2 Kasım 2021 Salı

Dünyaya uşaq gətirən 11 yaşlı qızın atalığı həbs edilib

Bakı/02.11.21 İmişlidə dünyaya uşaq gətirən 11 yaşlı qızın atası həbs edilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən Turan-a verilən məlumata görə, o, qızı zorlamaqda ittiham olunur.

Ona qarşı Azərbaycan CM-in 149.3.3 (zorlama, 14 yaşına çatmayan zərərçəkmişə qarşı törədildikdə) və 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə uşağın atalığına qarşı 4 ay həbs qətimkan tədbiri seçilib.

Zorakılıq qurbanı özü maraqlarının müdafiəsi və sosial-psixoloji reabilitasiya üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

Uşağın anası agentliyin sığınacağına yerləşdirilib, onunla bağlı sosial-psixoloji reabilitasiya tədbirləri həyata keçirilir. -06B-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder