17 Kasım 2021 Çarşamba

Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Ermənistan-Azərbaycan sərhədində döyüşlər barədə

Bakı/17.11.21 Azərbaycanın ərazi bütövlüyünə qarşı istənilən hərbi təxribatlara bundan sonra da adekvat cavab veriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində döyüşlərlə bağlı bildirib.

"Regionda vəziyyətin gərginləşməsinə və üçtərəfli bəyanatın yerinə yetirilməsinə maneələrin yaradılmasına görə məsuliyyət bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - sənəddə qeyd edilir.

Öz növbəsində Azərbaycan Baş Prokurorluğu Laçın və Kəlbəcərdə Azərbaycanın mövqelərinin atəşə tutulması ilə əlaqədar cinayət işi qaldırıb.

Təxribat nəticəsində 7 azərbaycanlı hərbi qulluqçu həlak olub və 10 hərbçi yaralanıb. Göstərilən faktlarla əlaqədar Hərbi Prokurorluqda Azərbaycan Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini nifrət və ya ədavət zəminində qətl) və 29, 120.2.12-ci (milli, irqi, dini nifrət və ya düşmənçilik motivləri əsasında qətlin törədilməsinə cəhd) maddələri ilə cinayət işi başlanıb, məlumatda bildirilir.-02D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder