkart götürülüb. Orada 2011-ci ildən bu yana Rasim Məmmədovun kimə nə qədər pul verdiyi barədə qeydlər olub. Amma həmin kitabça və flaşkartlar iş materialları arasında yoxdur.

"Mən o kitabçaların üzə çıxmasını istəyirəm. Orda kimlərin adı var… Mən məhdud çərçivədə olan söhbətləri açıqlamaq istəməzdim. Amma buna məcbur edirlər. 20 aydır DTX-da 15 kvadratmetrlik otaqda qalıram. Orada qeydlər aparıram, kitab yazıram. Mənim orada qalmağıma görə bu gün azadlıqda olanlar narahat olsun. Ötən 10 ildə kimə nə qədər pul vermişəm, kiminlə nədən danışmışam, hamısını orada detallı şəkildə yazıram. Mən dövlətin malını, pulunu yeməmişəm. Özüm öz pulumu qazanıb, yemişəm. Üstəlik, başqaları da gəlib qazancıma şərik olub. Məhkəmədə hamısının bir-bir deyəcəm”, – Rasim Məmmədov bildirib.

Vəkillər həmçinin evdə, iş yerində axtarışda iştirak edən hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib. Belə əsaslandırıblar ki, hal şahidlərinin eyni vaxtda müxtəlif yerlərdə şahidlik etməsi rəsmiləşdirilib. Bu isə mümkün deyil.

Hakimlər vəsatətlərin heç birini təmin etməyib.

Rasim Məmmədovun etirazlarından biri də qardaşı Süleyman Məmmədovla bağlı məsələyə olub: "İttihamda yazıblar ki, baş direktorun vəzifəsini mənimsəmişəm. Gülməlidir. Zavod mənim, baş direktoru da doğma qardaşımdı. Mən öz əlimlə qurduğum zavodda doğma qardaşımın vəzifəsini mənimsəmişəm?”

Məkəmədə o da məlum olub ki, Rasim Məmmədovun isveçrəli vəkilləri var. Onların məhkəmədə vəkil kimi iştirakına Azərbaycan qanunvericiliyi imkan verməsə də, məhkəmədə iştirak edib, prosesi izləyə bilərlər.

Azərbaycanlı vəkillər gileylənib ki, isveçrəli həmkarları məhkəmə prosesinə buraxılmır.

Hakim isə bildirib ki, məhkəmə prosesi açıq keçirilir, istənilən şəxs iştirak edə bilər, məhdudiyyət yoxdur.

Bu iş üzrə məhkəmə istintaqı sentyabrın 9-da başlayacaq.

1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov "Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.
https://www.az24saat.org/24 saat
https://bit.ly/3RHJ5R9

19 Ağustos 2022 Cuma

Azərbaycanın milli rəqəmsal media təhlili platforması METRİX.AZ özünü doğrultmur
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə yaradılmış Azərbaycanın milli rəqəmsal media təhlili platforması - “Metrix.az” layihəsi özünü doğrultmur.

"24 saat" xəbər verir ki, "Metrix.az" platformasının yarandığı günlərdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının ("metrix.az") əhəmiyyətinindən danışırdı. Lakin arxada qoyduğumuz zaman kəsimində adıçəkilən platformanın demək olar ki, işləyə bilməməsi, lakin publikaya müəmmalı şəkildə əldə olunan və səhihliyi ciddi şübhə yaradan reytinq məlumatları ötürməsi, bununla da reklamverənlərin mənafeyinə külli miqdarda zərər vurması, habelə platformanın bu günlərdə onlayn olaraq fəaliyyətini davam etdirməsinin mümkünsüz hala çevrilməsi haqlı olaraq bir çox suallar yaradır. Təqdim etdiyimiz fotolardan göründüyü kimi, hazırda platforma "Cloudflare" sistemi üzərindən oflayn olaraq yayımlanır.

Məlumat üçün bildirək ki, dünyanın qabaqcıl texnologiyaları "Google Analytics" təhlil platforması üzərindən məlumatlar əldə etməyə cəhd etsə də, Azərbaycanda yeni yaradılmış publik hüquqi şəxs statusunda olan MİA mükafat vəd etdiyi saytlara təşəbbüsü ilə yaradılmış "Azərbaycanın milli rəqəmsal media təhlili platforması" saytından istifadəni təlqin edir.

Xatırladaq ki, "Milli sayğac" adı altında cəmiyyətə təqdim olunan platformanın vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdırmaq üçün stimul olaraq təqdim olunmuşdu.

Lakin xüsusilə mətbu sferanı əhatə edən saytların fəaliyyətini təftiş etməklə reklam bazarı üçün əlahiddə trafik satışı təmin etməyə çalışan platformanın davamlı onlayn qala bilməməsi, bu sahədə ciddi çatışmazlıqların olduğunu, başqa sözlə, Azərbaycanın milli rəqəmsal media təhlili platformasının özünü doğrultmadığını deməyə əsas verir.

Qeyd edək ki, “Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və digər statistik məlumatları özündə ehtiva edir.

"24 saat"
https://bit.ly/3QByNC1

14 Ağustos 2022 Pazar

"Misli" görünməmiş dələduzluq – udulan məbləğlər niyə verilmir?
Azərbaycanda yeni fəaliyyətə başlayan bukmeyker şirkəti “Misli” vətəndaşları aldadır. Vətəndaş iddia edir ki, misli.az uduşları ödəmir. 

"24 saat"a müraciət edən vətəndaşlardan biri bildirib ki, şirkət onun udduğu pulu vermək istəmir.

“Cuiaba Esporte Clube-Atletiko Mineiro klubları arasındakı oyuna 10 AZN pul qoymuşam. Hər iki komandanın qol vuracağını proqnozlaşdırmışam. Kuponum gəlib. Lakin şirkət vurğudum pulu geri qaytarsa da, uduşu vermək istəmir. Uduşun məbləği 55.10 AZN-dir”, - deyə vətəndaş bildirib.

Onun sözlərinə görə, uduşun verilməməsi ilə bağlı heç bir izahat yoxdur. Şikayətçi iddiası ilə bağlı redaksiyamıza sübutlar da təqdim edib.

“Misli” Türkiyənin bukmeyker şirkəti olan “Misli.com”un törəməsidir. “Misli.com” ötən ildən Azərbaycanda "misli.az" domeni ilə fəaliyyətə başlayıb. Bu şirkət 2019-cu ildə “Demirören Holding”in tərkibinə daxil edilib. “Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Energetika, daşınmaz əmlak, tikinti, təhsil, liman sahələrini özündə birləşdirən “Demirörən” “Hürriyet”, “Milliyet”, “Vatan”, “Posta”, “CNNTürk”, “Fanatik” və “Doğan Haber Ajansı” kimi ölkənin ən iri media qrupuna sahib holdingidir.

SEDAT PEKER DEMİRÖREN HAQQINDA

Xatırladaq ki, bir müddətdir ki, Türkiyədə "mafiya lideri" olmaqda ittiham olunan Sedat Peker "Demirören Holding" və onun rəhbəri Ərdoğan Demirören barədə ciddi ittihamların yer aldığı paylaşımlar edib:

Pekerin iddialarına görə, Ərdoğan Dəmirörən "Milanqaz"ın keçmiş sahibi Şevki Kurtkayanın dəstəyi ilə Sirkecidə 50 m2 mağazası açıb. Peker iddia edir ki, Şevki Kurtkayanın qardaşları ilə yaşadığı bəzi problemlərə görə Demirörən vasitəsiylə "Milanqaz"da pay aldığını, Demirörənin isə yeraltı dünyasından bəzi şəxslərlə razılaşaraq paylarını geri vermədiyini və beləliklə "Milangaz"ı ələ keçirdiyini iddia edib.

Peker həmçinin Demirörenin “Yorgi Papadolos adlı yunan əsilli qeyri-müsəlmanı öldürdüyünü və xaricə getdiyini bildirməklə bütün malını ələ keçirdiyini” iddia edib.

Peker, əlində olan arxiv məlumatlarının çoxunu ona 5 kisə içində keçmiş İstanbul Asayiş Şöbə müdiri Cəmil Gülmenin həyat yoldaşı Neriman Gülmen tərəfindən verildiyini söylədi.

Belə cinayətlərdə ittiham olunan Demirörenin Azərbaycanın idman mərc oyunlarına nəzarət etməsi özlüyündə müəmmalıdır.

Bildirək ki, “Misli.az” Azərbaycanda “Azərlotereya”nın tərkibində fəaliyyət göstərir.

"24 saat" oxuculardan belə "Misli"-in haqsız qazanc əldə etməsi ilə bağlı hallarla qarşılaşdıqları zaman aşağıdakı form vasitəsiylə müraciət etmələrini xahiş edir:

"24 saat"
https://bit.ly/3QDnUz0

9 Ağustos 2022 Salı

Tərtərə yeni təyin edilən DYP rəisinin qanun və etimad “ALVERİ” – İslahata XƏYANƏT
Tərtər rayonunda əhaliyə qənim kəsilən yeni DYP rəisi peyda olub.

Yerli sakinlərdən KAİM.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni təyin edilən rəis İldırım Alıyev vəzifəyə gələn gündən Azərbaycan Respublikasının müvafiq yol hərəkəti qanunlarının “alqı-satqı”sına başlayıb.

Belə ki, müəyyən bəhanələrlə saxlanılan avtomobil sürücülərinə ilk öncə hədə-qorxu yolu ilə yüklü cərimələrin yazılacağı deyilir, sürücüləri qanundankənar vəsait ödəməsinə razı saldıqdan sonra isə həmin qanunlardan və cərimə təzyiqlərindən əsər-əlamət qalmır.

Sanki, əvvəlcədən planlaşdırılmış kimi, əlinə keçirdiyi qanuni gücdən qanunsuz istifadə halına dərhal başlayan DYP rəisi polis mayoru Samir Məmmədov ilə də iş birliyi içərisindədir.

Bildirilir ki, saxlanılan sürücülər Samir Məmmədova yönləndirilir. Sözügedən polis mayoru isə rüşvət almaq məqsədilə həm özündən qayda pozuntusu “icad edir”, həm də real qayda pozuntularını “qanuniləşdirir”.

Belə faktlardan biri ilə “Niva” markalı avtomobilin sürücüsü də rastlaşıb.

Məlumata görə, avtomobilinin “peredok”unun kəsik olması səbəbindən saxlanılan sürücü uzun dirənişlərdən sonra İldırım Alıyevin göstərişi ilə Samir Məmmədova 100 manat məbləğində rüşvət verməli olub.

Görünür, İldırım bəy həm ölkə başçısı cənab İlham Əliyəvin, həm də Daxili İşlər naziri cənab Vilayət Eyvazovun dəfələrlə, kəskin mövqedə dayanaraq etdiyi xəbərdarlıqları ciddiyə almaq istəməyib.

Belə halların qarşını almaq üçün dövlət tərəfindən keçirilən islahatlar əminik ki, Tərtər rayonunda da öz bəhrəsini verəcək.
https://bit.ly/3SE4Kuz

5 Ağustos 2022 Cuma

Rafiq Tağı doğum günüdə ziyarət olunacaq
Bu gün qətlə yetirilmiş yazar Rafiq Tağı yad ediləcək. Hər doğum günündə olduğu kimi bu gün də yazıçının ailə üzvləri, dostları və yaxınları onun «Qurd Qapısı»ndakı məzarını ziyarət edəcək.

Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983-1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.

Rafiq Tağı 19 noyabr 2011-ci il tarixində axşam saatlarında işdən evə dönərkən evinin yaxınlığında hücüma məruz qalaraq sui-qəsdə uğrayıb. Qatil ona kürəyindən çoxsaylı bıçaq zərbələri endirib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan R.Tağı vəziyyəti yaxşılaşdıqdan bir neçə gün sonra – 23 noyabr 2011-ci il tarixdə dünyada jurnalistlərin cəzalandırılmamasına qarşı beynəlxalq mübarizə günündə qəfildən və müəmmalı şəkildə dünyasını dəyişib.

Qətl hadisəsinin üstündən 11 il keçməsinə baxmayaraq, bu günə qədər nəinki bu qətli törətmiş qatil və ya qatillər tapılmayıb, ümumiyyətlə, bu qanlı cinayət işinə xitam verilib.

Qeyd edək ki, 2006-cı ildə “Sənət qəzeti”ndə dərc edilmiş “Avropa və biz” məqaləsinə görə yazar Rafiq Tağı və qəzetin Baş redaktoru Samir Sədaqətoğlu (Hüseynov) həbs edilib.

Yazıçı-publisist R. Tağının sözügedən məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi fikirlər yer alıb. Həmin məqalənin dərcindən sonra R. Tağı və S. Sədaqətoğlunun Məhəmməd peyğəmbəri təhqir etmələri iddia olunub. “Avropa və biz” yazısında isə islam və xristianlıq mənəviyyat və humanizm nöqteyi-nəzərdən və bəşəriyyətin inkişafı konteksindən müqayisə olunur. Məqalə dərc edildikdən sonra R. Tağıya və qəzetin Baş redaktoru S. Sədaqətoğluna qarşı dindarlar tərəfindən böyük və ardı-arası kəsilməyən təzyiqlər başlayıb, yerli dindarlar (Nardaran icması) və İranın bir neçə ali dini ruhanisi – Ayətullahlar Məhəmməd Fazil Lənkərani, Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbistəri tərəfindən Rafiq Tağı və Samir Sədaqətoğlunun qətlə yetirilməsi ilə bağlı ölüm hökmü fətvası verilib.

Hər iki yazar 2006-cı ilin noyabrında həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 283-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsinin tələblərini pozmaqda təqsirli biliniblər. Məhkəmə R. Tağını 3 il, S. Sədaqətoğlunu isə 4 il müddətinə azadlıqdan məhrum edib.

5 dekabr 2019-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mərhum yazıçı-publisist Rafiq Tağı və onun həmkarı – “Sənət qəzeti”nin təsisçisi və Baş redaktoru Samir Sədaqətoğlunun (Hüseynov) şikayəti – “Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələdə İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib. AİHM-ə şikayətdə deyilirdi ki, dövlət hər iki məhkumun etiqad və ifadə azadlığına müdaxilə edib.
https://bit.ly/3daAN55

1 Ağustos 2022 Pazartesi

Sabiq icra başçısı həbs ərəfəsində: Vaqif Abdullayev general dəstəyini itirib
Azərbaycanda vəzifəli şəxsin işdən çıxarılmasından dərhal sonra həbs olunması, ölkədən getməsilə bağlı məlumatların kütləvi informasiya vasitələrində tirajlanması trendi yaranıb. Bu sırada sabiqlər sırasına qoşulan şəxslərin mal-mülklərinin siyahısının dərc olunması hallarını da qeyd edə bilərik: “Eks-nazir həbs olunur”, “eks-başçının sonu yaxınlaşdı”, “sabiq başçının villaları üzə çıxdı” və s.

Amma bir müddət sonra nə həbs edilən olur, nə də ölkədən gedən… Ölkə başçısının 5 oktyabr 2018-ci il sərəncamı ilə Beyləqan rayon İcra Hakimiyyəti başçısı postundan azad edilən Vaqif Abdullayev kimi…

Onu da qeyd edək ki, Vaqif Abdullayev ən qalmaqallı icra başçılarından biri kimi tanınır. Onun icra başçısı olduğu dönəmdə macəraları dəfələrlə mətmuat səhifəsinə yol açıb. Məsələn, icra başçısı olduğu zaman V.Abdullayevin oğluna ad günündə 300 min manatlıq maşın bağışlamaqla gündəmə gəlmişdi. Daha sonra isə məmurun özünə dəyəri 1,5 milyon manat olduğu deyilən “Bugatti” markalı avtomobil alması xəbəri yayıldı. Bundan başqa, Vaqif Abdullayevin “Gənclik” metrosu yaxınlığında bu yaxınlarda özünə 2 milyon manata villa aldığı deyilir. Əldə etdiyimiz məlumatlara əsasən Vaqif Abdullayevin Xızı rayonunda da villası və istirahət mərkəzi var. Ancaq bunlar məmurun biznesinin heç də hamısı deyil. Məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, V.Abdullayev Azadlıq prospektində bir nece obyekt,Teymur Əliyev indiki Məmməd Araz küçəsində 4 milyonluü villa, bulvarda Tac mtk da 3 menzil, 10bp010,10nr010,10MA010 nomrə nişanlı qalenvagenler, paytaxtda bir neçə yeni tikili,beyleqanda ferma, özünün və övladlarının Xızıda villaları və torpaq sahelerinə sahiblənib.

V.Abdullayevin bu qədər kapitalı heç şübhəsiz qanuni bizneslə əldə edilməyib. Onun icra başçısı kimi fəaliyyəti araşdırılarsa, talaçılıq və korrupsiyada  həbsdə olan həmkarlarından geri qalmadığı ortaya çıxar. Redaksiyamıza daxil olan məlumata görə, V.Abdullayev hər yerdə bəyan etsə də artıq onun arxasında məlum general dəstəyi yoxdur.  Belə ki, bu qohumluq münasibəti artıq pozulub. Başqa bir məlumata görə isə, V.Abdullayevin icra bsşçısı kimi fəaliyətinin araşdırılması haqda siyasi qərar var.Bu proses isə heç şübhəsiz onu həbsə aparacaq.
https://bit.ly/3vv7wZv

7 Temmuz 2022 Perşembe

Boris Conson istefa verməyə razı oldu
Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verməyə razılaşıb.

Lakin payızda yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalmaq istəyir.

Conson vəzifəsində qalmaqda davam edərsə, gələn həftə o, növbəti etimad səsverməsi ilə üzləşə bilər.

O, hakim partiyanın yeni rəhbəri seçilənə qədər baş nazir kimi fəaliyyətini davam etdirəcək.

Mənbə: BBC
https://bit.ly/3yPwvsA

30 Haziran 2022 Perşembe

Hüquqları pozulan Jurnalist İlqar Atabəyli ilə bağlı aksiya keçiriləcək
Ötən ilin avqustunda həbs edilən jurnalist İlqar Atabəyli barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb. İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Reportyor.info-ya vəkil Mehman Muradlı bildirib.

İlqar Atabəyli Cinayət Məcəlləsinin 182.2.1 (Hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

İttiham aktında qeyd olunur ki, İlqar Atabəyli Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan Ağamalıyeva Mirvari Ağamalı qızının və rayon icra hakimiyyətinin digər vəzifəli şəxsləri haqqında hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında «Xəbər kanalı» səhifəsində yayaraq video çarxların silinməsi müqabilində Mirvari Ağamalıyevadan 4000 manat pul tələb edib.

Vəkil Mehman Muradlı isə İlqar Atabəylinin təqsirsiz olduğunu deyir. Onun sözlərinə görə, istintaq dövründə işə xitam verilməsi ilə bağlı vəsatət qaldırsa da, təmin olunmayıb. “İstintaq zamanı İlqar Atabəylinin kimisə şantaj etməsi, hədə-qorxu gələrək pul tələb etməsi barədə sübut yoxdur. Mirvari Ağamalıyevadan tələb olunan məbləği Elçin Tağıyev adlı şəxs gətirib. Lakin pulu İlqar Atabəyliyə verməyib. Bu fakt istintaq zamanı Elçin Tağıyevlə İlqar Atabəylinin üzləöşməsi zamanı da təsdiqini tapıb. Buna baxmayaraq, İlqar Atabəyli həbsdə saxlanılır”, – deyə Mehman Muradlı bildirib.

Vəkil məhkəmənin hazırlıq iclasında da işə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb: “Lakin vəsatətə baxılmadı. Səbəb kimi isə onu göstərdilər ki, guya mən prosessual pozuntuya yol vermişəm, vəsatəti hazırlıq iclasında təqdim etmişəm. Halbuki burada hər hansı pozuntu yoxdur, həmin vəsatətə baxıla bilərdi və baxılmalı idi”.

Mehman Muradlı qeyd edib ki, işin Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi də qanunsuzdur: “İlkin olaraq iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Lakin orada prosesə rəhbərlik edən hakim özü özündən imtina etdi. Səbəb kimi isə onun digər təqsirləndirilən şəxs Sənan Abdullayevlə şəxsi münasibətlərinin olmasını göstərdi. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev qərardad qəbul edərək işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdi. Bu isə qanunsuzdur. Çünki Gəncə Ağır Cinayətlər Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasında deyil”.

İlqar Atabəylinin bir qrup həmkarı da hesab edir ki, o, təqsirsizdir. Onlar həmkarlarının günahsız yerə həbs edilməsinə etiraz olaraq Goranboy Rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar.

"24 saat"
https://bit.ly/3a08JR2

28 Haziran 2022 Salı

Zaqatala Mərkəzi Xəstəxanası və Vüqar Qurbanov barədə xoşagəlməz iddialar
Mətbuatda Zaqatala Mərkəzi Xəstəxanası  və TƏBİB idarə heyətinin sədri Vüqar Qurbanov barədə korrupsiya iddiaları yayılıb.

Məlum olduğu kimi, 2020-ci il yanvar ayının 1-dən ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bununla bağlı Prezident İlham Əliyevin Fərmanına əsasən Səhiyyə Nazirliyinin strukturunda dəyişikliklər edilmiş, quruma tabe olan bir çox səhiyyə müəssisəsi yeni yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) balansına keçirilmişdir. Xəstəxanaların Səhiyyə Nazirliyindən alınaraq TƏBİBƏ verilməsindən sonra da çox təəssüflər olsun ki, tibb müəssisələrindəki neqativ halları aradan qaldırmaq mümkün olmayıb. Elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə xəstəxanalarda rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayətlərə rast gəlmək olar ki, bu da Baş həkimlərin gündəlik qazanclarının heç də az olmamasını deməyə əsas verir.

Xəstəxanalaraın Baş həkimləri pasientlərdən yığdıqları ilə kifayətlənməyib büdcə vəsaitlərini talaması da heç də yeni məlumat deyil. Uzun illərdir səhiyyə sistemində aparılan islahatlar adı altında ayrılan milyonlarla dövlət vəsaitləri bu sahədə heç bir dəyişikliyə səbəb olmayıb, əksinə korrupsiya hallarının artmasına gətirib çıxarıb. Son illərdə səhiyyə işçilərinin korrupsiya üstündə həbs olunmaları da buna bir sübutdur.

Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı verilən məlumatlar da yuxarıda sadaladıqlarımızla eynilik təşkil edir. Belə ki, sözügedən rayonun mərkəzi xəstəxanasında həm rüşvətxorluq, həm də korrupsiya halları baş alıb gedir. Burada gün ərzində toplanan rüşvətin məbləğini müəyyən etmək çətin olduğundan, diqqətimizi birbaşa korrupsiya hallarına cəmlədik. Xəstəxanalarda korrupsiyaya daha çox mal-materialların, dərman vəsaitlərinin satınalmasında yol verilir. Odur ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasının son illər keçirdiyi satınalmaları diqqətinizə çatdırdıqdan sonra keçəcik əsas mətləbə.

Zaqatala rayon Mərkəzi Xəstəxanası tərəfindən 2020-2021-ci illərdə "zəruri malların alınması"na ayırdığı vəsaitlər ətrafında araşdırmalar apardıq. Xəstəxananın Tender Komissiyası tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə 2020-ci ildə

- dəftərxana və təsərrüfat xərclərinə 48 723.73,

- mətbəə xərclərinə 22 881.99,

- Yumşaq inventara 22 591.69,

- ehtiyat hissələrinin alınması xərclərinə 30 109.66 manat vəsait ayrılıb.

Bu ümumi olaraq 124 307 manat təşkil edir. Qeyd edək ki, bu müqavilələrin hamısı 2020-ci ilin dekabr ayında bağlanılıb.

Zaqatala rayon Mərkəzi Xəstəxanası eyni məqsədlərlə 2021-ci ildə nə qədər vəsait xərclyib?

- Sair torpaq, tikili və avadanlıqlara 15 847.4,

- mətbəə mallarının alınmasına 19 910.73,

- tikili və avadanlıqların cari təmir xərclərinə 46123.46,

- maşın və avadanlıqların alınmasına 169 823.24,

- yumşaq inventarın alınmasına 24 365,

- dəftərxana və təsərrüfat xərclərinə 58 764,

- nəqliyyat vasitələrinin carı təmir xərclərinə 28 991.13,

- hüquqi yardıma 3600,

- Digər malların (yeməkxana və məxbəx ləvazimatlarının) alınmasına 18 528 manat vəsait ayrılıb.

Ümumi olaraq 385 952 manat.

Göründüyü kimi, Zaqatala rayon Mərkəzi Xəstəxanası 2020-ci ilin dekabr ayından 2021-ci ilin dekabr ayına qədər yuxarıda qeyd etdiyimiz malların və xidmətlərin satınalmasına ümumi olaraq 510 259 manat vəsait xərcləyib. Qeyd edək ki, bu 250-çarpayıdan ibarət bir dövlət xəstəxanası üçün böyük vəsaitdir.

Zaqatala rayon Mərkəzi Xəstəxanasından verilən qeyri-rəsmi məlumata görə, hazırda xəstəxanada elektrik generatoru işləmir. Xəstəxananın direktoru Məcid Əliyev generatorun təmir olunması üçün cərrahlardan pul yığmağı tələb edib. Sanitar qovşaqda olan nasazlığı aradan qaldırmaq və tualet kağızı almaq üçün hazırda orta tibb işçiləri pul yığmaqdadır. Xəstəxanada bu gün həkimlər tibbi əlcəkləri bellə yaxınlıqdakı aptekdən pulla alırlar.

Yüz minlərlə vəsait necə olur?

Xəstəxananın direktoru Məcid Əliyevin narazı tibb işçilərinə dediyinə görə, ayrılan vəsaiti yuxarıdan silirlər. Yuxarıdan silirlər, yoxsa direktor müavini, Tender Komissiyasının sədri Rövşən Əhmədovla, inzibati məsələlər üzrə direktor müavini Emil Rüstəmov silir, bilinmir.

İndi deyə bilmərik bundan sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevlə, TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov arasında münasibəti necə olacaq. Amma onu deyə bilərik ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov cənablarına arxalanıb çox işlər çevirənlər var.

Bütün bir çox işlərin başında Xəstəxananın kadrlar şöbəsinin müdiri Gülnarə Ömərova dayanır. Məlumatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanovun hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər verdiyini bildirirlər. Hazırda Zaqatala rayon Mərkəzi Xəstəxanasında kadrlar şöbəsinin müdiri olan Gülnarə xanım ətraf rayonlarda da xəstəxanalara rüşvət müqabilində tibbi işçiləri təyin etdirir. Öz qızı Zülfiranı isə tibbi əmək təcrübəsi yol vermədiyi halda Zaqataladakı Diaqnostika Mərkəzinin xəstə xidmətləri şöbəsinə müdir təyin etdirib. Qardaşının həyat yolldaşını isə Katexdən gətirib baş tibb bacısı təyin etdirib. Məlumata görə Gülnarə Ömərova bütün bunları açıq şəkildə, heç kimdən çəkinmədiyini söyləyərək edir.

Məcid Əliyev əvvəllər qanunsuzluqlara görə tutduğu vəzifədən kənarlaşdırılıb

Xəstəxananın direktoru Məcid Əliyev 2012-2018-ci iilərdə Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Çalışdığı müddətdə yol verdiyi qanunsuzluqlara görə tutduğu vəzifədən kənarlaşdırılıb.  Belə ki, verilən məlumata görə, Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin karyerasına davam edib-etməməsi sual altında qalıb. Lakin bunlara baxmayaraq Məcid Əliyev sabiq nazir Oqtay Şirəliyevə yaxın şəxslərin vasitəsi ilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatala kimi nisbətən kiçik bir xəstəxananın direktoru vəzifəsinə də təyinat alıb. Redaksiyamıza verilən məlumatlardan da göründüyü kimi, Məcid Əliyev Şəkidəki əməllərinə son qoymayıb. Bunlar Məcid Əliyevin direktoru olduğu Zaqatala rayon Mərkəzi Xəstəxanası barədə son məlumatlar deyil. Burada daha biabırçı hallara da yol verilir ki, araşdırılmasına ciddi ehtiyac var. Amma əsas odur ki, gənc kadr, TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanovun gizli əməlləri və onun adından rayon Mərkəzi Xəstəxanasında çevrilən işlər ortaya çıxdı. /Aktualinfo.org

"24 saat"
https://bit.ly/3A8a9Dy

25 Haziran 2022 Cumartesi

Sedat Peker Eynullanın müsahibəsinə görə od püskürdü
Mafiya başçısı olduğu iddia olunan Sedat Peker sözçüsü Emre Olurun Twitter hesabı vasitəsiylə yeni paylaşımlar edib.

Azerbaycanlı jurnalist, "Xocalı qətliamını Azərbaycan əsgərləri törədib" yazan Eynulla Fətullayevə müsahibə verən Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar millətçi mafiya olduğu irəli sürülən Sedat Pekerin "Yalıkavak Marinası (marina - kiçik qayıqların və yaxtaların yerləşdirilməsi üçün ayrılmış liman) əlindən alıınıb" iddiası ilə Türkiyə gündəminə oturan azərbaycanlı iş adamı Mübariz Mənsimovun iddialarına cavab verib.

Pekerin mətbuat müşaviri Emre Olur sosial media hesabından axşam saatlarına qədər vaxt verərək "Mehmet Ağar, dərin dövlətin başı, sən Mübariz Mənsimovun dediklərindən yalnız birini təkzib etdin. Amma bəzi qəzetlər bunu Sedat Pekeri təkzib etdiyin kimi yazır. Rəis (Sedat Peker- red.) təkzib edilməsini sevmir. Məncə, bunu düzəlt, əks halda SADAT-çılardan daha pis vəziyyətə düşərsən" deyə paylaşm etmişdi.

Vədə tamam olduqdan sonra sosial media paylaşmalarına qadağa qoyulan Sedat Pekerin Ağarla bağlı paylaşımları Emra Olurun hesabından yayımlanıb. Peker cəmi 16 tvitdən ibarət paylaşımda bu açıqlamaları verib:

"Dərin Memet, insanlar yaşlandıqca daha ağıllı olurlar. Yaşlandıqca qabiliyyətini necə itirdin? Mübarizi inkar etmək üçün müsahibə vermisənz. Halbuki sülü (Süleyman Soylu nəzərdə tutulur - "24 saat") kimi bir şey demədən yalnız vertolyot meydançasından danışmısan. Bu mahallenin kaşarının (mahallenin kaşarı - Sedat Pekerin Süleyman Soylu üçün işlətdiyi və məhlədə hər kəslə görüşən, söz daşıyan anlamında istifadə olunur - "24 saat") taktikasıdır.

Videolarda dedim ki, məhəllə kaşarı necə ola bilər. Madam ki qaşınırsan, günah məndən getdi. Mübarizin marinasına necə sahibləndiyindən niyə danışmamısan? Niyə marinadan narkotik, dizel və insan qaçaqmalçılığı etdiyin barədə danışmamısan? 90-cı illərdəki Kutlu Adalı cinayəti və üstü açılmayan digər cinayətlərdən niyə danışmamısan?

“90-cı illərdə baş verən üstü açılmamış qətllərdən də danışacağıq”

Gələcəkdə 90-cı illərdəki üstü açılmayan qətllərdən də danışacağıq. Mən bildiklərimi və rəhmətlik Tarık Ümitin Göztəpədə mahalının valisi Həsənin evində mənə dediklərini də danışacağıq. Rəhmətlik Tarık Ümit öldürəcəyini bilirdi. Hətta bunu mənə dedi və sən onu öldürdün.

Narkotik alverçilərindən aldığınız pulları üzünə deməsək, ayıb olar. Keçmişdə olanlar hər şey haqqında səmimi danışacağıq. Oğlunun öldürdüyü jurnalist qızın adını niyə çəkmədin?

“Oğurluq sizin geninizdədir”

Guya ki, həbsxananın vertolyot meydançasını keçmiş bələdiyyə sədri tikdirib, oğlun da sənin kimi oğrudur, ona görə sənə deməyib - Mübarizdən 50 min dollar alıb ki, vertolyot meydançasını tikəcəyik. Oğurluq sizin geninizdədir.

Həmin helikopter meydançasına bir dəfə rəhmətlik Mustafa Koçun helikopteri ilə gəlmişdi. Yenə Ferid Şahenkin helikopteri ilə gəldik. Mübarizin helikopteri ilə ən azı 100 dəfə gedilib. Siz nə iyrənc adamsınız, Aydının keçmiş baş prokuroru Ekrem Yiğit fetödən qovulanda bu adamı PETKİM-ə (Petrokimya Holdinq - hazırda SOCAR-ın Türkiyə qolunun nəzdindədir - "24 saat") sən yerləşdirmədinmi?

"Gülənin məktubunu çərçivələdib həbsxana divarından asmadınmı?"

Fətullah Gülən həbsxanada sənə 7 kitab göndərməmişdi? Balaca uşaqlar kimi "mənə bu kitabları Fəttullah Gülən göndərib" deyə hər yanına gələnə göstərmirdinmi? Bir də ki, onun göndərdiyi məktubu qəhvəyi çərçivəyə salıb həbsxana divarından asmamışdınmı? Hamıya göstərmirdin? Sən nə iyrənc adamsan, səni məhv edəcəm...

Mübariz oğlun Tolqa Ağarı kokain istifadə etdiyinə görə işdən çıxarmadı? Onun sizinlə dostluğu belə bitmədimi?

“Ərdoğanın arxasından təhqir edirdiniz”

Üstəlik, Tayyib Ərdoğanı arxasınca daim təhqir edirdiniz. Hasan Yeşildağın Boğaza baxan yerində 4,5 saat Həsən Yeşildağla görüşdükdən sonra birdən dəyişmədinmi? Sən o görüşdə nə danışdınızsa, hamısından danışacağıq.

Bundan əlavə, yeri gələndə inan ki, Müdafiə Nazirliyində "Milli Dizayn və Milli İstehsal" yalanı ilə hələ də dövləti necə soyduğundan da danışacağıq.

"Ölümündən əvvəl Orxan Adıbelli ilə nə danışdınız?"

Derin Mehmet, səni 2020-ci ildə Kayseridə öldürülən iş adamı kimi tanınan narkotik qaçaqmalçısı orhan adıbellinin (ad və soyadın baş hərflərini qəsdən balaca yazıb - "24 saat") ölümündən danışanda görəcəyəm. Deyirlər ki, adamı öldürənlər tutulub, pula görə öldürüblər. Beləliklə, kim öldürüldü, cavab yoxdur (əsas qətldən)!.

Ölməzdən əvvəl Orxan Adıbelli ilə nə danışdınız?

Bu dövran dəyişəndə bu cinayətə yenidən baxılacaq, yenidən araşdırılacaq. Prokuror HTS qeydlərini tələb edəcək.

(HTS qeydləri ilə insanların kimə zəng etdiyi, səsli və ya video rabitəsindən istifadə etdiyi barədə məlumatlar əldə edilir.)

Bu adam ölümündən əvvəl sən bu bu adamla nə danışırdın? Yığıncaqdakı digərlərinin HTS qeydləri də açıqlanacaq.

"Orxan Adıbellini öldürən ortağınız deyilmi?"

Prokuror səndən bunları soruşmayacaq, həyasız? Sən həm Daxili İşlər, həm də Ədliyyə Nazirli olmusan. Narkotik puluna görə ödəniləcək 50 milyon avro məsələsində ara düzəldən kimi çıxış etməkdən utanmırsan, ay rüsvayçı adam? Buyur, çıx de ki, mən Orxanla danışmamışam.

Mərhumun oğlu hazırda danışa bilmir. Ola bilsin ki, vaxtı gələndə o da danışsın. Danışmasa belə, bütün sübutlar məndə var. Görüşəcəyik, darıxma. Orxan Adıbellini öldürən ortağın, "siçan" ləqəbli murat boyracı (Ad və soyadın baş hərflərini qəsdən balaca yazıb - "24 saat") deyilmi? murat boyracı ilə HTS arxiviniz ortaya çıxmayacaqmı? Bəs öldürülən orhan addibelli ilə HTS qeydlərin necə, onlar da çıxmayacaqmı?

"Bayram deyil, seyran deyil - Dubayda nə gəzirsən?"

Bir tərəfdən iddialara "doğru deyil" deyirsən, eyni zamanda Murat Boyracı və "siçan Muratı Dubaya göndərirsən. Sən zavallısan. Məni rəhmətlik Tarık Ümit və rəhmətlik Orxan Adıbelli ilə qarışdırma. Ya da məni əvvəllər öldürtdürdüyün insanlarla qarışdırma. Bir dostum xahiş etdiyi üçün Murat Boyracı haqqında heç kimə heç nə deməyəcəkdim. Mənə qarşı sui-qəsddən söhbəti başlamışkən sənin eyni ərəfədə Dubayda nə işin var? Əgər yaxşı niyyətlə gəlmisənsə, bizi niyə xəbərdar etməmisən?

"Pokemon Mehmet Barlas" diliniz çox uzandıb. Boğazdakı "Les Ottomans" otelində iş təqibi nəticəsində aldığınız cukkalardan da xəbər verəcəyəm”.

İran vətəndaşı Əhməd Nəzərinin paylaşımı

Ağarın Avropada həbs qərarı ilə axtarışda olan İran vətəndaşı Əhməd Nəzəriyə Türkiyə vətəndaşlığı verdiyini bildirən Peker, Nəzərinin şəxsiyyət vəsiqəsinin görüntülərini də paylaşıb. daha sonra Sedat Peker "Avropanın hər yerində axtarışda olan İran vətəndaşı Əhməd Nəzərini Türkiyədə necə gizlətdin? Axtarışda ola-ola bu adama necə Türkiyə vətəndaşlığı verdirdin? Keçən il mən paylaşmağa başlayanda ortalığın qarışdığını görüb onu Dubaya onu göndərdin. "Kavacık"ın mərkəzində plazası, "Acar Blu"da da evi var idi. İldə orta hesabla 250 milyon dollar toplayan beynəlxalq fırıldaqçılıq şəbəkəsini idarə edir. Bütün Avropada axtarışda olan adama Türkiyə vətəndaşlığını necə verdirdin?" yazıb.

Daha sonra isə Sedat Peker bu iddianı paylaşb:

"O, hazırda Dubayda sənin Elazığdan olan ortağın Murat Boyracı qəbul edir. Bingöllü Sehmus da onlar birlikdədir. Təbii ki, bir prokuror gəlib Tolga Ağar və Əhməd Nəzərinin HTS qeydlərini tələb edəcək. Cihan ekşi, Ahmed Nazari hələ də ona hədiyyə verdiyin 10 min dollarlıq təsbehı fırladır, bunları da danışacağıq, çox danışacağıq”.

"24 saat" xeberler

P.S. Xatırladaq ki, Eynulla Fətullayev Mübariz Mənsimovun "lotu Quli" kimi tanınan şəxs barədə açıqlamalarından sonra Mənsimovdan qisas alacağı məzmunlu paylaşım etmişdi.
https://bit.ly/3u2MIHM

18 Haziran 2022 Cumartesi

AĞA-ƏLİ YƏHYAYEV ETİRAF ETDİ: "ALLAH TƏHQİR OLUNMAYIB!"
16 gündür ki, aclıq aksiyası keçirən “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun rəhbərlik etdiyi təşkilatın üzvü, "Allah təqhir olunub" dediyi iddia olunan AĞA-ƏLİ YƏHYAYEV 30 sutka həbsdən çıxdıqdan sonra "Xural TV"-yə müsahibə verib.

“Müsəlman Birliyi” hərəkatının üzvü AĞA-ƏLİ YƏHYAYEV etiraf edib ki, ona "Bandotdel"də işgəncə verilən zaman Allah təhqir olunmayıb. AĞA-ƏLİ YƏHYAYEV bildirib ki, onun məhkəmədə dediyi sözlər konteksdən çıxarılıb və nəticədə yanlış anlaşılma yaranıb.

"24 saat" həmin müsahibəni təqdim edir:

https://www.youtube.com/watch?v=T8mEeeuO-2c
https://bit.ly/3HDXDxd

16 Haziran 2022 Perşembe

Arazdəyən Azərbaycana verilir? - Ermənistan təşvişdə
Ermənistanın baş naziri Nikol Paşinyanın Arazdəyənə səfərindən sonra qəsəbədə ölkənin dövlət bayrağı endirilib. Qaynarinfo xəbər verir ki, bu addım Ermənistanda böyük ajiotaja səbəb olub.

Xatırladaq ki, Paşinyanın Ararat rayonuna sonuncu səfərindən sonra Arazdəyənda Ermənistan bayrağı endirilib və "Yerasx" (Arazdəyən) qəsəbəsinin adının hərflərinin bir qismi qoparılıb.

Məlum olub ki, Paşinyanın səfərindən sonra Arazdəyən qəsəbəsinin Azərbaycan tərəfinə qaytarılması ilə bağlı ajiotaj yaranıb, nəticədə qəsəbədə şərab zavodu və yoldakı dequstasiya zalının avadanlıqlarının sökülüb Ararat rayonu mərkəzinə daşınmasına başlanılıb.

Hazırda rayonda, xüsusən də Arazdəyən qəsəbəsində sakinlər çaşqın vəziyyətdədir. Sakinlərin Ermənistan bayrağının endirilməsi ilə bağlı narahat olduqları bildirilir. Dövlət qurumlarının bununla bağlı heç bir açıqlama verməməsi səbəbindən onlar azyaşlı övladlarını və bəzi əşyalarını qəsəbədən çıxaracağa hazırlaşır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndi ətrafındakı yüksəklikdə Ermənistan və Azərbaycan Ordusunun mövqeləri üzbəüzdür. Yerasx vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir.

Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb. Ermənistan hakimiyyəti Arazdəyənin adını 1968-ci ildə dəyişdirərək Yerasx qoyub.

Tarixi mənbələrə görə, kənddə əvvəllər ancaq azərbaycanlılar yaşayıb, sonra ora az sayda ermənilər də köçüb gəliblər. Daha dəqiqi, ermənilər bura 1897-ci ildə köçürülüb. Sonuncu deportasiya zamanı - 1988-ci ildə azərbaycanlılar kənddən didərgin salınıb. Son məlumatlara görə, hazırda Arazdəyəndə 900 nəfərə yaxın erməni yaşayır.

"24 saat"
https://bit.ly/3zDTKGL
44 günlük müharibə dövründə ölən 86 erməni əsgərinin meyiti hələ də morqdadır
44 günlük müharibə bitsə də, Ermənistan morqlarında həlak olan hərbçilərin qalıqları hələ də "baş ağrısı" olaraq qalmaqdadır. 

Hələ 2021-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşmüş şəxslərlə bağlı danışarkən "Hazırda əlimizdə 100 yaxın şəxsiyyəti müəyyənləşdirilmiş meyit var, onların bir hissəsi qohumları tərəfindən də müəyyənləşdirilib. Lakin qohumlar nədənsə həmin faktı qəbul etməkdən imtina edirlər, bu başa düşüləndir. Bir çox həlak olanların yaxınları hələ də onların sağ olduğuna inanır” demişdi.

Paşinyan həmçinin qeyd edib ki, daxili DNT analizinə etibar etməyən və öz vəsaiti hesabına xaricdə DNT testini təşkil edən ailələr də var.

Məlumatlara görə, bu günə qədər Metsamor və Heratsu morqlarında hələ də 86-ya yaxın əsgərin qalıqları saxlanılır. Qohumlar onların övladları olduqlarını qəbul etmirlər. Yəni müharibədən təxminən iki il keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib, hətta bir çox əsgərin basdırıldığı kütləvi məzarlığın yaradılması işlərid də dayandırılıb.

Həlak olan və hələ də dəfn olunmayan əsgərlərin yaxınların isə hökümətdən övladları ilə bağlı tam sübut olunmuş faktları tələb edir. Demək olar ki, valideynlər ölkədə hər gün hökümət evi və Müdafiə Nazirliyi qarşısında övladlarının taleyi ilə bağlı aksiya keçirir.

"24 saat"
https://bit.ly/39t6XY9
Narkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan var
Narkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan var.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iyun ayının 7-də saat 22:15-də DSX-nin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsdə cəhd edib.

Dövlət sərhədinin pozulması ilə bağlı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılaraq üzərində olan 1 ədəd bağlamada təxmini çəkisi 5 880 qram narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunaraq götürülüb, digər sərhəd pozucusu hava şəraitinin qaranlıq və ərazinin sıx meşəlik, kolluq olmasından istifadə edərək geri İran ərazisinə qaçıb.

İyun ayının 12-də saat 01:50-də Neftçala istiqamətində naməlum hədəf tərəfindən dəniz sərhədlərinin pozulması barədə daxil olan məlumatla əlaqədar DSX-nin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqamətə sərhəd gözətçi gəmiləri göndərilib, texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə iti surətli üzmə vasitəsinin hərəkəti nəzarətə götürülüb və təqib olunaraq saxlanılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Hadisə ilə əlaqədar dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi təşkil olunaraq üzmə vasitəsinin hərəkət etdiyi istiqamətdə sahil ərazilərinə baxış keçirilib.

Nəticədə Cənub regional şöbəsinin “Mayak” sahil nəzarəti bölməsinin xidməti ərazisində Neftçala rayonunun Mayak kəndinin yaxınlığında dəniz sahilində iki ədəd şübhəli kisə aşkarlanıb. Kisələrə baxış zamanı 13 ədəd bağlamada təxmini çəkisi 22 kiloqram 855 qram narkotik vasitəyə (15 180 qram – marixuana, 7 175 qram – tiryək, 500 qram – heroin) bənzər maddələrvə 15 43 ədəd psixotrop tərkibli həbləraşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://bit.ly/3Ok2Ex2
Nazir müavinləri Fazil Talıbovun yaxasından yapışan qazini BELƏ CƏZALANDIRDI
"Nazir müavinləri "WhatsAppda" məni bloka atıblar".

Bu sözü Cebhe.info-ya bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qarşısında aksiya zamanı qurumun mətbuat katibi Fazil Talıbovun yaxasından yapışan qazi, Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev deyib:

"Nazir müavinlər məni "qara siyahı"ya, yəni bloka atıblar. 3 ay bundan öncə mənə səhər tezdən zəng vurub məlumat verdilər ki, 40-a yaxın qazimiz ƏƏSMN-nin qarşısındadır. Onlardan təxminən 10-a yaxın qazi Gənc Qazilər İctimai Birliyinin üzvləri idi. Mən ora gedəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov və digər vəzifəli şəxslər qazilərimizlə mübahisə edirdilər. Onlar mənə dedilər ki, qaziləri sakitləşdirin, onların siyahısını tutaq. Nazirlik rəsmiləri qazilərin problemlərini qısa zamanda həll edəcəklərinə söz verdilər. Biz orada siyahı tutduq. Qazilərimizin hər birinin ad və soyadı, yaşadıqları ünvanları, şəxsiyyət vəsiqələrinin FİN kodları, problemləri qeyd edilib təqdim edildi. Bunun bir nüsxəsini Babək Hüseynova təqdim etdim. Onlar mənə dedilər ki, problem həllini tapacaq. Bu hadisənin üzərindən 15 gün keçəndən sonra əlaqə saxladım. Siyahıda olan 40 qazidən 10-nun probleminin həlli istiqamətində yönləndirmə olmuşdu. Bir-ikisinin problemi isə həll edilmişdi.

Yenidən siyahı tutdum və nazirliyə təqdim etdim. Yenə də bir-iki nəfərə kömək etdilər, qalanı qaldı. May ayında yenidən ağır durumu olan qazilərin siyahısını tutub nazirliyə təqdim etdim. Belə olan halda qazilər mənə dedilər ki, problemər həllini tapmayıb. Anar Bayramov və digər vəzifəli şəxslərə yazdığım mesajları qazilərə göstərdim. Nazir müavinləri məni bloka atıblar. Zənglərimə də cavab vermədilər".

Aksiya zamanı qazilərin ona zəng vurduğunu deyən Hacı Vəliyev bildirib ki, nazirliyin qarşısında toplaşanda qazinin birinin halı pisləşib. Bu zaman nazirliyin əməkdaşları qazini binaya keçirib qapını arxadan bağlayıblar:

"Ambulans çağırdıq, həmin qazinin halı pisləşdiyi üçün qapını sındırmaq məcburiyyətində qaldıq".
https://bit.ly/3OlHK0L
Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

az24saat.org  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
https://bit.ly/3tEaM3y
Katerina Yuşşenko: “Putin Ukraynada qələbə çalsa bununla kifayətlənməyəcək”
“Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibədə qələbə çalsa bununla kifayətlənməyəcək və davam edəcək”

az24saat.org xəbər verir ki, bunu Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonun həyat yoldaşı Katerina Yuşşenko IX Qlobal Bakı Forumunda bildirib.

O, Ukraynanın qələbə qazanacağını, lakin dayanıqlı sülhün əldə olunmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya ilə atəşkəs barədə razılığa gəlmək olar, amma sülh əldə etmək çətin olacaq.

Ukraynanın sabiq Prezidentinin həyat yoldaşı bildirib ki, Avropa uzun illər Ukraynaya, Polşaya və digər ölkələrə qulaq asmadı və hazırda Ukrayna Avropanın Rusiya ilə əməkdaşlıq etməsinə görə əziyyət çəkir.

O, Rusiyanı bütün beynəlxalq təşkilatlarından çıxarmağa çağırıb: “112 gündür Ukraynada müharibə başlayıb. Bu, Ukrayna üçün amansız müharibədir. Milyonlarla insan xilas olmaq üçün ölkədən qaçmaq məcburiyyətində qalıb. Rusiya törətdiklərinin cəzasını çəkməlidir”.
https://bit.ly/3xT76O4
Şəhid övladları üçün “IV Neftçili Yay Futbol Düşərgəsi” təşkil edilib
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün “IV Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib.

az24saat.org-un məlumatına görə, layihə “Neftçi” klubunun və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, SOCAR və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.

Bu gün şəhidlərin 6 - 12 yaşlı 104 övladını əhatə edən layihənin açılış mərasimi baş tutub. Tədbirdə “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi”nin prezidenti Kamran Quliyev, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.

Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.
https://bit.ly/39r1Szw
Şəhid övladları üçün “IV Neftçili Yay Futbol Düşərgəsi” təşkil edilib
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün “IV Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib.

az24saat.org-un məlumatına görə, layihə “Neftçi” klubunun və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, SOCAR və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.

Bu gün şəhidlərin 6 - 12 yaşlı 104 övladını əhatə edən layihənin açılış mərasimi baş tutub. Tədbirdə “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi”nin prezidenti Kamran Quliyev, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.

Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.
https://bit.ly/39r1Szw
Sabahın havası açıqlandı
Azərbaycanda iyunun 17-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-31° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
https://bit.ly/3MQD1TD

13 Haziran 2022 Pazartesi

Sabahın hava proqnozu
İyunun 14-nə gözlənilın hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən az24saat.org verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
https://bit.ly/3OaagCb
Azərbaycanlı şagirlər beynəlxalq olimpiadada rekord nəticə göstəriblər
Azərbaycan məktəbliləri iyunun 1-də Şarm əl-Şeyxdə (Misir) keçirilən “WAMAS 2022” Ümumdünya Mental Arifmetika Olimpiadasının qalibi olublar. Olimpiadada dünyanın 19 ölkəsindən 250-dən çox məktəbli iştirak edib.

Azərbaycan komandası rekord nəticə göstərib. Komandada 5 yaşdan 12 yaşa qədər kateqoriyalar üzrə 7 ÇEMPİON var! Onlar Ülvi Ağazadə, Rufiz Abbaszadə, Füzuli Cəfərov, Heydər Behbudov, Kamal Behbudov, Selina Rzayeva, İlham Rzayevdir.

Dörd nəfər - Ataxan Məmmədzadə, Mikayıl Mehdiyev, Nəcibə Qazaxova və Sofiya Cəfərova 1-ci yerə, iki nəfər - Aliyə Nəsirova və Əmirə Nəsirova 2-ci yerə və 1 nəfər - Bədrəddin Qazaxova 3-cü yerə layiq görülüb.

Azərbaycan komandasına 5 yaşdan 12 yaşa qədər uşaqlar daxildir. Bu uşaqlar altı aydan dörd ilə qədər mental arifmetika ilə məşğul olublar.

Mental arifmetika yüksək konsentrasiyanı, fotoqravizual yaddaşı inkişaf etdirən, analitik bacarıqları sürətləndirən, məktəbdə təhsilini asanlaşdıran və uşağın özünə güvənini artıran, qeyri-adi "kalkulyatordan daha sürətli nümunələr hesablamaq" bacarığına yiyələdirən yüksək effektivliyə malik beyin simulyatorudur.

Ən gənc çempion İlham Rzayevin cəmi 5 yaşı var. 10 dəqiqə ərzində ikirəqəmli ədədlə (məsələn, 22+66-11+22) 95 misalı düzgün həll edib. Bu hər böyüklər üçün deyil!

Olimpiadanın təşkilatçısı Beynəlxalq Mental Arifmetika Məktəbləri Assosiasiyasıdır (WAMAS). WAMAS tərəfindən hər il keçirilən olimpiadalar uşaqlar üçün əsas motivator rolunu oynayır, eyni zamanda məktəblərin və mental arifmetika mərkəzlərinin inkişafına təkan verir.

Həmçinin mrkəzlər və məktəblər öz yarışlarını keçirirlər. Məsələn, gələn tədris ilində Bakıda Xəzər Kuboku Mental Arifmetika Olimpiadası keçiriləcək.

Olimpiadada uğur qazanan azərbaycanlı məktəblilər Beynəlxalq Mental Arifmetika və İntellekt İnkişafı Məktəbinin İSMA-BAKI (+99470 762-05-05, @isma.baku) proqramı üzrə təhsil alırlar. Məktəbdə hər yaşda olan uşaqlar üçün fərdi və onlayn dərslər mövcuddur.

 
https://bit.ly/3HfINgp
DTX Bakıda erməni təxribatını ifşa etdi - Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu - VİDEO
Dövət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan Xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər.

az24saat.org bildirir ki, bu barədə REAL TV-nin “Mir Şahinin vaxtı” verilişində məlumat verilib.

Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub.

Belə ki, Fidan öz vaxtını internet resurslarında keçirərkən təhlükəli tora düşüb. Ermənistanın revanşist qüvvələri, anti-Azərbaycan, anti-türk qrupunun üzvləri ona fokuslanırlar və Fidan Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilib.

Fidana radikal, nasist Haytarakan qrupunun aparıcı siması Artur Martirosyan və onun tərəfdarları müxtəlif təyinatlı tapşırıqlar verib.

Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub.
https://bit.ly/3HhvUSN
Vaqif Əsədovun təqaüdə göndərilməsi ilə bağlı əmr imzalanıb
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

az24saat.org-un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Əsədov uzun müddətdir Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi vəzifəsində çalışırdı.
https://bit.ly/3NLmiCn
Sabahdan Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollar açılır
İyunun 14-ü, səhər saat 10:00-dan etibarən Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq.

az24saat.org əbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Belə ki, 10-12 iyun tarixlərində baş tutan 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk”, - deyə açıqlamada qeyd olunub.
https://bit.ly/3xoUrRB

10 Haziran 2022 Cuma

Bu məktəbin bir şagirdi belə ali məktəbə qəbul olunmayıb
Builki qəbul imtahanlarında Bakı şəhəri üzrə 306 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

24saat.org xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında məlumat verilib.

Qeyd olunub ki, respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakının 17, 95, 129, 159, 247, 283, 313 saylı tam orta məktəbləri, 62, 83, 220, 261, 264 saylı məktəb-liseyləri, 287 saylı “Zəkalar” liseyi, 291 saylı Ekologiya liseyi, Texniki humanitar lisey, 160 saylı klassik gimnaziya və 147 saylı texniki-humanitar təmayüllü lisey daxil olub.

Azərbaycan bölməsi üzrə ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 292.462-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 6.2% yuxarıdır.

Rus bölməsi üzrə paytaxtın abituriyentlərinin göstəriciləri I-IV qruplarda fizika, kimya, biologiya və tarix fənlər üzrə respublikanın orta göstəricilərindən aşağıdır. Fərq fizikadan - 1.94%, kimyadan - 0.65%, biologiyadan - 0.99%, tarixdən - 2.43% təşkil edir. Şəhərin ana dili, ədəbiyyat, riyaziyyat və coğrafiya fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Ana dili, biologiya və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə ən yüksək göstəriciyə bərabərdir. Abituriyentlərin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 285.458-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 1.2% yuxarıdır.
https://bit.ly/3aP77tn
Şənbə günü hava necə olacaq?
Azərbaycanda iyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-30° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
https://bit.ly/39lphCy