Bakı/29.11.21 Noyabrın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Həsənov Gəncə şəhər polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Turan-a Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər.
Məlumatda deyilir ki, onun evində axtatış aparılıb.
Partiyanın məlumatına görə, şahmat məşqçisi olan Hacıyevə qarşı narkotik maddə ittihamı ilə cinayət işi açmaq istəyirlər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, Hacıyev siyasi fəaliyyətinə görə təqib edilir. Onun sözlərinə görə, təkcə bu il polis tərəfindən dəfələrlə saxlanılıb, 2 dəfə inzibati qaydada 30 sutka müddətinə həbs olunub: "Onun polis tərəfindən daimi təqib altında olması sosial şəbəkələrdə yazdığı sərt tənqidi qeydlərlə bağlıdır. Bu dəfə daha ciddi cəzalandırmaq istəyirlər".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətində Hacıyevin narkotik vasitələr şübhəsilə saxlanıldığını təsdiqləyiblər. "Hazırda araşdırma aparılır",- mətbuat xidmətindən bildiriblər. 06D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder