14 Kasım 2021 Pazar

2334 gündəlik yoluxma, 25 ölüm




Noyabrın 12-də verilən məlumata görə, habelə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib



Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2334 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan 2092 nəfərin sağaldığı bildirilir.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan noyabrın 12-də verilən məlumata görə, habelə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.


Qurumdan açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 556 min 430 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 518 min 105-i sağalıb, 7397-i vəfat edib, aktiv xəstə sayı 30 min 928-ə yüksəlib.


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.


2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.


Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder