Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibənin ilk günündə çox faciəli qəhrəmanlıq salnaməsi yazılıb.
Dünən xəbərlərdə bir neçə dəfə Qara dənizdə yerləşən kiçik Zmeinıy adasının adı çəkilib. Səhər tezdən adanın Rusiya qoşunları tərəfindən ələ keçirildiyi açıqlandı. Üstündən bir neçə saat keçəndən sonra Ukrayna tərəfi Zmeinıy adasının geri alındığını bildirdi. Axşama tərəf isə rəsmi Kiyev adanın yenidən işğal olunduğunu bəyan etdi.
İlk baxışdan adi müharibə məlumatı kimi səslənən bu xəbərin təfərrüatı isə gecə saatlarında üzə çıxdı. Öncə Ukrayna Prezidenti Volodimir Zelenski gecə yarısı çıxışında Zmeinıy adasının itirildiyini və adanı mühafizə edən 13 hərbçinin hamısının həlak olduğunu açıqladı. O, bütün hərbçilərin ölümündən sonra Ukrayna Qəhrəmanı adına layiq görüldüyünü bəyan etdi.
Üstündən bir neçə saat keçəndən sonra Zmeinıy adasının mühafizəsinin işğalçı rus ordusu ilə danışığı ortaya çıxdı. Audioyazıda eşidilir ki, adaya yaxınlaşan Rusiya hərbi gəmisi ratsiya ilə bir neçə dəfə ukraynalı hərbçilərə təslim olmağı təklif edir. Amma ukraynalı hərbçilər təslim olmayaraq, Vətəni və şərəfli ölümü seçirlər!
Qeyri etik ifadələr olduğundan, audioyazını ixtisarla təqdim edirik.
Rusiya gəmisi: “Mən Rusiya hərbi gəmisiyəm. Qan tökülməsinin qarşısını almaq üçün sizə silahı yerə qoyaraq təslim olmağı təklif edirəm. Təkrar edirəm, mən Rusiya hərbi gəmisiyəm. Əks halda sizə zərbə endiriləcək. Məni necə başa düşdünüz?”
Bundan dərhal sonra ukraynalı əsgərlər tərəddüd etmədən qərar qəbul edirlər. Onlar təslim olmaqdansa, ölümü seçirlər!
“Rədd elə. Özü də söyüşlə”.
Ratsiyada ukraynalı qəhrəmanların cavabı eşidilir:
“Rusiya hərbçiləri, gedin… (söyüş)!”
Və onlar Ukraynanın yaşaması üçün əbədiyyətə qovuşdular…
P.S. Audiyazıya t.me/pressklubaz teleqram kanalında qulaq asa bilərsiniz.
"24 saat" "Zmeinıy adasının əfsanəsi – Təslim olmayaraq ölümü seçdilər" başlıqlı yazını "Pressklub"a istinadən dərc edib
Xeberler
Hiç yorum yok:
Yorum Gönder