Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1662 yeni yoluxma qeydə alınıb, virusa yoluxanlardan 2 min 391 nəfəri sağalıb.
Bu barədə noyabrın 28-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qərargahın açıqlamasına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 18 nəfər ölüb.
Qurumun məlumatına görə, indiyədək ölkədə ümumilikdə 585 min 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 551 min 724-ü sağalıb, 7 min 807-si vəfat edib, aktiv xəstə sayı 26 min 252-yə düşüb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder