15 Kasım 2021 Pazartesi

1072 gündəlik yoluxma aşkarlanıb, 26 ölüm qeydə alınıb




Noyabrın 15-də verilən məlumata görə, habelə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib



Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1072 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan 1229 nəfərin sağaldığı bildirilir.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan noyabrın 15-də verilən məlumata görə, habelə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.


Qərargahdan açıqlamaya görə, Azərbaycanda indiyədək ümumilikdə 561 min 925 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 523 min 660-ı sağalıb, 7471-i vəfat edib, aktiv xəstə sayı 30794-ə düşüb.


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.


2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.


Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder