
1995-ci il noyabrın 12-də Azərbaycanın mövcud Konstitusiyası qəbul olunub.
Müstəqil Azərbaycanın bu ilk Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub.
Amma 26 il ərzində Konstitusiyaya üç dəfə- 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, habelə 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
2002-ci il...
2002-ci il dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi ləğv edildi və baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu aldı... (Proporsional seçki sistemi - səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi. 2002-ci ilə qədər Azərbaycan parlamentində yerlərin beşdə biri, 25 deputat bu sistemlə seçilirdi)
2009-cu il...
2009-cu ildə də bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırıldı. Bundan sonra prezident İlham Əliyev üçüncü və dördüncü dəfə bu vəzifəyə seçildi...
2016-cı il...
Nəhayət, 2016-cı il referendumunda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırıldı. Ölkədə vitse-prezidentlik statusu təsis edildi. Bundan bir il sonra - 2017-ci ildə ölkəyə 2003-cü ildən rəhbərlik edən İ.Əliyev öz xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin etdi...
Ümumilikdə hər üç referendumda ölkənin Əsas qanununa çoxsaylı dəyişiklik və əlavələr edilib.
2009-cu ilə kimi Konstitusiya Günü qeyri-iş günü olsa da, həmin vaxtdan artıq iş günüdür.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder