28 Şubat 2022 Pazartesi

“Kiyev kabusu” artıq 16 Rusiya təyyarəsi vurub
Ukrayna Hərbi Hava Qüvvələrinin kimliyi açıqlanmayan, amma “Kiyev kabusu” ləqəbi alan qəhrəman pilotu artıq 16 Rusiya təyyarəsini vurub. Bu barədə Ukrayna mənbələrində bildirilir. Həmin pilotun vurduğu təyyarələrin sayı fevralın 26-da artıq 5-ə çatmışdı və prezident Volodimir Zelenski ona ölkənin Milli Qəhrəmanı adını vermişdi. Lakin pilot bu rekordla kifayətlənmir və hər gün Rusiya təyyarələrini vurmaqda davam edir.

“Sergey Naumovich” adlı istifadəçi yazır ki, o nəhayət həmin pilotun kimliyini dəqiqləşdirə bilib.

 

“Öyrəndim. O heç də Ukrayna ordusunun döyüş ruhunu qaldırmaq üçün düşünülmüş hərbi mif deyil, hansı ki, bunun özü də gərəklidir. O, “Kiyev kabusu” həqiqətən mövcuddur. Familiyasını əlbəttə, məxfi saxlayırlar. Amma artıq hesabında 16 vurulmuş “quş” var. Deyirlər ki, Rusiya pilotları Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələrindən yox, ondan daha çox qorxurlar. Qorxurlar ki, bu oğlan onların quyruğuna keçə və qırıcının manipulyatorundakı qırmızı düyməni basa bilər. O haradan peyda olur, çox aşağı hündürlükdən qəfildən düşmənin arxasına necə keçir, bir Allah bilir. Amma mən hesab edirəm ki, bizim “as” ərazinin relyefini, təbii maneələrin lokasiyasını əla bilir. Və cəmi onlarla metr yüksəklikdə uçur. Üstəlik hərbi istedad”, - həmin istifadəçi yazır.
https://bit.ly/3Hx7Ud9
27 km uzunluğunda Rus qoşunu Kiyevə yaxınlaşır
Bazar ertəsi çəkilmiş peyk görüntüləri Rusiya quru qoşunlarının 27 km uzunluğunda hərbi karvanla Ukrayna paytaxtı Kiyevə yaxınlaşdığını göstərib.

"Maxar Technologies Inc" bildirib ki, "Antonov" hava limanının şərq hissəsindən konvoyda yüzlərlə zirehli texnika, tanklar, qoşquya alınmış artilleriya və logistika dəstək maşınları olub. Konvoy Kiyevə doğru irəliləyib.

"24 saat"
https://bit.ly/3topiMa
Ukraynada Atom Elektrik Stansiyalarında vəziyyət normaldır - MAQATE
Ukrayna bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) ölkənin atom elektrik stansiyalarının təhlükəsiz və etibarlı istismarının davam etdiyi barədə məlumat verib. Baş direktor Rafael Mariano Qrossi hazırkı dönəmdə onların təhlükəsizliyinin və etibarlılığının qorunmasından ciddi şəkildə narahat olduğunu bildirib.

Ukraynanın nüvə enerjisi proqramı – dörd sahədə 15 reaktor – ölkənin elektrik enerjisi istehsalının təxminən yarısını təşkil edir.

Fevralın 27-də Ukrayna Xarici İşlər Nazirliyi MAQATE-yə məlumat verib ki, Rusiya hərbi qüvvələri Ukraynanın şərqindəki Zaporijjya Atom Elektrik Stansiyasına (AES) yaxınlaşır. Fevralın 28-də operatordan alınan əlavə məlumat, Rusiya qüvvələrinin ərazinin yaxınlığında əməliyyat apardığını, lakin məlumat verilərkən anda işğalçıların əraziyə daxil olmadığını bildirib. Bu kontekstdə baş direktor Grossi vurğulayıb ki, zavodun təhlükəsizliyini təhdid edə biləcək hər hansı hərbi və ya digər hərəkətlərdən çəkinmək lazımdır.

Ukrayna Dövlət Nüvə Tənzimləmə Müfəttişliyi (SNRIU) MAQATE-yə məlumat verməkdə davam etdiyini və bu səhər MAQATE-yə verilən yeni məlumatda SNRIU Zaporojjia AES-in "fiziki mühafizə rejimində" heç bir dəyişiklik olmadığını söyləyib.

Baş direktor Qrossi deyib: “Mən Ukraynada baş verənləri, xüsusən də münaqişənin ölkənin nüvə obyektlərinin təhlükəsizliyinə və etibarlılığına potensial təsirini çox yaxından və ciddi narahatlıqla izləməyə davam edirəm. Atom elektrik stansiyalarının heç bir şəkildə riskə atılmaması son dərəcə vacibdir”. O əlavə edib: "Ukraynadakı nüvə obyektlərində baş verən qəza ictimai sağlamlıq və ətraf mühit üçün ağır nəticələrə səbəb ola bilər."

Bu cür riskləri vurğulayan SNRIU bazar günü MAQATE-yə raketlərin paytaxt Kiyevdəki radioaktiv tullantıların zərərsizləşdirilməsi obyektinin ərazisinə düşdüyünü, lakin binaya heç bir ziyan dəymədiyini və radioaktiv tullantıların buraxılması barədə məlumat verilmədiyini bildirdi.

Baş direktor Qrossi təhlükəsizliyi təmin etmək üçün əməliyyat qruplarının imkanlarını qoruyub saxlamağın önəmli əhəmiyyət daşıdığını söyləyib. Bundan əlavə, lazımi xidmətlərin, avadanlıqların və komponentlərin Ukraynanın nüvə obyektlərinə hər zaman çatdırılmasını təmin etmək üçün, məsələn, hər hansı fövqəladə təmir işləri aparmaq üçün mühüm təchizat zəncirləri mövcud olmalıdır.

Ukrayna ötən həftə MAQATE-yə məlumat verib ki, Rusiya qüvvələri 1986-cı ildə baş vermiş qəzadan sonra yaradılmış "İstisna zonası" daxilində yerləşən Çernobıl AES-in Dövlət İxtisaslaşdırılmış Müəssisəsinin obyektlərinə nəzarəti ələ keçirib. Tənzimləyici bu gün bildirib ki, ərazidəki növbə rəisi fevralın 24-dən indiyədək dəyişdirilməyib, lakin o, öz vəzifələrini yerinə yetirməkdə davam edir. SNRIU həmçinin MAQATE-nin aşağı və yaxın fon səviyyələrinə uyğun olaraq qiymətləndirdiyi ərazidən radiasiya məlumatlarını təqdim edib.

MAQATE Ukraynadakı hadisələri yaxından izləməkdə davam edir və nüvə reaktorlarının təhlükəsizliyinə və etibarlılığına xüsusi diqqət yetirir. MAQATE öz həmkarı ilə daim əlaqə saxlayır və Ukraynadakı vəziyyətlə bağlı mütəmadi olaraq məlumat verməyə davam edəcək.

"24 saat"
https://bit.ly/3BYhCEa

27 Şubat 2022 Pazar

Rusiyanın itkiləri açıqlandı - İNANILMAZ
"24 saat" xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzə başladığı gündən indiyə qədər verdiyi itkilər barədə Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar yeni açıqlama yayıb. Rusiyanın itkiləri:

Təyyarə  - 29

Helikopter -  29

Tank - 191 

Zirehli döyüş maşını - 816

Top - 74

SAM BUK - 1

Şəhər - 21

Avtomobil - 291

Tanker - 60

İHA OTR - 3

Gəmi / qayıq - 2

PPO - 5

Şəxsi heyət - 5300
https://bit.ly/3JYVFrl
Daha bir dəhşətli partlayış - VİDEO
Xarkov vilayətinin Kupyansk şəhərinin mərkəzində Oskil çayı üzərindəki körpünün yaxınlığına hava zərbəsi endirilib. Şahidlərin sözlərinə görə, partlayış fevralın 27-də saat 23 radələrində baş verib.

Son günlər şəhərdə baş verən silsilə partlayışlardan sonra Kupyanskda sağ qalan yeganə məkandır. Əhali bu körpü vasitəsiylə Luqansk vilayətinə gedə bilər. Hadisə yerindən bildirilib ki, o, dağılarsa, rayon mərkəzi çayla yarıya bölünəcək.
https://bit.ly/3phO4fB
Ukraynanın Çerkassı vilayətində misli görünməmiş TERMOBARİK partlayış - VİDEO
Ukraynanın Çerkassı vilayətində misli görünməmiş partlayış baş verib.

"24 saat" bildirir ki, TERMOBARİK raketlər yüksək dərəcədə partlayıcı maddə və kimyəvi qarışıqla doldurulur. Bu növ silahlar partlayış zamanı binalar və insanlar da daxil olmaqla qarşısına çıxan hər şeyi məhv edə bilən səsdən sürətli partlayış dalğaları yarada bilir. Onlar həmçinin aerozol bombaları və ya vakuum bombaları kimi də tanınırlar.

İşğalçı Rusiya Ukraynanın paytaxtı Kiyevə və digər şəhərlərə doğru hərəkət edən qoşunlarının arsenalında "TOS-1" termobarik reaktiv yaylım atəşi sistemləri mövcuddur.

Onlar dəqiq zərbələr üçün istifadə edilmir, lakin torpaq sahələrini təmizləmək üçün istifadə edilə bilər.
https://bit.ly/3Hv9EDs
TƏCİLİ - ABŞ RUSİYADAKI, FRANSA İSƏ UKRAYNADAKI VƏTƏNDAŞLARINA XƏBƏRDARLIQ ETDİ
"24 saat" xəbər verir ki, Fransa Rusiya əsgərlərinin Ukrayna sərhəddində cəmləşməsi nəticəsində yaranan gərginliyə görə, Ukraynanın şimal və şərq bölgələrinə getməmək və həmin əraziləri dərhal tərk etmək tövsiyə edilib.

Fransa vətəndaşlarından Ukraynanı tərk etmələri və bu ölkəyə planlaşdırılan və vacib olmayan səfərlərini təxirə salmaları istənilib.

ABŞ

Aviaşirkətlər Rusiyaya və Rusiyayadan uçuşları ləğv edir və bir çox ölkələr öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağlayıb. ABŞ vətəndaşları hələ də mövcud olan imkanlardan istifadə edərək Rusiyanı dərhal tərk etməyi düşünməlidirlər.

ABŞ səfirliyi ABŞ vətəndaşlarına xatırladır ki, Dövlət Departamentinin Rusiya üçün Səyahət Məsləhətləri səviyyəsi “4-cü Səviyyə: Səyahət etməyin” səviyyəsindədir.
https://bit.ly/3ImpnpL
Kliçko: “Kiyev mühasirəyə alınıb, sakinləri evakuasiya edə bilmirik”
Kiyevin meri Vitali Kliçko bildirib ki, şəhər mühasirəyə alınıb. O, bu barədə Associated Press-ə müsahibəsində deyib.

“Biz bunu edə bilmərik, bütün çıxışlar bağlanıb. Hazırda bizi mühasirəyə alıblar”, - Meduza Kliçkonun sözlərindən sitat gətirir.

Ukrayna paytaxtının meri onu da qeyd edib ki, Kiyev humanitar fəlakət ərəfəsindədir: şəhərdə hələ də elektrik, su və istilik var, lakin ərzaq və dərmanların çatdırılması üçün infrastruktur dağıdılıb.
https://bit.ly/3IzunHS

26 Şubat 2022 Cumartesi

Bayden etiraf etdi - "Sanksiyalar dərhal nəticə verməyəcək"
ABŞ prezidenti Cozef Bayden hesab edir ki, Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativ Üçüncü dünya müharibəsi olardı. Bu barədə Amerika lideri bloqer Brayan Koenə müsahibəsində deyib.

“Baxın, iki variant var idi: Üçüncü dünya müharibəsinə və Rusiya ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant: əmin olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini ödəyəcək”, - Amerika lideri bildirib.

Onun sözlərinə görə, sanksiyalar dərhal nəticə verməyəcək: “Dərhal nəticə verəcək bir sanksiyalar yoxdur. Elə bir şey yoxdur ki, sən kiməsə sanksiya tətbiq edəsən və daha Rusiyanın prezidenti ola bilməyəcəyini söyləyəsən. Amma mən hesab edirəm ki, bu sanksiyalar tarixdə ən böyük iqtisadi və siyasi sanksiyalardır”.

"24 saat"
https://bit.ly/3pk7PD8
Amerika Ramzan Kadırovdan başladı
Ramzan Kadırovun istifadə etdiyi Instagram hesabı Çeçenistan liderinin ABŞ-ın sanksiya siyahısına salınması ilə əlaqədar silinib, İnstaqram sahibinin sözçüsü bildirib. Ramzan Kadırovun qeyri-rəsmi hesabından əlavə, onun tərəfdaşlarının İnstaqram səhifələri də hazırda aktiv deyil.

“24 saat” 2017-ci ilin dekabrında Ramzan Kadırovun “Facebook” və “Instagram”dakı rəsmi hesablarının bağlandığını bildirib. Bloklamadan sonra “Za_kadyrov_95” Instagram hesabında Çeçenistan liderinin adından mesajlar yerləşdirilib. Çeçenistan Milli Siyasət Naziri Djambulat Umarovun sözlərinə görə, yuxarıdakı hesab Ramzan Kadırovun şəxsi və ya rəsmi hesabı deyil.

"24 saat"
https://bit.ly/3HouEfi
Rusiya bütün bölmələrinə "vur" əmri verdi - KİYEVƏ BOMBA YAĞIR
"Bütün bölmələrə əmr verildi": Rusiya Federasiyasının Müdafiə Nazirliyi Kiyevin danışıqlardan imtina etməsindən sonra hücumun stratejiyası barədə məlumat verib.

Rəsmi Kiyev danışıqlardan imtina etdikdən sonra rus qoşunlarının bölmələrinə xüsusi əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu gücləndirmək etdirmək əmri verilib.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Departamentdə qeyd edildiyi kimi, Kiyev rejimi sakinlərə silah və sursatları nəzarətsiz şəkildə paylayır ki, bu da qəzalara və insan tələfatına səbəb ola bilər.

Rusiya kəşfiyyatı bildirir ki, ukraynalı millətçilər mülki şəxsləri döyüşmək üçün yaşayış məntəqələrinə raket və artilleriya bölmələri ilə birlikdə yerləşdirir.

"24 saat"
https://bit.ly/3JYqwEu

25 Şubat 2022 Cuma

Anonymous Rusiya Müdafiə Nazirliyinin saytı dağıtdı və məlumatları paylaşdı - YÜKLƏYƏ BİLƏRSİNİZ
Özünü "Hacktivist qrup" kimi təqdim edən hakerlərdən ibarət "Anonymous" qrupu Rusiya Müdafiə Nazirliyinin - mil.ru vebsaytı dağıdıb və məlumat bazasını paylaşıb.

"24 saat" xəbər verir ki, "Anonymous" əldə etdiyi məlumatları bu lindən paylaşıb. https://mega.nz/file/U3JAGRKL#fvwxJOQgODvHTKK37d5vaU3eCi8E3B5atDe1fXu_Zjs

Rus MOD-un bütün şəxsi məlumatlarını buradan yükləyə bilərsiniz
https://bit.ly/3skrIvG
Rusiya Ukraynaya dənizdən də hücuma başladı
Rusiya hərbi gəmiləri Ukrayna Dövlət Sərhəd Xidmətinin Odessa və Nikolayev bölgələrində yerləşən obyektlərinə hücum edib. Bu barədə Odessa sərhəd dəstəsi məlumat yayıb.

"Düşmən raket zərbələri ilə sərhəd infrastrukturunu məhv etməkdə davam edir. Bu gün Rusiya raketləri dənizdən Dövlət Sərhəd Xidmətinin Odessa və Nikolayev bölgələrində sahildə yerləşən obyektlərinə bir neçə dəfə hücum edib. Bir neçə texniki müşahidə məntəqəsi zədələnib", - məlumatda deyilir.

Xeberler
https://bit.ly/3vo5Ql4

Rusiya Ukraynaya dənizdən də hücuma başladı

Rusiya hərbi gəmiləri Ukrayna Dövlət Sərhəd Xidmətinin Odessa və Nikolayev bölgələrində yerləşən obyektlərinə hücum edib. Bu barədə Odessa sərhəd dəstəsi məlumat yayıb.

"Düşmən raket zərbələri ilə sərhəd infrastrukturunu məhv etməkdə davam edir. Bu gün Rusiya raketləri dənizdən Dövlət Sərhəd Xidmətinin Odessa və Nikolayev bölgələrində sahildə yerləşən obyektlərinə bir neçə dəfə hücum edib. Bir neçə texniki müşahidə məntəqəsi zədələnib", - məlumatda deyilir.

Xeberler

Günün qoroskopu: peşəkar fəaliyyət arealında yeniliklərə başlaya bilərsiniz



24saat dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.




Qoç - işgüzar və şəxsi münasibətlər diqqət mərkəzində olmalıdır. Gözlənilməz çətinliklər yeni əlaqələr sxemlərinin aranmasına rəvac verəcək. İndi əsas məsələ sizin üçün təhlükəsizliyin əsasını təşkil edən ünsürləri qorumaqdır. Tərəfdaşınız müstəqilliyini nümayiş etdirəndə güclü emosional reaksiya verməyin.


Təmkinli olun və şəxsi münasibətlərdə sizi çoxdan bəri narahat edən məqamı araşdırın.


Axşam saatlarını ev işlərinə həsr edin.


Buğa - işlərdə yaranan çətinliklər sizi daha diqqətli olmağa, prosesi intensivləşdirməyə, ciddi söhbətə qatılmağa vadar edəcək. Planlaşdırdığınız bəzi işləri yalnız təmkin və intizam sayəsində reallaşdıra biləcəksiniz. Hadisələrin sizə sərfəli olan istiqamətdə spontan inkişafını da gözləmək olar. Tərəfdaşlarla rolları düzgün bölüşdürün, dərin ixtilaflar yaratmayın. Ümumi məqsədlər səyləri sinxronlaşdırmaq zərurəti yaradır.


Emosiyalar həddən ziyadə olduğundan şəxsi münasibətlər üçün çətin gündür.


Soyuqqanlı və səmimi olun.


Əkizlər - yaxın ətrafınızdakı insanların hisslərinə, gözləntilərinə diqqətli olun. Kimsənin xətrinə dəyməyin, incitməyin, tənqidləri müzakirə etməyin. Daha çox sual verin. Mahiyyətə varmağa çalışın. Bir şərtlə ki, həmsöhbətiniz sizin marağınızı və ona xoş münasibətini hiss etsin.


Bütün bunlar çətindirsə, müstəqil fəaliyyət göstərin.


Axşam saatlarında gəzintiyə çıxın, pozitiv emosiyalar alın. İstirahət sizə prioritetləri müəyyənləşdirməyə, işə marağı bərpa etməyə imkan verəcək.


Xəstəyə baş çəkmək, zəng və yazışma üçün əlverişli gündür. Emosional olmayın, etiraflara qapılmayın.


Xərçəng - nigaranlıq və həyəcandan qorunmaq, yaşam arealınızı kənar təsirlərdən hifz etmək istəyi ifrata varmasın. Qapalı məkan yaradaraq hər kəsdən və hər şeydən təcrid olunmağa çalışmayın. Dəyərlərinizi qoruyun.


"Mənim" kəlməsi xüsusi əhəmiyyət kəsb edir.


İşlərdə tempi bir qələr azaldın, ailəyə, evə, yaxınlara daha çox diqqət yetirin. Ailə işləri üçün əlverişli zamandır.


Ailə üzvlərinin problemlərindən hali olun, onları dəstəkləyin.


Axşam saatlarında qonaq ola bilər.


Şir - diqqət mərkəzində olacaqsınız. Uğurlar və nailiyyətlərinizin paxıllıq yaratmamasına çalışın. Yarışmayın, üstünlüklərinizi nümayiş edirməyin. Enerjinizi gərəkli məcraya yönəldin. Adi günlərdən fərqli olaraq uğurlu zamandır. Köhnə tanışlıqlardan biri aktual məsələni həll etməyə təkan verəcək. Şəxsi münasibətlərdəki problemin aradan qaldırılması, barışıq, təmasların normallaşdırılması üçün əlverişli zamandır.


Günün ikinci yarısında stress və gərginlik yaradan məqamlar yarana bilər. Yaşananları daha çox təcrübə əldə etmək, önəm verdiyiniz insanlarla qarşılıqlı anlaşmaya nail olmaq imkanları kimi dəyərləndirin. Situasiyanın diqtə etdiyi işlə məşğul olun.


Aktivliyi uzunmüddətli layihələr strategiyasına yönəldin. Planları tərəfdaşlarla müzakirə edin.


Qız - fəaliyyət göstərdiyiniz və ya maraqlanızı reallaşdırdığınız kollektivdə, yaxud qrupda emosiyalarınızın izharına imkan verməyin. Köhnə planlar, ideyalara fikir verin. Problemin həllinə həmfikirləri cəlb edin. Ətrafınızdakı insanların fəaliyyətini pozitiv dəyərləndirin. Planlarınızı reallaşdırmaq üçün dəstək ala bilərsiniz.







Gərginliyə düçar olmadan, ifrat yorulmadan görə biləcəyiniz işlərə başlayın. Əks halda hər şeyin mürəkkəbləşdiyini, əhvalınızın pisləşdiyini hiss edəcəksiniz. Rahat, qarşılıqlı fəaliyyətin rəvan olacağı gündür.


Bir sıra məsələləri qeyri-formal vəziyyətdə müzakirə etmək əfzəldir. Pozitiv olun.


Tərəzi - yaşımınızda ciddi dəyişikliklər başlanır. Hisslərinizdə tam açıq olmayın, planlarınızı bölüşməyə tələsməyin. Qarşınızdakı insanın sizə münasibətini dəqiq bilmirsinizsə, ehtiyatlı davranın.


İşgüzar tərəfdaşlar və həmkarlarla münasibətlərdə soyuqqanlı olun, təmaslara sərinlik gətirməyin. Ümumi problemlər, maraqlar sizi birləşdirə bilər. Başqa işlərə ilginiz arta bilər. Çətinliklər iş və əməkdaşlığın yeni variantına çıxışı sürətləndirir.


Mühüm xəbərlər gözləyin. Sizi narahat edən məsələlərə cavablar ala biləcəksiniz. Səhhətinizə fikir verin.


Stresslərdən qurtulmağa çalışın.


Əqrəb - maliyyə vəsaitinizə qənaət edin. Məqsədə çatmaq üçün səylə çalışmaq gərəkdir. Diqqət mərkəzində saxlamağınız gərəkən obyektlərin sayı artır. İşinizi daha effektiv etməyə çalışın, yardımçılar arayın. İnformasiya aramaq, bilik və təcrübəni artırmaq üçün əlverişli gündür.


Axşam saatlarında normal istirahət edin.


Oxatan - qarşınızda yeni imkanlar və yeni yollar yaranır. Konkret olanı seçin, diqqətinizi yayındırmayın. Cari işləri, xüsusilə də maliyyə məsələlərini sürəkli nəzarətdə saxlayın. Birgə əmlak, mirasla bağlı məsələləri həll etmək üçün uğurlu gündür.


Yaşamınızda başqasının pulları ilə bağlı mövzu peyda ola bilər. Perspektivlər əlverişlidir.


İntuisiyanıza qulaq asın. Başqalarının zəiflik və nöqsanlarını bağışlamağı bacarın.


Oğlaq - niyyətlər və istəklərinizi bacarıqlarınız və imkanlarınızla uyğunlaşdırın. İşlərdə pozitiv dəyişikliklər olacaq. Emosional təsirlərə dürüst reaksiya verin, hadisələri yanlış dəyərləndirməyin. Təhlükəsizliyinizin təminatına nail olun, münaqişəli situasiyalara qarışmayın. İmkanları əldən verməyin, şanslardan iş üçün yararlanın. Bədxərclik etməyin. Pul sizə konkret məqsədlər üçün gərək olacaq.


Dolça - peşəkar fəaliyyət arealında yeniliklərə başlaya bilərsiniz. Şərait, ünsiyyət çevrəsi, ətrafınızdakı insanların kimliyi önəm kəsb edir. Şəxsi işlər və maraqlara diqqət ayırın. Əsas fəaliyyətinizlə bağlı yeni ideyalar yarana bilər.


Köçürmələr, alış-veriş etmək, cari xərclərlə bağlı tərəfdaşlarla qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Ünsiyyət çevrəsini məhdudlaşdırın, müstəqil işləməyə çalışın. Emosionallıq səviyyəsi yüksək olduğundan tələskən, düşünülməmiş addımlar atmayın. Şikayətləri dinləyin. Öhdəsindən gələ bilmədiyiniz problemi ürəyinizə salmayın.


Balıqlar - bu gün sizi maraqlandıran, arzuladığınız məqamlara daha yaxınsınız. Narahat və nigaran qaldığınız nəsnəni əldə edə bilərsiniz. Tələskən davranaraq yeni problemlər yaratmayın. Güclü emosiyalara ehtiyacınız varsa, onları alacaqsınız.


Planlar, istəklər, iradlar çoxdur. Dəyişikliklərin intensiv olacağını düşünməyin. İntuisiya güclüdür. Bununla yanaşı, ətrafınızda mübhəm amillər güclənir. Kiminsə gizli təsiri, marağı var.


Təmasların sayını azaldın. Sosial şəbəkələrdə ehtiyatlı olun. Müşahidə edin, mühüm məlumatı paylaşmayın.


24saat



Ulduz falı

Zelenski Putinə səsləndi:"BURDAYIQ, ÖLKƏMİZİ MÜDAFİƏ EDİRİK" - VİDEO
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin yüksək çinli rəsmiləri ilə paytaxt Kiyev küçələrində olarkən açıqlama verib.

Rusiya prezidenti Vladimir Putinin Ukrayna xalqına “çevriliş” çağırışından sonra videonu yayımlayan Zelenski “Biz buradayıq, bütün məmurlar, əsgərlər və vətəndaşlar buradadır, ölkəmizi müdafiə edirik” deyib.

Zelenskinin İnstaqram hesabında yerləşdirdiyi videoda onunla birlikdə Prezident Aparatının rəhbəri Andri Yermak və müavini Mixayl Podolyak, baş nazir Denis Şmiqal və Xalqın Xidmətçisi Partiyasının sədri David Arahamya da olub.
https://bit.ly/36BnOpT

Tağı Əhmədov 18 faizlə sələmə pul verdiyini etiraf edib?


"Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovun 2 milyon manat sələmə görə məhkəmədə dindirilməsi yenidən gündəmə gəlib


"Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovun 2 milyon manat sələmə görə məhkəmədə dindirilməsi yenidən gündəmə gəlib.


Fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun çağırılıb dindirilməsi haqda vəsatət qaldırılıb. Səbəb isə Əhmədovun mətbuata verdiyi müsahibədə səsləndirdiyi fikirlərdir.


Bakı metrosunun sabiq rəisi sözü gedən müsahibədə etiraf edib ki, 18 faizlə pul verib. Əhmədovun dindirilməsini tələb edən isə ondan sələmlə pul aldığını, qaytara bilməyəndə YAP-ın Yasamal təşkilatının binasında döyüldüyünü iddia edən Səadət Xəlilovdur.


Soltan Əliyev “vasitəçi” olub


Xəlilov CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu işdə zərərçəkmiş statusunda Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyev tanınıb. İttihamda Xəlilovun 2 milyonu mərmər biznesi adıyla ondan alıb aldatdığı, pulu geri qaytarmadığı iddia olunur. Xəlilov isə onun vasitəçi olduğunu, pulu Əhmədovdan aldığını bildirir.


Bu üzdən vəkili təxminən 20 gün əvvəl məhkəmə iclasında da vəsatət qaldırmışdı ki, Əhmədov məhkəmədə dindirilsin, həm sələmlə pul vermək, həm də YAP-ın binasında adam döymək iddialarına münasibət bildirsin. Məhkəmə isə bu vəsatəti təmin etməmiş, Əhmədovun istintaqdakı ifadəsini elan etmişdi.


“Elan edilən ifadəni kim verib?”


Bu məsələ ictimailəşəndən sonra Tağı Əhmədov "qaynarinfo.az” saytına müsahibə verib. Vəkil Hafiz Ələsgərov deyir ki, həmin müsahibədə səsləndirdiyi fikirlər onun məhkəmədə dindirilməsini zəruri edir:


"Müsahibəsində təsdiqləyir ki, pul onundur, 18 faizlə verib, 30 min faiz pulu alıb. Bəri başdan deyir ki, məhkəmə bu adamlara 8-10 il iş verəcək. Bildirir ki, "döyməmişəm, döysəm də, düz eləmişəm". Siz burada onu çağırıb dindirməkdən imtina edirsiz, istintaqdakı ifadəsini elan etməklə kifayətlənirsiz. Tağı Əhmədov o biri tərəfdə deyir ki, "mən istintaqa çağrılmamışam, çağırılsam da getmərəm". Bəs onda elan edilən ifadəni kim verib?”


Amma məhkəmə vəsatəti bu dəfə də təmin etməyib. Hakim bildirib ki, ötən məhkəmə iclasında bu məsələyə münasibət bildirilib, onun istintaqdakı ifadəsi də elan olunub. Üstəlik, mətbuatda yayılan müsahibənin Əhmədova aid olub-olmadığı dəqiq məlum deyil.


Vəkil hakimlərin bu cür yanaşmasından narazı qalıb: "İttihamın bel sütunu olan məsələni araşdırmırsız. Ona görə sizin bu işə baxmağınıza etiraz edirik. Növbəti məhkəmə iclasında yazılı şəkildə təqdim edəcəyik".


Məhkəmə prosesi martın 4-nə saxlanıb.


“Dostum Soltan məndən borc pul istədi”


Tağı Əhmədov istintaqa ifadəsində təqsirləndirilən Səadət Xəlilovun YAP-ın Yasamal təşkilatında onun kabinetində olduğunu və pul verdiyini təsdiqləyib:


“Təxminən 4-5 il əvvəl dostum Soltan məndən borc pul istədi. Dedi ki, Səadət adlı tanışı mərmər işiylə məşğuldu, onlar birlikdə işləyəcəklər. Soltan Səadəti mənim otağıma gətirmişdi. Dedim ki, sizin işinizə qarışmayacam, məni maraqlandırmır”.


Əhmədovun sözügedən müsahibəsində bildirilir ki, o, 2 milyonu bankdan götürüb verib. Aylıq aldığı 30 min manatın 2 min manatını da vasitəçiliyə görə hazırda zərərçəkmiş qismində tanınan Soltan Əliyevə verib:


"Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Mən pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, 2 mini də mənə qalsın, 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı dostum da AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər..."


Xəlilovun ittiham olunduğu CM-in 178.3.2 maddəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.


"24 saat" "
Tağı Əhmədov 18 faizlə sələmə pul verdiyini etiraf edib?
" başlıqlı yazını "AzadliqRadiosu"na istinadən dərc edib



Xeberler

VAR olan Qurban 

Dünya gündəmini Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün zəbt etdiyi, Moskvanın işğalçı siyasətinin qınandığı bir vaxtda təqdirəlayiq, nadir hallarda görünən hadisə yaşandı – özü də Azərbaycanda. Dünən axşam bütün diqqətlər Bakıya yönəldi. Azərbaycan oğlunun etdiyi ədalətli davranış ədalətsiz dünyanı heyrətə gətirdi. Onun böyük jesti, feyr-pley hərəkəti qarşısında hər kəs aciz qaldı…


Bəli, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əsl şəxsiyyət olduğunu onu tanımayanlara, uğurlarını həzm etməyənlərə bir daha təsdiqlədi. Ən əsası isə bütün dünyaya nümayiş etdirdi ki, dürüstlük, halallıq, haqq-ədalət ən ümdədir. Bu haqda bir qədər sonra…


11 dekabr, 2014-cü il. Avropa Liqasının (AL) qrup mərhələsində iştirak edən “Qarabağ” son tur oyununda İtaliya “İnter”ini qəbul edir. Qalib gələcəyi təqdirdə, Ağdam klubu daha bir tarix yazaraq, AL-in 1/16 final mərhələsinə vəsiqə qazanacaq. Matçın əlavə olunmuş dəqiqəsində “Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda qələbə qolunu vursa da, çexiyalı hakim Miroslav Zelinka həmin epizodda oyundankənar vəziyyət olduğunu bildirərək təmiz qolu qeydə almır. Halbuki qeydə alınsaydı, “Qarabağ” qələbə sayəsində “Dnepr”i qabaqlayaraq tarixində ilk dəfə 1/16 finala vəsiqə əldə edəcəkdi.


9 dekabr, 2021-ci il. Konfrans Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” növbəti tarixi matça çıxır. Yenə son tur oyununa təsadüf edən görüş həm bizim, həm də meydan sahibi “Bazel” üçün böyük əhəmiyyət kəsb edir. Bu oyunadək hər iki komandanın xalları bərabər olduğundan, matç final xarakteri daşıyır. “Qarabağ” qalib gələcəyi təqdirdə, birbaşa 1/8 finala çıxacaqdı. Matça “güllə” kimi başlayan komandamız 2-ci dəqiqədə təmiz qol vurur. Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini ən azı 1 metr keçsə də, hakim qolu qeydə almır. Konfrans Liqasında VAR (Video Assistant Referee) texnologiyası olmadığından, referiyə edilən şikayətlər nəticəsiz qalır. Beləcə “Qarabağ”ın haqqı növbəti dəfə yeyilir.


Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən “Qarabağ”a qarşı avrokuboklarda başqa haqsızlıqlar da edilib. Yuxarıda xatırlatdıqlarımız ən qlobal olanlar idi. Yaşıl meydanlarda bu cür ədalətsizliklərlə üzləşmiş bir məşqçinin heyfini çıxması üçün dünən “Marsel”lə oyunda əlinə gözəl imkan düşmüşdü. Fransada yaxşı təsir bağışlayan, ancaq uduzan (1:3) “Qarabağ”a cavab matçında qollar lazım idi. Qarşılaşmanın 34-cü dəqiqəsində “Qarabağ” rəqib torunu silkələyə bildi, lakin İbrahim Vadji həmin epizodda Maradonasayağı davranaraq, topa başla yox, əllə toxundu. Qonaqların sərt narazılığına rəğmən, videotəkrarsız qalan hakim qolu qeydə aldı. Hər kəs “Marsel”in oyuna mərkəz xəttindən başlayacağını gözlədiyi halda isə səhnədə Qurban Qurbanov VAR oldu…


“Hoca” Vadjini yanına çağıraraq ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşdu. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf etdi. Qurban Qurbanov ona yaraşan tərzdə davranaraq, futbolçudan bunu görüşün baş hakiminə bildirməsini istədi. İstədiyi kimi də oldu və polşalı referi Bartoş Frankovski qolu ləğv etdi. Qurban Qurbanov avrokuboklarda üzləşdiyi hakim səhvlərinin əvəzini çıxmadı, haqsızlıqlara cavabını ədalətin tərəfində olaraq verdi və böyüklüyünü göstərdi – özü də ermənilərin kompakt yaşadığı Marsel təmsilçisi ilə oyunda.


Bir andaca dünyanın məşhur nəşrləri “Qarabağ”ın baş məşqçisinin ləyaqətli davranışını manşetə çevirdilər. “The Sun”, “Marca” və “RMC Sport” kimi mətbu orqanlar Qurban Qurbanovun feyr-pley jestindən yazdılar:


“The Sun” – “Heyrətamiz an: “Qarabağ”ın hücumçusu Vadjinin əl ilə vurduğu qol baş məşqçinin etirafından sonra ləğv olundu”


“Marca” – “Turnirdə VAR olmasa da, Qurbanovun müdaxiləsindən sonra qolun qaydalar çərçivəsində vurulmamağının qarşısı alındı”


“RMC Sport” – “Təmiz oyun anı: Azərbaycan klubunun qolu öz tələbi ilə ləğv edildi”.


Oyundan sonra “Marsel”in tanınmış çalışdırıcısı Xorxe Sampaoli “Qarabağ”dakı həmkarının feyr-pley nümunəsi göstərməsinə belə münasibət bildirdi: “Bunu necə şərh edəcəyimi bilmirəm. Həyatımda belə bir şey görməmişdim. Bu cür səviyyəli yarışda Qurban Qurbanov ləyaqətli hərəkət etdi. Onun yerində olmaq istərdim. Amma səmimi deyirəm ki, mənim başıma gəlsəydi, hakimin qərarını dəyişməsinə təsir etməzdim, qolun sevincini yaşayardım”.


Gördüyünüz kimi, Argentina və Çili yığmalarını çalışdırmış Sampaoli Qurbanova qibtə edir, eyni zamanda, analoji situasiyada fərqli davranacağını boynuna alır. Bu, Qurban hocanın necə şəxsiyyət olduğunu bir daha üzə çıxarır.


“Qol epizodunda hakimin bunu görəcəyini düşündük. Amma o, qolu saydı. “Qarabağ”ın oyunçuları ilə mübahisələrimiz oldu. Yaxşı ki, rəqibin baş məşqçisi bu qolun ləğv edilməsini istədi. Buna görə böyük təşəkkürümü bildirirəm. Haqq öz yerini tapdı”. Bu sözlər isə “Marsel”in futbolçusu Matteo Genduziyə məxsusdur.


“Qol”un müəllifi İbrahima Vadjini də dinləyək: “Komandamıza qələbə lazım idi. Əllə qol vursam da, öncə ümumi uğurumuz naminə referiyə bildirmədim. Qurban Qurbanov ciddi insandır, yalan danışmağı sevmir. Mənim üçün də ağır idi, çünki topa əlimlə toxunmuşdum. Baş məşqçi bildirdi ki, biz əllə qol vurmalı deyilik, məsuliyyəti öz üzərinə götürməlisən. Ona görə də hakimlə danışmağa getdim. Nəticədə referi qolu ləğv etdi”.


Təbii ki, oyundan sonra ən çox Qurban Qurbanovun nə deyəcəyi maraq doğururdu. “Hoca” adəti üzrə təvazökar davrandı: “İstəmərəm ki, mən tərəfdən bu, çox müzakirə olunsun. Azarkeşlərin məndən küsəcəyini düşünmürəm. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın? O da özü əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı hansısa çətinliyim yoxdur. Əsl azərbaycanlı kimi qərar verdim. Öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ədalətli olmağa çalışdım. Heç kimin haqqına girmək istəmirik. Nə etmək lazım idisə, o addıma da əl atdım”.


Qurbanovun davranışı kimi, danışığı da alqışalayiqdir. “Əsl azərbaycanlı kimi qərar verdim” cümləsinə isə milyonlarla əhsən düşür. Qurban hoca bu cür deməklə təkcə özünə yox, ümumilikdə azərbaycanlı obrazına verdiyi dəyəri təbliğ edir. Və bütün dünyaya başa salmaq istəyir ki, azərbaycanlılar dəfələrlə haqsızlıqlarla üzləşsələr də, əllərinə fürsət düşəndə eyni cür davranmırlar.


Əfsuslar olsun ki, Qurban Qurbanovun jestinə “publikaya işləyir” deyənlər də var. Onlara xatırlatmaq istəyirəm ki, bu, “hoca”nın ilk belə hərəkəti deyil. “Qarabağ”ın baş məşqçisi vaxtilə çempionat oyununda rəqib qapısına təyin olunan yanlış penalti zamanı da eyni cür davranıb, futbolçusundan zərbəni kənara vurmağı tələb edib. Sizcə, şəxsiyyətini QURBAN verməyən əsl azərbaycanlının publikaya işləmək niyyəti ola bilərmi? Əsla!


Rizvan Babayev


The post VAR olan Qurban  appeared first on 24 saat.


"24 saat" "VAR olan Qurban " başlıqlı yazını "Pressklub"a istinadən dərc edib



Xeberler

Ölüm anında insan beynində nə baş verir?


Alimlər ilk dəfə ölüm anında insan beyninin fəaliyyətini qeydə alıblar.


Lent.az-ın məlumatına görə, alimlər epilepsiyadan əziyyət çəkmiş 87 yaşlı kişinin beyin aktivliyini elektroensefaloqrafiya vasitəsilə müşahidə ediblər. 


Lakin pasientdə ürək tutması baş verib və sınaq zamanı həyatını itirib. Belə ki, onlar ölüm zamanı insan beyninin 15 dəqiqəlik aktivliyini müşahidə edə biliblər. Nəticədə alimlər təyin ediblər ki, ürəyin dayanmasından sonra pasientin bütün beyin aktivliyi səviyyəsi aşağı düşsə də, beyin dalğaları özlərini daha aktiv şəkildə göstərməyi bacarır.


Bundan əlavə, ölüm ayağında olan zaman 87 yaşlı pasientdə qıcolmalar və beyin hüceyrələri arasında maye yığılması müşahidə olunub.



"24 saat" "
Ölüm anında insan beynində nə baş verir?
" başlıqlı yazını "lent.az"a istinadən dərc edib



Xeberler

Ukrayna səfiri: 'Real zəmanət üçün danışıqlara hazırıq'


"Ukrayna əvvəlcə münaqişənin siyasi-diplomatik yolla həllinə tərəfdar idi. Lakin onun üçün əsas məsələ təhlükəsizliklə bağlı hansı zəmanətlərin veriləcəyidir".
Bu barədə fevralın 25-də Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ölkənin neytral statusuna dair danışıqlara hazır olması barədə Prezident Vladimir Zelenskinin bəyanatını şərh edərkən bildirib.
"Biz, Ukrayna lap əvvəldən bu mövqedən çıxış etmişik ki, istənilən münaqişəni siyasi və diplomatik yolla həll edək. İndi də siyasət belədir. Bizim üçün əsas məsələ təhlükəsizliyimizi təmin etməkdir", - o vurğulayıb.
Səfir sonra da əlavə edib: "Biz 1994-cü ili xatırlayırıq, ölkələrin zəmanətlərini xatırlayırıq, bu zəmanətlər Ukraynanın Rusiya təcavüzündən təhlükəsizliyini təmin edə bilmədi. Buna görə də real zəmanət üçün danışıqlar masası arxasında oturmağa hazırıq. Bunu bizim prezidentimiz də deyib", -Kanevski "Turan"ın sualını cavablandırarkən bildirib.
Ukrayna 1994-cü ildə Budapeştdə nüvə silahından Rusiyanın xeyrinə imtina etmişdi. Bunun qarşılığında da Rusiya Ukraynanın ərazi bütövlüyünə təminat vermişdi.
Mətbuat konfransında səfir V.Kanevski Ukrayna ilə həmrəyliyinə görə Azərbaycan xalqına təşəkkür edib: "Azərbaycan vətəndaşlarından çoxsaylı zənglər və müraciətlər daxil olur, onlar həmrəyliklərini ifadə edirlər".
Diplomat Azərbaycan hakimiyyətinin rəsmi reaksiyasını gözlədiyini deyib. Eyni zamanda qeyd edib ki, ATƏT-in iclasında ( fevralın 24-də) Azərbaycanın rəsmi şəxsləri öz mövqelərini bildiriblər. "Ukraynanın strateji tərəfdaşı kimi Azərbaycan hər zaman bizi dəstəkləyib", - səfir vurğulayıb.
Dünən, fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi.

"24 saat" "
Ukrayna səfiri: 'Real zəmanət üçün danışıqlara hazırıq'
" başlıqlı yazını "AzadliqRadiosu"na istinadən dərc edib



Xeberler

Rusiya Minskdə danışıqlara hazır olduğunu deyir


Ukrayna prezidenti çıxışında Rusiyanın təməl insan haqlarına qarşı çıxdığını  qeyd edib

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində Rusiyanın onun ölkəsinə soxulmasını “Avropaya qarşı müharibənin başlanması” adlandırıb. Zelenski videonun sonunda Rusiya Prezidenti Vladimir Putinə danışıqlara başlamağı təklif edib.
“Ukraynanın bütün ərazisində döyüşlər gedir. Gəlin, danışıqlar masasına əyləşək, insan ölümlərinə son verək”, – Zelenski deyib.
Ukrayna Prezidenti çıxışında Rusiyanın təməl insan haqlarına qarşı çıxdı.ığını da qeyd edib.
Rusiya nümayəndə heyəti göndərməyə hazırdır
Rusiya Ukrayna ilə danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır. Bunu isə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Xəbəri “RİA Novosti” yayıb.
“Ukrayna prezidenti Zelenski bu gün Ukraynanın neytral statusunun müzakirəsinə hazır olduğunu bəyan edib. Rusiya Prezidenti Vladimir Putin ilkin olaraq deyirdi ki, əməliyyatın məqsədi DXR və DXR-ə yardım, Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır. Məhz bu, neytrallıq statusunun ayrılmaz komponentidir”, – Peskov vurğulayıb.
Onun sözlərinə görə, nümayəndə heyətinə müdafiə, xarici işlər nazirliklərinin, həmçinin prezident administrasiyasının təmsilçiləri daxil olacaq.
Avropalılara çağırış
Ukrayna prezidenti Avropanı ölkəsinə daha fəal kömək göstərməyə çağırıb.
“Bizə belə ləng kömək edirsinizsə, özünüzü necə müdafiə edərsiz?” – deyən Zelenski avropalılara müraciət edib ki, Ukraynaya gələrək “bizimlə birlikdə” Avropanı müdafiə etsinlər.
Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də Ukraynanın şərqindəki “DXR” və “LXR” adlı separatçı qurumların müstəqilliyini tanıyıb. Fevralın 24-də səhər tezdən isə Ukraynaya hücuma başlayıb. Hazırda paytaxt Kiyevə bir neçə tərəfdən hücum olunduğu, raket zərbələri endirildiyi bildirilir.

"24 saat" "
Rusiya Minskdə danışıqlara hazır olduğunu deyir
" başlıqlı yazını "AzadliqRadiosu"na istinadən dərc edib



Xeberler

Məşhur Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibə elan edib

    Məşhur Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibə elan edib. Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən yaradılmış Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzi bu təhlükə səviyyəsini kritik adlandırıb. Verilmiş məlumatlara əsasən daimi olaraq Müdafiə Nazirliyinin resurslarında və Russia Today (RT) saytının bəzi rus dilli bölmələrində problemlər yaranır. Bundan əlavə olaraq Rusiyanın dövlət, Kreml və parlament saytlarında da problemlər müşahidə olunur.




    Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzi Rusiyanın informasiya resurslarına və o cümlədən kritik informasiya infrastrukturuna olan kiberhücumların intensivlikləri barəsində xəbərdarlıq edib. Qeyd etmək lazımdır ki, Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibəni öz Twitter hesabında elan edib. Bu elandan sonra Rusiyanın vacib qərəmsal resurslarına irimiqyaslı DDoS hücumların reallaşdırılmasına start verilib. Buna görə də Rusiyanın bəzi dövlət saytlarında mütəmadi problemlər müşahidə edilir. Anonymous bildirib ki, bütün bunlar Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbilə edilir və hacker qruplaşması ukraynalı vətəndaşların qorunmaları üçün belə bir addım atıb.


Kiyevə raket zərbələri endirilir



Ukrayna ordusu Rusiya qüvvələrinin şimaldan və şimal-şərqdən Kiyevə yaxınlaşdığını bildirir

Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.
Prezident Volodimir Zelenski Qərbdən kömək istəyir, açıqlanan sanksiyaların yetərli olmadığını deyir.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvada ölkəsinin, Ukrayna ordusu təslim olarsa, danışıqlara hazır olduğunu deyib. O, işğalçı qüvvələrin ölkəni “əsarət”dən xilas etmək istədiyini iddia edib.
Lavrov mətbuat konfransında deyib ki, Zelenski əlavə insan itkisini önləmək üçün Moskva ilə danışıqlara hazır olması haqda “yalan” danışır. Onun sözlərinə görə, “heç kəsin Ukraynanı işğal etmək planları yoxdur”.
Üç tərəfdən hücum
Kiyevdə hökumətin yerləşdiyi ərazi yaxınlığında atışma səsi eşidilib. Zelenski Rusiya qüvvələrinin əsgərlər və tanklarla üç tərəfdən irəlilədiyini, mülki əraziləri hədəf aldığını deyib.



Paytaxtın şimalındakı Obolon rayonunda Ukrayna və Rusiya qüvvələrinin toqquşmaları barədə xəbərlər gəlir.
Kiyev hakimiyyəti Obolon sakinlərinə “aktiv döyüşlər” səbəbindən küçəyə çıxmamaq göstərişi verib.



Ukrayna ordusu Rusiya qüvvələrinin şimaldan və şimal-şərqdən Kiyevə yaxınlaşdığını bildirir. Ordu rəsmilərinin Facebook-da yazdığına görə, rusiyalılar şimalda “dəf olunduqları” Çernigiv şəhərindən “yan keçərək” Kiyevə hücuma keçiblər.
Onlar həm də Rusiyanın nəzarətində olan Konotop şəhərindən Kiyevə doğru irəliləyirlər.
Kiyevdə silahlı mülki geyimlilər
Fevralın 25-də səhər Kiyevdə partlayış səsləri gəlib, 3 milyon əhalisi olan şəhərdə hava həyəcan siqnalı verilib. Əhalinin bir qismi metro stansiyalarına sığınıb.
AzadlıqRadiosu-nun müxbiri Kiyevin küçələrində mülki geyimli, AK-47 avtomatlı kişilər gördüyünü xəbər verir.



Ordu isə Kiyevin mərkəzindən 5 km şimalda rusiyalı casus və sabotajçı qrupunun göründüyünü bildirir.
Daha öncə Kiyevdən 60 km şimal-qərbdə yerləşən İvankovda ağır döyüşlərin getdiyi deyilirdi.
Zelenski Rusiya əsgərlərini ondan ötrü gəldiyini anladığını deyib, Kiyevdə qalacağına and içib. O, özünün bir nömrəli, ailəsinin isə 2 nömrəli hədəf olduğunu vurğulayıb.
Ukraynanı xəritədən silmək...
Rusiya qüvvələri fevralın 24-də sübh çağı işğala başlayıb. Prezident Vladimir Putin “xüsusi əməliyyat”da məqsədin Ukraynanın “de-militarizasiyası” olduğunu deyib.



Britaniyanın Müdafiə naziri Ben Vallas fevralın 25-də deyib ki, Rusiya Ukraynanı bütövlükdə zəbt etmək istəyir, amma işğalın birinci günündə Rusiya ordusu buna nail olmayıb.



Fransanın Xarici işlər naziri Jan-İv Lö Dryan isə Putini Ukraynanın dövlətçiliyini dağıtmaq cəhdində suçlayıb, Zelenskinin “təhlükəsizliyi”nə risk olduğunu deyib.
“Bu, total müharibədir. Putin… Ukraynanı ölkələr xəritəsindən silmək qərarı verib”, – Lö Dryan fevralın 25-də “France Inter” radiosuna deyib.


"24 saat" "
Kiyevə raket zərbələri endirilir
" başlıqlı yazını "AzadliqRadiosu"na istinadən dərc edib



Xeberler

İş elanı - MÜHASİB

600 - 900 AZN

Prosys MMC

Şəhər Bakı
Yaş 23 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Elanın tarixi 2022-02-24
Bitmə tarixi 2022-03-24
Əlaqədar şəxs Prosys MMC
Telefon (012) 594-12-32
E-mail hr@prosys.az
17
Elan #63223

İş barədə məlumat

- BTP proqramı, 1C 8.2 və 8. 3 proqramında sərbəst işləmək təcrübəsi (istehsal və satış və s, e-gov.az , e-taxes.gov.az və digər portallardan istifadə etmək)
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata kecirmək
- Bank və kassa əməliyyatlarının düzgün aparilmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək
- ƏDV,ÖMV ,sadələşmiş gəlir ,mənfəət , DSMF, Statistika ,məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- Məşğulluq idarəsinə hesabatların hazirlanması və təqdim edilməsi
- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
- Daxil olan pul vəsaitlərinin mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s uçotunun həyata keçirilməsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. Istirahət günləri: şənbə, bazar
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq 600-900 manat arasındadır


Namizədə tələblər

- Xanım namizəd
- Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- İş təcrübəsi: 3 il mühasibatlıq sahəsində iş təcrübəsi
- Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi , BTP proqramı üzərindən mənfəət vergisi,ƏDV, Gəlir vergisi ,ÖMV,Sadələşdirilmiş vergi ,Torpaq-əmlak vergisi və s bəyannamələrin tam şəkildə tərtib etmək
- Maliyyə uçotu standartlarına əsasən Maliyyə hesabatlarının Balans, PL (Mənfəət və Zərərin hesabatı), Cash Flow (Pul vəsaitlərinin hərəkəti hesabatı) , Kapitalın hərəkəti hesabatının tərtib etmə və analiz edə bilmə
- Mühasibat uçotu tətbiqi proqramları 1C, 8.0 , 8.3 tam şəkildə bilmək
- Kompüter bilikəri -Word , Excel -düsturlarla uçotun tətbiqi
- Dil bilikləri: Rus dili bilənlərə üstünlük verilir ingilis dili arzu olunandır
- Məsuliyyətli
- Asan ünsiyyət qura bilən

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Mühasib” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.



Vakansiya-2022/">Vakansiya
Vakansiya-2022/">is elani
Vakansiya-2022/">is yerleri
Vakansiya-2022/">iş yerləri
Vakansiya-2022/">iş elanı
Vakansiya-2022/">is elani
Vakansiya-2022/">işə qəbul
Vakansiya-2022/">ise qebul

#MÜHASİB

Rus tanklarını dayandırmaq üçün özünü körpüdə partlatdı...


Ukraynanın Xerson vilayətində Geniçesk şəhəri ərazisində avtomobil körpüsünün partladılması zamanı əlahiddə istehkamçı batalyonun mühəndisi, matros Vitali Skakun həlak olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş Qərargahı məlumat yayıb. 


Pressklub.az Ukrayna mediasına istinadən xəbər verir ki, körpü Rusiya tank kolonunun keçidini əngəlləmək üçün ukraynalı hərbçilər tərəfindən minalanıbmış. 


Həlledici anda rabitə əlaqəsinə çıxan Skakun bildirib ki, körpünü partlatmağı qərara alıb. Həmin an da partlayış səsi eşidilib. Matros Skakun düşmən texnikasının yolunu bağlamaq üçün özünün də olduğu körpünü partladıb.


Onun bu qəhrəmanlığı rus tanklarının hərəkətini əhəmiyyətli dərəcədə ləngidib. Nəticədə ukraynalı döyüşçülər mövqe tutmaq və müdafiə olunmaq üçün əlverişli yer seçə biliblər. 


Dəniz piyadalarının komandanlığı Vitali Vladimiroviç Skakunun dövlət təltifinə layiq görülməsi üçün vəsatət qaldırıb. 


Qeyd edək ki, bənzər hadisə Qara dənizdəki Zmeinıy (İlanlı – red.) adasında qeydə alınmışdı. Rusiya hərbi gəmisinin təslim olmaq barədə xəbərdarlığına boyun əyməyən Ukrayna hərbçiləri gəmidən açılan atəş nəticəsində həlak olublar…


24 saat



"24 saat" "Rus tanklarını dayandırmaq üçün özünü körpüdə partlatdı..." başlıqlı yazını "Pressklub"a istinadən dərc edib



Xeberler

Moldova fövqəladə vəziyyət elan edir


Baş nazir Nataliya Qavrilita Rusiyanın hücumundan sonra Ukraynadan 4200-dən çox qaçqının ölkəyə girdiyini bildirib



Moldova parlamenti Rusiyanın qonşu Ukraynaya hücumuyla əlaqədar 60 günlük fövqəladə vəziyyəti təsdiqləyib.


Fevralın 24-də təcili toplantıda təsdiqlənmiş fövqəladə vəziyyət çərçivəsində kütləvi nümayişlər qadağan olunur, “arzuolunmaz şəxslər”i ölkədən çıxarmağa hökumətə icazə verilir.


Baş nazir Nataliya Qavrilita Rusiyanın hücumundan sonra Ukraynadan 4200-dən çox qaçqının ölkəyə girdiyini bildirib.


Çoxları Avropa İttifaqına getmək istəyirlər, azı 100 nəfər Moldovada sığınacaq üçün müraciət edib.


Sərhəddə yardım mərkəzləri


AzadAvropa/AzadlıqRadiosu-nun müxbirləri Ukrayna ilə iki sərhəd keçidində yardım mərkəzləri yaratdığını xəbər verirlər. Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, müəyyən sayda qaçqının mərkəzlərdə 72 saat müddətinə yerləşdirilməsi mümkün olacaq.



Moldovanın media vebsaytları Ukrayna ilə sərhədə onlarla avtomobilin növbəyə düzüldüyünü xəbər verir. Moldovanın Ukrayna ilə 1222 km-lik sərhədi var.


Aİ üzvü, Ukrayna ilə 650 km-lik sərhədi olan Rumıniyaya Ukraynadan gedənlərin sayı artıb. Ancaq yerli rəsmilər Rumıniyaya keçən Ukrayna vətəndaşlarının Polşa və Çex Respublikasına getmək istədiklərini bildirir.


"24 saat" "
Moldova fövqəladə vəziyyət elan edir
" başlıqlı yazını "AzadliqRadiosu"na istinadən dərc edib



Xeberler

Gürcüstan Rusiyaya sanksiyalara qoşulmayacaq


Həmrəylik əlaməti olaraq Kiyevə səfər edib-etməyəcəyi haqda suala cavabında Qaribaşvili Ukraynanın hava məkanının hazırda bağlı olduğunu deyib

Gürcüstan ölkənin və xalqın maraqlarını nəzərə alaraq Qərbin Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyalarına qoşulmağı planlaşdırmır. Bu haqda ölkənin Baş naziri İrakli Qaribaşvili deyib.
“Bu (sanksiyalar) ölkəmizə və xalqımıza daha böyük ziyan vuracaq”, – Qaribaşvili bildirib.
Hökumət başçısı Milli Təhlükəsizlik Şurasının, yaxud parlamentin xüsusi iclasının keçirilməsinə gərək duymadığını qeyd edib.
Həmrəylik əlaməti olaraq Kiyevə səfər edib-etməyəcəyi haqda suala cavabında Qaribaşvili Ukraynanın hava məkanının hazırda bağlı olduğunu deyib.
ABŞ Prezidenti Co Bayden aktivləri bir trilyon dollardan az olmayan Rusiya banklarına qarşı yeni sanksiyaları açıqlayıb. Onların sırasında VTB bank da var.
Bundan başqa, Birləşmiş Ştatlar Rusiyanın dollar, avro, funt-sterlinq və yenlə biznes aparmaq imkanlarını məhdudlaşdıracaq, ölkəyə yüksək texnologiya məhsullarının idxalını yarıbayarı azaldacaq.
Məhdudiyyətlər Rusiya sənayesinə və kosmik sahəyə də aiddir. Ayrı-ayrı məmurlara, böyük biznesmenlər və onların ailələrinə də sanksiyalar tətbiq edilir.

"24 saat" "
Gürcüstan Rusiyaya sanksiyalara qoşulmayacaq
" başlıqlı yazını "AzadliqRadiosu"na istinadən dərc edib



Xeberler