22 Şubat 2022 Salı

 Fransa prezidenti Francois Hollande-in Bakıya rəsmi səfərini işıqlandıran iki jurnalist - Laurent Richard və Emmanuel Bach Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanıblar.Rəsmi nümayəndə heyətinə daxil olan bu jurnalistlər prezidentin səfəri başa çatandan sonra daha iki gün qalıb ölkəni tərk edərkən 15 nəfər tərəfindən saxlanıb. Bu məlumatı AzadlıqRadiosuna «France-2» ictimai kanalının «Premier Lignes» araşdırma proqramının baş redaktoru Benoit Bringer telefonla bildirib. Saxlanan jurnalistlərin çəkiliş avadanlığı və materialları, yaddaş kartları əllərindən alınıb. Baş redaktorun sözlərinə görə, materiallar alınandan sonra onları məcburən təyyarəyə mindiriblər:

«Onlar materiallarsız geri dönmək istəmirdilər. Amma zorla təyyarəyə mindirib Fransaya yola salıblar».

Benoit Bringer materialların götürülmə səbəbini anlamadığını söyləyib:

«Bir səbəb o ola bilər ki, bu çəkiliş və müsahibələri insanların görməsini istəmirlər. Beləcə, bunun da qarşısını aldılar».

Baş redaktor jurnalistlərin prezidentin rəsmi səfərini işıqlandırdığını deyərək, material hazırlayarkən, onların Azərbaycanda insan haqları və demokratiyanın durumundan, iki ölkə arasındakı iqtisadi əlaqələrdən də bəhs edəcəyini bildirib:

«Çox qəribədir ki, olay Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyə başladığı gün baş verdi. Belə davranmaqla ölkədə olub-bitənlərin ictimaiyyətə çatdırılmasına əngəl olurlarsa, demək, həm də ölkədə insan haqları, o sıradan mətbuat azadlığının vəziyyətindən xəbər verir. Bu, bir ölkənin imici üçün çox pisdir».

Benoit Bringer məsələ ilə bağlı bütün rəsmilərə – Fransa Xarici İşlər Nazirliyinə, Fransanın Azərbaycandakı səfirliyinə və digər gərəkli qurumlara, o cümlədən, «Sərhədsiz Reportyorlar Təşkilatı»na hadisəni çatdırdıqlarını deyir. O, sadalanan qurumlardan reaksiya gözlədiklərini də bildirdi.

Fransa prezidenti Francois Hollande mayın 12-də Bakıya səfərə gəlmişdi.

İlqar Atayev
24saat.org
https://bit.ly/3sIGprB

Hiç yorum yok:

Yorum Gönder