Bakı/27.11.21 Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 617 yeni yoluxma faktı qeydə alınıb, 1 979 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 584 121 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 549 333 nəfər müalicə olunaraq sağalıb, 7 789 nəfər vəfat edib. 26 999 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 982, bu günə qədər isə ümumilikdə 5 509 701 test icra olunub.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günədək vurulan vaksinlərin ümumi sayı 10 460 120, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 071 264, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 555 457 nəfər təşkil edir.
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder