15 Kasım 2021 Pazartesi

Hava kəskin dəyişəcək

Bakı/15.11.21 Azərbaycanda  hava şəraitinin kəskin dəyişəcəyi  gözlənilir. Belə ki,  noyabrın 16-da Bakıda və Abşeronda  saniyədə  15-20 metr sürətlə şimal-qərb küləyi əsəcək, arabir 23-28 metr/saniyəyə keçəcək.  Yarımadanın bəzi yerlərində arabir 30-35 metr/saniyəyədək güclənəcək, yağıntı  gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə  enəcək,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.

Noyabrın 15-i axşamdan noyabrın 16-ı axşamadək Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit olacaq,  yağış yağacaq. Bəzi yerlərdə yağıntı  intensiv olacaq, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

15-20 metr/saniyə sürətlə qərb küləyi əsəcək,  ayrı-ayrı yerlərdə arabir 28-33 metrə  çatacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə enəcək. Çaylarda sululuq artacaq.-16d-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder