Rusiya prezidenti 24 fevral səhərə yaxın gözlənilmədən müraciətlə çıxış edib və Donbasda xüsusi hərbi əməliyyata başlamaq haqqında qərarını elan edib.
“Onun çıxışını təbliğatçı telekompaniyalar nümayiş etdirib, – deyə Ukraynanın Obozrevatel nəşri şərh verir. – Təcavüzkar ölkənin lideri həmçinin bildirib ki, bütün lazımi qərarlar qəbul olunub. “Ümid edirəm ki, məni eşidəcəklər”, o əlavə edib”.
Putin Ukraya Silahlı Qüvvələrinin döyüşçülərinə də müraciət ünvanlayıb və onlardan “silahları yerə qoymağı” tələb edib.. Eyni zamanda o, “xarici qüvvələri” hədələyib, bildirib ki, “ruslar üçün təhlükə yaratmağa cəhd göstərən hər kəsə yubanmadan cavab veriləcək”.
“Cavab ildırım sürətli olacaq və heç vaxt qarşılaşmadığınız nəticələrlə sonuclanacaq”.
Rusiya prezidenti onu da deyib ki, Ukraynanın işğalı “Rusiyanın planlarına daxil deyil”.
“Rusiya dünyanın ən güclü fövqəldövlətlərindən biridir. Bizim ölkəmizə hücum istənilən təcavüzkara məğlubiyyət gətirəcək. NATOnun şərqə genişlənməsi sürətlənir, Rusiya daha bunu sakit izləyə bilməz! Ukraynanın hərbi cəhətdən mənimsənilməsi bizim üçün məqbul deyil, burada antirusiya yaradılır”, deyə o çıxışında söyləyib.
Xatırladırıq ki, fevralın 21-də Rusiyada “LNR”-“DNR”-in tanınması və silahlı qüvvələrin xaricdə istifadə olunmasına icazə verilməsi haqqında qərar qəbul edilmişdi.
Putinin müraciəti bitən kimi, Ukraynanın şəhərlərində partlayışlar başlayıb.
"24 saat" "Putin Donbasda xüsusi hərbi əməliyyata başlayıb " başlıqlı yazını "Pressklub"a istinadən dərc edib
Xeberler
Hiç yorum yok:
Yorum Gönder