Həkimlər beş nəfərin vəziyyətinin ağır olduğunu, onlardan ikisinin tüstüdən zəhərləndiyini deyib
Sibirin Kemerovo regionunda kömür mədənində yanğın partlayışa səbəb olub, bir nəfər həlak olub, 43 nəfər xəsarət alıb. Rəsmi orqanlar xəbəri noyabrın 25-də açıqlayıb.
49 şaxtaçının taleyi isə bəlli deyil. Kuzbasdakı Listvyajnaya mədənindən yüzlərlə insan təxliyə olunub.
Həkimlər beş nəfərin vəziyyətinin ağır olduğunu, onlardan ikisinin tüstüdən zəhərləndiyini deyib.
Region qubernatoru Sergey Tsivilev ölüm və xəsarətlərə partlayışın səbəb olduğunu deyib.
Yanğın səhər tezdən başlayıb. Rusiyanın ən böyük kömür şirkətlərindən olan SDS-Ugol həmin vaxt mədəndə azı 287 nəfərin olduğunu bildirir.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi indiyədək 236 nəfərin çıxarıldığını açıqlayıb. Hadisə yerində xilasetmə işi davam edir.
Listvyajnaya mədəni 2003-cü ildə açılıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder