Bakı/27.11.21 Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi bəyanatında Bakının mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.
“Biz 26 noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistan respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndiririk”, - məlumatda deyilir.
Görüşün yekun bəyanatında "Azərbaycanın mövqeyini ifadə edən bəndlər tam əks olunub". “Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır. Münaqişə sonrası mərhələdə Azərbaycan üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi bundan sonra da 26 noyabr bəyanatında da əks olunmuş uyğun məqamların icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək”, - Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.06D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder