Vətəndaş Həmrəyliyi Partiyası (VHP) həbsdə olan Saleh Rüstəmli ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Qarabağ qazisi, Gədəbəy rayonunun sabiq icra başşısı Saleh Rüstəmli 7 il həbsə məhkum edilib: "20 gündən artıqdır ki, qanunsuz həbs olunmasına etiraz edərək aclıq aksiyası keçirir. Onu hər an itirə bilərik. Bu, şəhidlərimizin ruhuna, qazilərimizə qarşı hörmətsizlik və hamımız üçün, utanc yeri olar".
"Saleh Rüstəmli barədə çıxarılan hökm Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam ilə, bəyan etdiyi yeni hüquq islahatları siyasətinə uyğun olaraq yüngülləşdirilə və azadlığa buraxıla bilər. Biz inanırıq ki, hakimiyyət həyatı təhlükədə olan tanınmış Qarabağ qazisinin taleyinə biganə qalmayacaq, onun aclıq aksiyasını dayandırması və həbsdən azad edilməsi üçun təxirə salınmaz tədbirlər görəcək”, - deyə təşkilat bildirib.
29 Kasım 2021 Pazartesi
VHP Saleh Rüstəmli ilə bağlı bəyanat yayıb
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder