26 Kasım 2021 Cuma

Moskva "3+3" formatını işə salmağa ümid edir

Bakı/26.11.21/Òuran: Rusiya Zaqafqaziya ilə bağlı "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) formatında görüş keçirilməsinin "yaxın gələcəyin" məsələsi olduğuna ümid edir. Bu barədə TASS-a cümə günü RF XİN başçısının müavini Andrey Rudenko bildirib.

"Hələlik bu məsələlər üzərində iş gedir, bütün iştirakçıların razılığı alınmalıdır. Razılıq əldə edildikdə görüşün harada keçiriləcəyini elan edəcəyik. Ümid edirik ki, bu, yaxın gələcəyin məsələsidir", deyə o, müvafiq suala cavabında bildirib.

Tbilisi üç Zaqafqaziya respublikasının və Rusiya, İran və Türkiyənin iştirakı ilə "3+3" formatında müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirənə qədər bu formatda Gürcüstanın yeri qalacaq, deyə Rudenko qeyd edib. "Biz gürcülərin bu prosesdə iştirakı üçün tamamilə açığıq. Buna görə, belə bir görüş keçirilsə, görüşü bu altı dövlətdən birinin paytaxtında keçirmək planı var", deyə o bildirib.

"Əlbəttə, son hadisələr regiondakı mənzərəni dəyişdirib və biz nə cürsə yeni reallığa uyğunlaşmalıyıq. Bu, obyektiv reallıqdır, onu olduğu kimi qəbul etmək lazımdır", deyə Rudenko qeyd edib. Moskva bu təşəbbüsü dəstəkləyib, belə ki, region ölkələri regional problemləri özləri həll etməlidirlər, deyə diplomat bildirib.

Bundan əvvəl Azərbaycan lideri də Qarabağ üzrə əməkdaşlığın altıtərəfli formatı təşəbbüsü ilə çıxış etmişdi. İran bu ideyanı alqışlayıb, Ermənistan baş naziri Nikol Paşinyan format ATƏT-in Minsk Qrupunu əvəz etmirsə, onun Yerevan üçün maraqlı olduğunu bildirib.

Rəsmi Tbilisi dəfələrlə "3+3" formatında iştirak etməyəcəyini bəyan edib, belə ki, Rusiya Gürcüstanın ərazisini işğal edib. -02D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder