Bakı/24.02.22 Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 755 yeni yoluxma faktı qeydə alınıb, 4 517 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir.
İndiyədək ölkədə ümumilikdə 781 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 754 041 nəfər müalicə olunaraq sağalıb, 9 330 nəfər vəfat edib. 18 167 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 291 test icra olunub. -05D-
"24 saat" "1755 nəfər koronavirusa yoluxub, 23 nəfər ölüb" başlıqlı yazını "Turan"a istinadən dərc edib
Xeberler
Hiç yorum yok:
Yorum Gönder