25 Kasım 2021 Perşembe

Polis 31 kiloqram narkotik maddə götürüb

Bakı/25.11.21 Noyabrın 25-də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotik maddə alverçilərinə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan-a verilən məlumata görə, reyd zamanı Masallı sakini Fərhad Nuroğlu və Bakı sakini Ramin Qurbanov saxlanılıblar.

Ramin Qurbanovun mənzilində axtarış zamanı 31 kiloqram müxtəlif növ narkotik vasitə: 22 kiloqram heroin, 7 kiloqram metamfetamin, 2 kiloqramq tiryək aşkar edilib.

Müəyyən edilib ki, narkotik maddələr xaricdən gətirilib. Narkotik maddə alverçiləri onlarla əlaqəni sosial şəbəkələrdə yaradıblar. Bundan sonra Fərhad Nuroğlu İranla sərhəd Yardımlı rayonunda narkotik maddə partiyasını onlardan alıb və Bakının Qaradağ rayonunda Ramin Qurbanova təhvil verib. Narkotik maddə alverçiləri bu böyük narkotik maddə partiyasını paytaxtda satmağı planlaşdırıblar.

Faktla bağlı cinayət işi açılıb, hər iki saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs edilib, həmin mənbə bildirib. -0-

 

[embed]https://www.youtube.com/watch?v=HM2SXBNz0Fk[/embed]


Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder