27 Kasım 2021 Cumartesi

Həsənov və Vanyan sülhü azərbaycanlılarla ermənilərə həvalə edərək getdilər

Dünən gün mənim üçün önəmli olan iki hadisə ilə başa çatdı. Azərbaycanda və xaricdə tanınmış sülhpərəst, xalqlar arasında mehriban münasibətlərin qurulması üçün şəxsən, təkbaşına çox işlər görən Əvəz Həsənov qəflətən 50 yaşında dünyasını dəyişdi. Onun azərbaycanlıların və ermənilərin normal insani münasibətlərə qayıtmasına verdiyi töhfəni diqqətə almamaq mümkün deyil, bu töhfəni bir neçə dövlət nazirliyinin birgə fəaliyyətilə müqayisə etmək olar.

Azərbaycan dövləti Əvəz Həsənov şəxsiyyətinin əhəmiyyətini qiymətləndirməyib. Əminəm ki, tezliklə olmasa da, bu, olacaq. Əvəzin ölümü və onun həmkarı, eyni çəkidəki sülhpərəst Georgi Vanyanın bu il həyatdan getməsi oxşar hadisə kimi qəbul edilir. Sanki onlar öz işlərini gördülər, sülh gəldi, ermənilər və azərbaycanlılar sülhə doğru gedirlər.

Dünən Putin, Əliyev və Paşinyanın görüşü mümkün olduğu qədər uğurla başa çatıb.

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder