Bakı/26.11.21 ABŞ-ın Azərbaycandakı səfirliyi Diplomatik Xidmətin Xarici İşçilərinin Təqdir Edilməsi Günü çərçivəsində azərbaycanlı işçilərin şərəfinə layihə elan etməkdən məmnundur. Səfirliyin amerikalı əməkdaşları 335 nəfərdən çox yerli işçinin əməyini təqdir etmək üçün hər bir yerli işçinin şərəfinə bir ağac ianə etdi.
2021-ci il xüsusilə çətin il oldu, lakin biz bir komanda kimi birləşdik və bir-birimizi ruhlandırdıq. Səfir Litzenberqer dedi: “Səfirlik bu ianə ilə bütün yerli işçilərimizin nümunəvi xidmətini qiymətləndirir, fədakarlıqlarına və gərgin əməklərinə görə onlara təşəkkür edir”.
Səfirlik ağacların əkilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyəti ilə tərəfdaşlıq edib. Ağaclar Bakı Şəhəri Pirallahı rayonunda əkilib. 26 noyabr 2021-ci ildə səfir Litzenberqer ağac əkilməsi tədbirini qeyd etmək üçün bir neçə yerli işçi, o cümlədən, Səfirliyin Yerli İşçilərin Assosiasiyasının nümayəndələri ilə birlikdə tədbirdə iştirak etdi. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayəndələri də iştirak ediblər.
Dövlət Departamenti yerli işçilərimizə sadiqdir. Xalqımıza və missiyamıza göstərdikləri xidmət və fədakarlığa görə onların hər birinə təşəkkür edirik.
Diplomatik Xidmətin Xarici İşçilərinin Təqdir Edilməsi Günü 17 noyabrda qeyd olunur. Həmin gün ABŞ-ın bütün dünyada və Azərbaycanda xarici siyasət prioritetlərinə səmərəli nail olma qabiliyyəti üçün dəyərli olan yerli işçilərimizin töhfələrini qeyd edirik. Yerli işçilərimiz Səfirliyin fəaliyyəti üçün əhəmiyyətlidir.
Ağacların alınması üçün vəsait səfirliyin amerikalı əməkdaşları tərəfindən bağışlanıb. Hədiyyə edilən və əkilən ağaclar, vətəni Azərbaycan olan zeytun ağaclarıdır. Zeytun ağacı xüsusidir. Quran zeytunu qiymətli meyvə kimi təqdim edir. Zeytun budağından çox zaman sülhü təsvir etmək üçün istifadə olunur. Məsələn, ABŞ-ın gerbində sülhün gücünü simvolizə edən zeytun budağını tutmuş bir qartal var.-0-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder