Abşeron Rayon Telekommunikasiya Qovşağından şikayətlər var.
Şikayətçilər "Abşerontelekom”a rəisi Mikayıl Babayevin fəaliyyətindən narazıdırlar.
Mehdiabad qəsəbəsinin bir qrup sakini "demokrat.az"a bildirib ki, Mikayıl Babayevin tabeliyində olan işçilər optik intenet xəttinin çəkilməsi müqabilində qanunsuz olaraq onlardan 250 manat vəsait tələb edir.
Onlar deyirlər ki, dəfələrlə bu barədə müraciət etsələr də, heç bir şikayətə baxılmayıb.
Mikayıl Babayev "demokrat.az"a bildirib ki, Mehdiabbadda tək dövlət deyil, həm də özəl şirkətlər xidmət göstərir: "Mehdiabadda bir sıra telefon və internet xətləri var. Bunların bəzilərinin səliqəsiz olmasının bizə aiddiyyatı yoxdur. Çünki tək biz orada xidmət göstərmirik, orada özəl şirkətlər də var”.
M.Babayev optik intenet xəttinin çəkilməsiylə bağlı yaranmış narazılığa da aydınlıq gətirib: "İndi optik intenet xəttinin çəkilməsi ilə bağlı xüsusi kampaniyalar var. Hətta, qeyd edim ki, pulsuz da çəkilənlər var. Dəqiq qiymətlər barədə məlumat verə bilmərəm, çünki qiymətlər fərqlidir. Sakinlər yaxşı olardı ki, bu barədə abunə şöbəsiylə əlaqə saxlasınlar və onlara orada ətraflı məlumat veriləcək. Onu da qeyd edim ki, rüsumlar dəyişib, təzə qiymətlər müəyyən edilib. Əgər optik intenet xəttinin çəkilməsi müqabilində qanunsuz olaraq sakinlərdən 250 manat vəsaitin tələb edilməsiylə bağlı konkret faktlar varsa, deyilsin və biz mütləq onu araşdıraq”.
29 Kasım 2021 Pazartesi
Sakinlər: "Mehdiabadda internet çəkilişinə qanunsuz pul yığılır"
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder