Bakı/26.11.21 Noyabrın 26-da Azərbaycan iki şəxsi Ermənistan tərəfə təhvil verib. Onlardan biri noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində döyüş zamanı yaralanmış 1993-cü il təvəllüdlü Aramyan Arindir. O, əməliyyat olunub və ona zəruri tibbi yardım göstərilib.
Azad edilmiş ikinci şəxs 2000-ci il təvəllüdlü Musayelyan Miqran Ağdam rayonunda Azərbaycan hərbiçilərinin nəzarəti altında olan əraziyə keçərkən saxlanılıb. Yoxlamalar zamanı Musayelyanın mülki şəxs olduğu və təsadüfən Azərbaycan hərbiçilərinin nəzarəti altında olan tərəfə keçdiyi müəyyən edilib. Bu barədə Hərbi Əsirlərin və Girovların işləri üzrə Azərbaycan Dövlət Komissiyasının məlumatında deyilir.
Ermənilərin harada təhvil verildiyi açıqlanmır. -02D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder