Bakı/25.11.21 Noyabrın 25-də iki müxalifət partiyasının liderləri Əli Kərimli və Əli İnsanovun görüşü olub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Haqq Ədalət Partiyasının rəhbərləri ölkədə və regiondakı ictimai-siyasi vəziyyəti müzakirə ediblər. Bu barədə Əli İnsanovun mətbuat xidməti məlumat verib.
"Əksər məsələlərdə hər iki tərəfin mövqeyi üst-üstə düşür. Tərəflər belə görüşlərin əhəmiyyətini xüsusi vurğulayıblar və onların davam etdirilməsinin vacibliyini qeyd ediblər", - Haqq Ədalət Partiyasının məlumatında deyilir.
Qeyd edək ki, son aylar Haqq Ədalət Partiyası Müsavat, Vətəndaş və İnkişaf, Demokratiya və Rifah, Liberal partiyalarının liderləri ilə görüşlər keçirib. -03B
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder