4 Kasım 2021 Perşembe

DSX: İki gündə 4 sərhəd pozucusu saxlanmışdırCəmiyyət 

Bakı/04.11.21Bu il oktyabr ayının 29-da saat 11:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd edən Azərbaycan vətəndaşı İsrayıl Rüstəmov  sərhəd pozucusu qismində saxlanılmışdır.

Bu barədə DSX-nın noyabrın 4-də yaydığı məlumatda deyilir.

Məlumatda  deyilir ki. elə həmin gün saat  21:30 radələrində “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda aşkar edilmiş 1 ədəd bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 12 kiloqram 635 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür.

Məlumatda əlavə edilir ki, oktyabr ayının 30-da isə “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuş və saxlanılmışlar. Məlumata görə, bu şəxslərin Azərbaycan vətəndaşları Mehman Fərmanlı və Tərlan Sadıqov olduqları  müəyyən edilmişdir.

Bundan əlavə oktyabrın 31-də “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana Kür çayında çəlləyin içərisində ötürülmüş qaçaqmal predmeti olan 20 qutu (339 blok) “Demi Wolf” markalı pirotexniki vasitələr aşkarlanaraq götürülmüşdür.

Məlumata görə, faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.--05D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder