23 Şubat 2022 Çarşamba

Yenə 100 dollardan baha - Press Klub


Energetika Nazirliyinin 23 fevral məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 100,68 dollara satılır.


2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20 dollarla başlayıb.


Yanvarın xam neft hasilatı 2,9 milyon ton, gündəlik hasilatı 580,9 min barrel göstərilib. İlk ayda ölkədən 2 milyard 31,4 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunduğu açıqlanıb.


Novator.az bildirir ki, beynəlxalq razılaşmaya əsasən, fevralda Azərbaycanın gündəlik xam neft hasilatı 668 min barreldir. Mart üçün 675 min barrel kvota nəzərdə tutulur.


Son illərin hasilat göstəriciləri belədir: 2008-ci il – 44,5 milyon ton, 2009-cu il – 50,4 milyon ton, 2010-cu il – 50,8 milyon ton, 2011-ci il – 45,6 milyon ton, 2012-ci il – 43,4 milyon ton, 2013-cü il – 43,5 milyon ton, 2014-cü il – 42 milyon ton, 2015-ci il – 41,6 milyon ton, 2016-cı il – 41 milyon ton, 2017-ci il – 38,7 milyon ton, 2018-ci il – 38,8 milyon ton, 2019-cu il – 37,4 milyon ton, 2020-ci il – 34,5 milyon ton, 2021-ci il – 34,6 milyon ton.



"24 saat" "Yenə 100 dollardan baha - 24 saat" başlıqlı yazını "Pressklub"a istinadən dərc edib



Xeberler

Hiç yorum yok:

Yorum Gönder