Bakı/28.11.21 Noyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Sammitində iştirak edib.
İ.Əliyev çıxışında ölkənin son 18 ildə əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb: investisiyaların həcmi 280 milyard dollar təşkil edib (bunun yarısı xaricidir), strateji valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur.
Xarici borc ÜDM-in 17,3%-ni təşkil edir, işsizlik səviyyəsi isə 6%-ə düşüb.
Sonra o, İkinci Qarabağ müharibəsinin nəticələri və Ermənistanın təslim olması barədə danışıb. Təkcə bu il dağıdılmış şəhərlərin və işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası tədbirlərinə 1,3 milyard dollar ayrılıb və 2022-ci ildə bu qədər vəsait ayrılacaq.
Mühüm məqam Zəngəzur dəhlizinin yaradılmasıdır. “Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv dövlətlər bu dəhlizdən istifadə edəcəklər”, - İlham Əliyev yekunda bildirib. -02D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder