22 Şubat 2022 Salı
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və əməkdar jurnalist Tofiq Abbasov efirdə əlbəyaxa dava ediblər.
“24 saat” xəbər verir ki, hadisə “Yeni Müsavat”ın efirində baş verib.
Tofiq Abbasov verilişdə olan digər qonaq deputat Səməd Seyidovun adını çəkərkən, “Səməd bəy” deyəndən sonra “Səməd müəllim” deyərək düzəliş etməsinə Pənah Hüseyn replika ilə cavab verib.
“Nə olar bəy olanda, həm də Səməd bəydir də, niyə ehtiyyat edirsən bəy sözündən” – deyən P.Hüseynə T.Abbasovun cavabı belə olub: “Bəy sənsən də, mən sənə bəy deyirəm”.
Bundan sonra ikili arasında mübahisə əlbəyaxa davaya çevirilib.
Həmin görüntüləri təqdim edirik:
https://bit.ly/3sZA7Uv
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder