21 Şubat 2022 Pazartesi

Qana tələbat artıb-Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib


Qana tələbat artıb-Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib


Mərkəzi Qan bankı vətəndaşla müraciət edib.


e-tibb.az xəbər verir ki, müraciətə görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatını artırıb: “Bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir”.


 


Qeyd olunub ki, qan bankları 24 saat açıqdır. Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb:


“Sərtəşdirilimiş karantin günlərində vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq bildirmək istəyirik ki, qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar, tərəfimizdən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq. Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et!”


 






"24 saat" "Qana tələbat artıb-Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib" başlıqlı yazını "e-tibb"az saytına istinadən dərc edib



Sağlam Həyat

Hiç yorum yok:

Yorum Gönder