4 Kasım 2021 Perşembe

COVİD-19-a yoluxma sayında kəskin artımCəmiyyət 

Bakı/04.11.21 Azərbaycanda koronavirus infeksiyasına 2 706 yeni yoluxma faktı qeydə alınıb, 1937 nəfər sağalıb, 29 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir.

Azərbaycanda ümumilikdə 539 710 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 501 508 nəfər müalicə olunaraq sağalıb, 7 182 nəfər vəfat edib, aktiv xəstə sayı 31 020 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 350, ötən müddət ərzində isə ümumilikdə 5 243 038 test aparılıb. -0- 

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder